Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaCAVANŞİRİN QƏHRƏMANLİGİ Icon_mini_portal_enGaleriLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 CAVANŞİRİN QƏHRƏMANLİGİ

Aşağa gitmek 
4 posters
MüəllifIsmarıc
VƏKİL CƏFƏRLİ

VƏKİL CƏFƏRLİ


İsmarıc sayı : 79
Kayıt tarihi : 29/11/11

CAVANŞİRİN QƏHRƏMANLİGİ Empty
Yeni mövzuMövzu: CAVANŞİRİN QƏHRƏMANLİGİ   CAVANŞİRİN QƏHRƏMANLİGİ Icon_minitimeC. Dek. 09, 2011 4:47 am

Cavanşir



CAVANŞİRİN QƏHRƏMANLİGİ Cavanshir
Cavanşirin xalça üzərində toxunmuş portreti



Cavanşirin hakimiyyəti ərəfəsində Qafqaz Albaniyasında siyasi vəziyyət


Eramızdan qabaq IV əsrdə, bəlkə də daha əvvəl Azərbaycan Respublikasının indiki ərazisində Albaniya, yaxud hazırda adlandırıldığı kimi, Qafqaz Albaniyası deyilən bir dövlət yaranır. Albaniya dövləti QafqazdaÖn Asiyada baş verən hadisələrdə fəal şəkildə iştirak edir. VII əsrdə Qafqaz Albaniyası öz ağır günlərini yaşayır. Cənubdan Sasani İranı hücum çəkərək, xristianlığı qəbul etmiş Qafqaz Albaniyasında zərdüştiliyi yenidən bərpa etmək istəyir, Qərbdən Bizans təzyiq göstərərək, Alban kilsəsini öz nəzarətinə almağa çalışır, şimaldan türk-xəzərlər ölkəyə soxulmağa can atır, cənubdan isə ərəblər Məhəmməd peyğəmbərin (s.ə.s.) yeni və yenilməz dini ilə yürüş edirdilər.

Ərəblərlə son döyüşlərdə gənc alban şahzadəsi, Girdman çayının sahillərində yerləşən eyniadlı feodal vilayətinin hakimi Mehrani Qriqor Varazın oğlu Cavanşir Sasanilərlə birgə döyüşə girir.

Girdman hakimliyinin əsası Sasanilərdən qaçmış Mehran adlı bir şəxs tərəfindən qoyulmuşdu. Mehranilərin zərdüştiliyə etiqad etmələrinə baxmayaraq və bəlkə də elə buna görə onlar qısa bir müddətdə öz nüfuzlarını bütün Albaniyaya yayaraq, hətta paytaxtı da Bərdəyə köçürməyə müvəffəq olmuşdular. Vəziyyətin sabitləşməsinə yalnız uzun illərdən bəri davam edən İran-Bizans müharibələri mane olurdu. Qafqaz Albaniyası bu dövlətlər arasında döyüş meydanına çevrilmişdi.

623-cü ildə Qafqaz Albaniyasına Bizans imperatoru İraklinin, sonra isə onun müttəfiqi xəzər xaqanının qoşunları soxulur. Bizanslılar və xəzərlər Qafqazdakı Naxçıvan,Tiflis və digər şəhərləri tuturlar. Qazakada onlar məşhur atəşpərəst məbədlərini uçurur. Albaniyada möhkəmlənən xəzərlər Qəbələni özlərinin inzibati mərkəzlərinə çevirirlər. Məğlubiyyətə uğradıqdan sonra da xəzərlərin çoxusu Qafqaz Albaniyasında qalırlar.

628-ci ildə İranla Bizans arasında sülh müqaviləsi imzalanır. Bu müqaviləyə görə, Ermənistan Bizansın, Albaniya Sasanilərinin tabeliyinə keçir, Gürcüstansa müstəqillik qazanır. İmperator İrakli öz qoşunu ilə Girdman vilayətinə gəlir, Varaz Qriqora xristianlığı qəbul etdirir və bütün ölkədə kilsələrin tikintisinə imkan yaradır. Gürcü xronikalarında göstərilir ki, imperator İrakli, əslində, təkcə Varaza deyil, "onun bütün xalqına" xristianlığı qəbul etdirmişdi. Mehranilər arasında ilk olaraq məhz Varazar bütün Albaniyanın knyazı tituluna layiq görülür.
CAVANŞİRİN QƏHRƏMANLİGİ 230px-Albanische_zar_Dschavanschir CAVANŞİRİN QƏHRƏMANLİGİ Magnify-clip
Alban çarı Cavanşir tunc buxurdan VII əsr [1] (Orijinalı Sankt-Peterburqda Dövlət Ermitaj Muzeyində, kopyası isə Bakıda Azərbaycan Tarix Muzeyində saxlanılır.)



