(¯`¢єунυη´¯) Admin
İsmarıc sayı : 158 Kayıt tarihi : 29/10/11 Yaş : 27 Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)
| Mövzu: Tarix testi ümumi. Ş. Dek. 10, 2011 5:43 pm | |
| 1.Xronoloji ardıcıllığı müəyyən edin: 1.Qaumatanın başçılığı altında üsyan 2.Midiyanın skif asılılığından qurtarması 3.Əhəmənilər imperiyasının dağılması 4.Qavqamel döyüşü 5.Midiya dövlətinin dağılması A) 2,5,1,4,3 B) 2,1,5,4,3 C) 3,4,1,2,5 D) 5,2,1,3,4 E) 4,5,3,2,1
2.Assuriya hökmdarı Aşşurbanipalın Mannaya qoşun yeritməsinin səbəbi: A) Qara dəniz sahillərindən sak- skif tayfalarının Manna ilə sərhəddə yerləşərək Assuriya üçün təhlükə törətməsi B) Mannanı Urartu təcavüzündən tamamilə azad etmək istəməsi C) Manna hökmdarı Ahşerinin müstəqil xarici siyasət yeritməsi və Assuriya ilə müttəfiqlikdən imtina etməsi D) Azanın qatillərini cəzalandırmaq E) İranzunun mərkəzləşdirmə siyasətindən narazı qalan canişinlərin qiyamlarınlarını yatırmaq istəməsi
3.Xronoloji ardıcıllığı müəyyən edin: 1.Lullubi dövlətinin yaranması 2.Su ölkəsinin müstəqillik qazanması 3.Akkad dövlətinin süqut etməsi 4.Kuti dövlətinin süqut etməsi A) 4,1,3,2 B) 4,3,1,2 C) 2,4,3,1 D) 3,1,2,4 E) 1,3,4,2
4.Xəlifə Harun Ər-Rəşidin dövründə Azərbaycanda baş vermiş üsyanların əsas mərkəzləri olmuş şəhərlər: A) Şamaxı,Gəncə B) Dərbənd ,Şamaxı C) Şəki,Beyləqan D) Beyləqan,Bərdə E) Gəncə,Bərdə
5.Xürrəmilərin azadlıq mübarizəsinin birinci üç ilində xəlifənin Azərbaycana nizami ordu göndərməməsinin səbəbi: A) Xilafətin mərkəzində qarışıqlıq hökm sürürdü B) Azərbaycandakı hərbi qüvvələrdən istifadə edirdi C) Bizans mane olurdu D) Ərəblər Azərbaycanda döyüşmək istəmirdilər E) Heç kim Azərbaycana göndərilən qoşuna komandanlıq etmək istəmirdi 6.Azərbaycanda ərəb ağalığı dövründə bütün vergilərdən azad olunurdu: A) Xristian kilsəsi B) İslam dinini qəbul edən yerli əhali C) Orduda xidmət edən zümmilər D) Ərəblərdə könüllü xidmət edən imtiyazlı təbəqələr E) İqta sahibləri
7.Paytakaran vilayəti ilə bağlı deyil: A) İndiki Azərbaycan Respublikasının cənub-şərq hissəsində yerləşib,Xəzər dənizinin sahillərinə qədər uzanırdı B) Mil və Muğan düzlərinin bir hissəsini əhatə edirdi C) Albaniyanın paytaxtı Qəbələ burada yerləşirdi D) Qışda bu yerlərdə qoyun sürüləri saxlanılır,yayda isə Qarabağ yaylaqlarına köçürülürdü
8.VIII əsrin 30-cu illərində Savalan dağı yaxınlığında baş verən döyüş üçün xarakterikdir: A) Xəzərlərin məğlub olması B) Ərəblərin qalib gəlməsi C) Sasanilərin məğlub olması D) Ərəblərin məğlub olması E) Bizansın qalib gəlməsi
9.Harun ər-Rəşidin hakimiyyəti dövründə Azərbaycanda baş vermişdir: A) Müsafir üsyanı B) Xürrəmilər üsyanı C) Əbu Musa üsyanı D) Usta Bəndər üsyanı E) Topal Əhməd üsyanı
