VƏKİL CƏFƏRLİ

İsmarıc sayı : 79 Kayıt tarihi : 29/11/11
 | Mövzu: MOLLA NƏSRƏDDİNİN LƏTİFƏLƏRİ C. Dek. 09, 2011 12:26 pm | |
|  DӘVӘ BAŞI VAR Molla, arvadının әyirdiyi ipliyi bazara aparır. Alverçilәr onu çox ucuz qiymәtә istәyirlәr. Sizinlә sizin kimi dolanmaq lazımdır, deyib Molla bir dәvә başı tapır. İpliyi ona sarıyır. Böyük bir yumaq olur. Bu dәfә ipliyi başqa bir alverçiyә aparır. O da çox ucuz istәyir. Molla: Gәtir pulunu ver,deyir. Alverçi bu böyüklükdә yumağın bu qәdәr ucuz qiymәtә verildiyindәn şübhәlәnib soruşur: Bunun içindә bir şey yoxdur ki? Dәvә başı var,deyә Molla cavab verir. Dükançı Mollanın bu cavabını zarafat bilib gülür vә arxayın olub yumağı alıb, pulunu verir. Bir vaxt yumağı açanda içindә hәqiqәtәn dәvә başı olduğunu gürür. Mollanı çağırıb ona deyir: Ayıb deyil ki, belә iş görürsәn? Molla cavab verir ki: Әvvәla, yumağın içindә dәvә başı olduğunu mәn özüm sәnә dedim. İkincisi dә, sәn mәndәn yumağı elә bir qiymәtә almısan ki, yumaqdan dәvәnin başı deyil, özü də çıxsa, yenә dә mәnfәәt edәcәksәn. \
TAZIYA DÖNӘR Bir mәclisdә tazıdan söhbәt düşür. Mollanın tanıdığı xәsislәrdәn biri deyir: Mәnim dә tazıya çox hәvәsim var, ancaq, yaxşısını tapa bilmirәm. Bunu eşidәn Molla deyir: Sabah sizә yaxşı bir tazı gәtirmәk mәnim boynuma. Xәsis Mollanın bu vәdindәn razı qalıb sabahın açılmasını sәbirsizliklә gözlәyir. Sabahı, Molla böyük bir qoyun iti tapıb xәsisin evinә aparır. Bunu görәn xәsis üzünü Mollaya tutub soruşur: Ay Molla, bu qoyun itidir, tazı ki, deyil. Dostum, heç narahat olma! Bu it ki, bu boydadır, bircә ay qapında qalsa sәnin xәsisliyinin sayәsindә arıqlayıb tazıya dönәr.

MOLLANIN BORCU Molla Nәsrәddinin eşşәyi arıqlayır. Qonşulardan biri bunu gürüb soruşur: Molla, bu heyvana niyә arpa vermirsәn? Necә vermirәm, gündә iki batman arpa onun haqqıdır. Bәs niyә arıqlayır? Bir aylıq haqqını vermәmişәm, borcluyam.

TƏSİRLİ DӘRMAN Bir gün Molla Nәsrәddin bir hәkimin yanına gedib deyir: Hәkimbaşı, bir mәni yoxla görüm dәrdim nәdir? Hәkim Mollanın nәbzini yoxlayıb deyir: Dәrdiniz aclıqdır. Әylәşin, bizimlә nahar elәyin, sovuşub gedәr, qorxulu deyildir. Molla hәkimin tәklifini qәbul edәrәk oturub möhkәm yeyir, getmәk istәrkәn hәkimә deyir: Hәkimbaşı, bizim evdә bu xәstәliyә tutulmuş bir neçә adam vardır. İndi ki, siz belә tez mualicә edirsiniz, mәn onları da sizin yanınıza göndәrmәyә mәcburam.
| |
|
(¯`¢єунυη´¯) Admin


İsmarıc sayı : 158 Kayıt tarihi : 29/10/11 Yaş : 25 Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)
 | Mövzu: Geri: MOLLA NƏSRƏDDİNİN LƏTİFƏLƏRİ C. Dek. 09, 2011 12:30 pm | |
| | |
|
THe_TaLeNT_12