Bizansla müharibədə zəifləmiş Sasanilər ərəblərin hücumu qarşısında çox böyük çətinliklə dayanır. Ərəblərə qarşı mübarizədə, qeyd etdiyimiz kimi, Varaz Qriqorun oğlu Cavanşirin başçılığı ilə alban qoşunları da iştirak edir. Alban tarixçisi Moisey Kalankatlı xəbər verir ki, Cavanşir 7 il sərasər öz dəstəsi ilə ərəblərə qarşı döyüşmüş, özünü cəsur əsgər, istedadlı sərkərdə kimi göstərmişdi. 636-cı ildə Sasanilərin qədim paytaxtı Mədain yaxınlığında farslarla ərəblər arasında daha bir döyüş olur. Bu, ərəblərdən ötrü olduqca əhəmiyyətli bir döyüş idi. Sasani sərkərdəsi Rüstəmin komandanlığı altında 80 minlik Atropatena ordusunun tərkibində Cavanşirin dəstəsi də vuruşurdu. Fars ordusu bu döyüşdə məğlubiyyətə uğrayır, Cavanşirin dəstəsi isə Atropatenaya doğru çəkilir.

Tarixi salnamələr Cavanşirin bu döyüşdən sonra da bir neçə parlaq qələbə qazandığını göstərir. İran şahənşahı Yezdəgerd Cavanşirin xüsusi xidmətlərini nəzərə alaraq, "ona dəstəsinin önündə aparmaq üçün bayraq, zil səsli şeypurlar, iki qızıl mizraq və qızıl suyuna çəkilmiş qalxanlar verir. Şahənşah Cavanşiri bütün qoşun başçılarından əziz tutur. Onu qiymətli daş-qaşlarla işlənmiş qızıl kəmərlə, qızıl dəstəkli qılıncla, qızıl qolbaqla və çox gözəl bir tacla mükafatlandırır. Həmçinin ona mirvari və incilərlə bəzə-dilmiş bazubənd verir, sinəsinə bir neçə can mirvari düzür." Cavanşir daha bir neçə döyüşdə iştirak edəndən sonra anlayır ki, Sasanilərin hökmranlığına çox qalmır və elə həmin il Vətəninə qayıdır. Alban tarixçisinin dediyi kimi, "düz yeddi il Cavanşir bu ağır döyüşlərdə iştirak edir. İki ağır yara alandan sonra onlarla vidalaşır". Az sonra isə əvvəlki Alban çarlarının müstəqil dövlətlərini yada salaraq,o öz ölkəsini heç kəsə tabe etdirməmək fikrinə düşür."

639-cu ildə ərəblər tərəfindən darmadağın olunmuş Sasani qoşunlarının tör-töküntüləri onun ölkəsinə girmək istəyəndə Cavanşir gürcülərSünik (Zəngəzur) vilayətinin hakimi ilə ittifaqda onlarla gərgin döyüşə girir. Tarixçilər onun bu döyüşdə göstərdiyi igidliyi belə qeyd edirlər: " O məşhur qoşun başçısı Qeqmazini şəxsən məğlub etdi. O özü və qoşunu əllərində qılınc onlarda (farslarda) dəhşətli bir vahimə doğurdular. Onlardan xeyli əsir, at, qatır başqa qənimətlər alaraq, geri döndülər. Onlar dağlarda yenə qarşılaşdılar və qələbə yenə ona qismət oldu." Farslar hiylə işlədib, Cavanşirin qohumlarını əsir alır və yenə Albaniyanın hüdudlarına soxulurlar. Nəhayət, Cavanşir onlar üzərində tam və qəti qələbə çala bilir. Bundan sonra Cavanşir Sünik knyazının qızına evlənir. Lakin Albaniyanın müstəqilliyini uzun müddət əldə saxlamaq Cavanşirə nəsib olmur.

654-cü ildə ərəblər xəlifə Osmanın sərkərdəsi Salmai ibi-Rəbiənin başçılığı ilə Albaniyaya soxulurlar. Onların bəzi dəstələri hətta Qəbələ, ŞəkiDərbəndə qədər irəliləyir. Dərbənddə xəzərlər onların yolunu kəsib, qabağa buraxmırlar. Ərəblər Dərbəndin hüdudlarından çıxarkən yerli əhali şəhərin darvazalarını bərk-bərk qapayır, "xəzər xaqanı isə onları öz süvari dəstələri ilə qarşılayır." Beləliklə, dörd min ərəb döyüşçüsü məhv edilir.

Qafqaz Albaniyası tarixi üzrə tanınmış mütəxəssis Kamilla Treverin dediyinə görə, "görünür, ərəblər Albaniyanı öz tabeliyinə keçirməkdə çox maraqlı idilər. Çünki bu ölkə şimalda xəzərlərlə, cənubda Atropatena ( bu ölkə də hələlik onların tabeliyinə tam keçməmişdi) arasında yerləşirdi. Ön Asiyadan Şimali Qafqaza, Volqaya və cənubi rus çöllərinə aparan ticarət yolları da buradan keçirdi. Bundan başqa ölkənin təbii sərvətləri və yeraltı metal ehtiyatları da zəngin idi."