10.I Həştadsər döyüşündə ərəblərin əsas məqsədi: A) Həmədanı xürrəmilərdən geri almaq B) Bəzz qalasını ələ keçirmək C) Ktiç qalasını tutmaq D) Xürrəmilərlə xəzərlərin birləşməsinə mane olmaq E) Bizansın qüvvələrini parçalamaq
11.Yusif ibn Əbu Saca aid deyil: A) Abbasilərin asılı hala salınması B) Tiflis və Kaxetiyanın tutulması C) Dərbənd səddinin təmir edilməsi D) Bütün Azərbaycan torpaqlarının birləşdirilməsi E) Xilafətə göndərilən xəracdan imtina edilməsi
12.IX əsrin 50-ci illərinə aiddir: A) Salarilər dövlətinin yaranması B) Gəncənin Məzyədilər tərəfindən bərpa edilməsi C) Sacilər dövlətinin süqut etməsi D) Dərbəndin Şirvanşahlara birləşdirilməsi E) Salarilər dövlətinin süqutu 13.IX əısr Azərbaycan üçün səciyyəvidir: A) Siyasi oyanışın baş verməsi B) Dərbənd əmirliyinin yaranması C) Oğuzların Rəvvadilər ərazisində məskunlaşması D) Salarilər dövlətinin yaranması E) Sacilər dövlətinin süqut etməsi
14.Xronoloji ardıcıllığı müəyyən edin: 1.Şəddadilər dövlətinin yaranması 2.Dəbil əmirliyinin yaranması 3.Gəncənin qala qapılarının düzəldilməsi 4.Xudafərin körpüsünün inşası A) 1,2,3,4 B) 1,3,2,4 C) 2,1,3,4 D) 2,1,4,3 E) 1,4,3,2
15.XI əsrin 60-cı illərinə aiddir: 1.Alanların azərbaycana hücumu 2.Gəncə qapılarının düzəldilməsi 3.Dəbil əmirliyinin yaranması 4.Şəddadilər dövlətinin yaranması 5.Oğuzların Rəvvadilər ərazisinə köç etməsi A) 1,2 B) 3,4 C) 1,5 D) 2,3 E) 4,5
16.Orta tunc dövrünə aid deyil: A) Üzümçülük və Şərabçılığın yaranması B) II ictimai əmək bölgüsünün baş verməsi C) Anaxaqanlığının süqut etməsi D) “Boyalı qablar” mədəniyyətinin yaranması E) İlkin şəhər mərkəzlərinin yaranması
17.Mannada e.ə.VIII əsrin ikinci yarısında: A) Iskit tayfaları məskən saldılar B) Ahşeriyə qarşı üsyan baş verdi C) Hakimiyyətə Ualli gəldi D) Hakimiyyət irsi idi E) Hakimiyyət ayrı-ayrı canişinlərə məxsus idi
18.E.ə.III əsrə aiddir: A) Antoninin Fraaspa şəhərinə hücum etməsi B) Pompeyin albanları məğlub etməsi C) Alanların Albaniyaya hücum etməsi D) Midiyanın süqut etməsi E) Atropatenanın Selevkilərdən asılı hala düşməsi
19.Sasani işğalı ərəfəsində Atropatena asılı halda idi: A) Selevkilərdən B) Roma imperiyasından C) Albaniyadan D) Makedoniyadan E) Parfiyadan 20.I Cəsur Vaçaqana aiddir: A) Sasanilərin məğlub edilməsi B) Albaniyanın bütün vilayətlərinin birləşdirilməsi C) Aranilər sülaləsinin əsasının qoyulması D) Aquen kilsə məclisinin keçirilməsi E) Romanın məğlub edilməsi
21.Xronoloji ardıcıllığı müəyyən edin: 1.Ərəblərin Azərbaycanda əhalini siyahıya almaları 2.İkinci Həştadsər döyüşü 3.Xürrəmilərin məğlubiyyəti ilə nəticələnmiş ilk döyüş 4.Afşinin Azərbaycandakı ərəb ordusuna baş komandan təyin edilməsi A) 1,3,4,2 B) 1,2,3,4 C) 4,2,1,3 D) 2,3,1,4 E) 3,2,4,1
22.Sacilər nəslinə mənsub olan ərəb ordusunun sərkərdəsi: A) Salman ibn Rəbiə B) Həbib ibn Məsləmə C) Afşin Heydər ibn Kavus D) Vəhsudan E) Vəcna ər-Rəvvad