İsmarıc sayı : 25 Kayıt tarihi : 25/11/11 Yaş : 23 Şəhər/ölkə : Bilesuvar,Zehmetabad
 | Mövzu: Geri: MOLLA NƏSRƏDDİNİN LƏTİFƏLƏRİ Ş. Dek. 10, 2011 9:31 am | |
| | |
|
taleh-tarix

İsmarıc sayı : 28 Kayıt tarihi : 27/11/11 Yaş : 25 Şəhər/ölkə : Celilabad
 | Mövzu: Geri: MOLLA NƏSRƏDDİNİN LƏTİFƏLƏRİ Ş. Dek. 10, 2011 4:39 pm | |
| | |
|
(¯`¢єунυη´¯) Admin


İsmarıc sayı : 158 Kayıt tarihi : 29/10/11 Yaş : 25 Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)
 | |
torres

İsmarıc sayı : 198 Kayıt tarihi : 02/11/11 Yaş : 24 Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR
 | Mövzu: Geri: MOLLA NƏSRƏDDİNİN LƏTİFƏLƏRİ Ç.a. Dek. 13, 2011 9:25 am | |
| | |
|
(¯`¢єунυη´¯) Admin


İsmarıc sayı : 158 Kayıt tarihi : 29/10/11 Yaş : 25 Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)
 | Mövzu: Geri: MOLLA NƏSRƏDDİNİN LƏTİFƏLƏRİ Ç.a. Dek. 13, 2011 11:54 am | |
| MOLLANIN BORCU Molla Nәsrәddinin eşşәyi arıqlayır. Qonşulardan biri bunu gürüb soruşur: Molla, bu heyvana niyә arpa vermirsәn? Necә vermirәm, gündә iki batman arpa onun haqqıdır. Bәs niyә arıqlayır? Bir aylıq haqqını vermәmişәm, borcluyam.
bu daha maraqlıdır | |
|
torres

İsmarıc sayı : 198 Kayıt tarihi : 02/11/11 Yaş : 24 Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR
 | Mövzu: Geri: MOLLA NƏSRƏDDİNİN LƏTİFƏLƏRİ Çər. Dek. 14, 2011 9:33 am | |
|  DӘVӘ BAŞI VAR Molla, arvadının әyirdiyi ipliyi bazara aparır. Alverçilәr onu çox ucuz qiymәtә istәyirlәr. Sizinlә sizin kimi dolanmaq lazımdır, deyib Molla bir dәvә başı tapır. İpliyi ona sarıyır. Böyük bir yumaq olur. Bu dәfә ipliyi başqa bir alverçiyә aparır. O da çox ucuz istәyir. Molla: Gәtir pulunu ver,deyir. Alverçi bu böyüklükdә yumağın bu qәdәr ucuz qiymәtә verildiyindәn şübhәlәnib soruşur: Bunun içindә bir şey yoxdur ki? Dәvә başı var,deyә Molla cavab verir. Dükançı Mollanın bu cavabını zarafat bilib gülür vә arxayın olub yumağı alıb, pulunu verir. Bir vaxt yumağı açanda içindә hәqiqәtәn dәvә başı olduğunu gürür. Mollanı çağırıb ona deyir: Ayıb deyil ki, belә iş görürsәn? Molla cavab verir ki: Әvvәla, yumağın içindә dәvә başı olduğunu mәn özüm sәnә dedim. İkincisi dә, sәn mәndәn yumağı elә bir qiymәtә almısan ki, yumaqdan dәvәnin başı deyil, özü də çıxsa, yenә dә mәnfәәt edәcәksәn. \ | |
|
torres

İsmarıc sayı : 198 Kayıt tarihi : 02/11/11 Yaş : 24 Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR
 | Mövzu: Geri: MOLLA NƏSRƏDDİNİN LƏTİFƏLƏRİ Çər. Dek. 14, 2011 9:33 am | |
| | |
|
Sponsored content
 | Mövzu: Geri: MOLLA NƏSRƏDDİNİN LƏTİFƏLƏRİ  | |
| |
|