23.Saci hökmdarı Yusif ibn Əbu Saca aid deyil: A) Xilafət xəzinəsinə xərac göndərilməsini tamamilə dayandırdı B) Şirvanşahları tabe etdi C) Dərbənd səddini təmir etdirdi D) Sacilər dövlətinin əsasını qoydu E) Müstəqil hökmdar kimi öz adından pul kəsdirdi
24.Sacilər və Salarilər dövlətinə aid oxşarlıq: 1.Paytaxtları Ərdəbil şəhəri olmuşdur 2.Əsasını qoymuş sülalələr ərəb mənşəli olmuşlar 3.Hakimiyyətləri dövründə Azərbaycan torpaqları slavyan hücumlarına məruz qalmışdır 4.Bütün Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirmişlər 5.Dərbənd səddini təmir etdirmişlər A) 1,2,3 B) 3,4,5 C) 1,3,4 D) 1,3,5 E) 2,3,4
25.Şəddadilərlə eyni vaxtda mövcud olmuş Azərbaycan dövlətləri: 1.Şirvanşahlar 2.Sacilər 3.Salarilər 4.Rəvvadilər A) 1,4 B) 2,3 C) 1,2 D) 2,4 E) 3,4
Redaktə edən: ¢єунυη, son redaktə tarixi: B.e. Dek. 12, 2011 10:41 am, cəmi 2 dəfə | |
|
THe_TaLeNT_12
İsmarıc sayı : 25 Kayıt tarihi : 25/11/11 Yaş : 24 Şəhər/ölkə : Bilesuvar,Zehmetabad
| Mövzu: Geri: Tarix testi ümumi. B.e. Dek. 12, 2011 10:03 am | |
| Ceyhun,az olsaydı yazardım | |
|
taleh-tarix
İsmarıc sayı : 28 Kayıt tarihi : 27/11/11 Yaş : 26 Şəhər/ölkə : Celilabad
| Mövzu: Geri: Tarix testi ümumi. B.e. Dek. 12, 2011 10:48 am | |
| maraqlı idi amma mən bunların cavablarını sonra yazaram | |
|
(¯`¢єунυη´¯) Admin
İsmarıc sayı : 158 Kayıt tarihi : 29/10/11 Yaş : 27 Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)
| Mövzu: Geri: Tarix testi ümumi. B.e. Dek. 12, 2011 10:49 am | |
| buların hamısın bilməzsən | |
|
taleh-tarix
İsmarıc sayı : 28 Kayıt tarihi : 27/11/11 Yaş : 26 Şəhər/ölkə : Celilabad
| Mövzu: Geri: Tarix testi ümumi. B.e. Dek. 12, 2011 10:50 am | |
| | |
|
(¯`¢єунυη´¯) Admin
İsmarıc sayı : 158 Kayıt tarihi : 29/10/11 Yaş : 27 Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)
| Mövzu: Geri: Tarix testi ümumi. B.e. Dek. 12, 2011 10:51 am | |
| | |
|
taleh-tarix
İsmarıc sayı : 28 Kayıt tarihi : 27/11/11 Yaş : 26 Şəhər/ölkə : Celilabad
| Mövzu: Geri: Tarix testi ümumi. B.e. Dek. 12, 2011 10:52 am | |
| mən bilmirən qardaşım bilir | |
|
(¯`¢єунυη´¯) Admin
İsmarıc sayı : 158 Kayıt tarihi : 29/10/11 Yaş : 27 Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)
| Mövzu: Geri: Tarix testi ümumi. B.e. Dek. 12, 2011 2:22 pm | |
| | |
|
torres
İsmarıc sayı : 198 Kayıt tarihi : 02/11/11 Yaş : 26 Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR
| Mövzu: Geri: Tarix testi ümumi. Ç.a. Dek. 13, 2011 8:57 am | |
| davanı qurtarın. birdə məndə bilmirəm | |
|
azeriqizi
İsmarıc sayı : 1 Kayıt tarihi : 07/10/12
| Mövzu: Geri: Tarix testi ümumi. B.e. Okt. 08, 2012 9:30 am | |
| testlərə görə təşəkkürlər. | |
|
Sponsored content
| Mövzu: Geri: Tarix testi ümumi. | |
| |
|