Cavanşirin II Konstantin ilə əlaqələri


Xəlifə Əlinin zamanında daxili ziddiyyətlər xilafəti ciddi şəkildə zəiflədir və bundan istifadə edən Cavanşir vergiləri ödəməkdən imtina edir. Albaniyanın müstəqilliyi üçün indi artıq birbaşa təhlükə xəzərlər və bizanslılar tərəfindən gözlənilirdi. O, Bizans imperatoru II Konstantinlə məktublaşır və bir neçə dəfə onunla görüşür. Cavanşir alban xalqını öz himayəsinə götürməyi ondan xahiş edir və II Konstantin bu təklifi böyük sevinc hissi ilə qarşılayır. O, Cavanşiri Girdman hökmdarı və Albaniya knyazı adlandıraraq, ona öz xəzinəsindən qiymətli hədiyyələr göndərir. Alban tarixçisi Moisey Kalankatlının yazdığına körə," O, Cavanşirə gözəl hədiyyələr- söykənəcəyi qızılla işlənmiş gümüş taxtlar, qızılı saplarla toxunmuş libaslar, özünün açdığı mirvari ilə bəzənmiş qılınc . . . göndərdi. Ona Aqvan (qrabarca Alban sözünün təhrifi) çarlığının hüdudlarındakı bütün kəndlər üzərində irsi hakimiyyət hüququ verdi." Həmin dövr üçün Bizansla yaxınlaşma siyasəti özünü doğruldurdu. Moisey Kalankatlının da yazdığı kimi, ölkənin sərhədləri indi "İberiya hüdudlarından xonların (xəzərlər) darvazalarına və Araz çayına qədər uzanırdı".

Cavanşirin Xəzərlərlə münasibəti


Bizansla müqavilə bağlandıqdan iki il sonra Albaniya xəzərlərin hücumuna məruz qalır. Xəzərlər Kürə qədər çatır, Qafqaz albanlarının birləşmiş qüvvələrindən layiqli cavab alaraq, Albaniya hüdudlarından çıxmalı olurlar. Bir neçə il sonra xəzərlər yenidən hücuma keçir və bu dəfə Araza qədər irəliləyirlər. Cavanşir onlarla danışığa getməyə məcbur olur. Kürün sahilində onlar xəzər xaqanı ilə görüşürlər. Görüş sülh müqaviləsi ilə başa çatır. Bu sənədə görə, xəzərlər əsir götürdükləri albanları geri qaytarır, Cavanşirsə xəzər xaqanının qızı ilə evlənir.
Əvvələ qayıt Aşağa gitmek
(¯`¢єунυη´¯)
Admin
Admin
(¯`¢єунυη´¯)


İsmarıc sayı : 158
Kayıt tarihi : 29/10/11
Yaş : 26
Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)

CAVANŞİRİN QƏHRƏMANLİGİ Empty
Yeni mövzuMövzu: Geri: CAVANŞİRİN QƏHRƏMANLİGİ   CAVANŞİRİN QƏHRƏMANLİGİ Icon_minitimeC. Dek. 09, 2011 4:25 pm

maraqlıdır
Əvvələ qayıt Aşağa gitmek
https://tariximiz.azerbaijaniforum.com
THe_TaLeNT_12

THe_TaLeNT_12


İsmarıc sayı : 25
Kayıt tarihi : 25/11/11
Yaş : 24
Şəhər/ölkə : Bilesuvar,Zehmetabad

CAVANŞİRİN QƏHRƏMANLİGİ Empty
Yeni mövzuMövzu: Geri: CAVANŞİRİN QƏHRƏMANLİGİ   CAVANŞİRİN QƏHRƏMANLİGİ Icon_minitimeŞ. Dek. 10, 2011 9:34 am

Vəkil maraqlıdır.Ancaq çox böyük məqalələr yazma!!!
Əvvələ qayıt Aşağa gitmek
http://mentiq.yetkin-forum.com
(¯`¢єунυη´¯)
Admin
Admin
(¯`¢єунυη´¯)


İsmarıc sayı : 158
Kayıt tarihi : 29/10/11
Yaş : 26
Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)

CAVANŞİRİN QƏHRƏMANLİGİ Empty
Yeni mövzuMövzu: Geri: CAVANŞİRİN QƏHRƏMANLİGİ   CAVANŞİRİN QƏHRƏMANLİGİ Icon_minitimeŞ. Dek. 10, 2011 4:30 pm

Vəkil elə bütün səhifəni köçürür.
Əvvələ qayıt Aşağa gitmek
https://tariximiz.azerbaijaniforum.com
taleh-tarix

taleh-tarix


İsmarıc sayı : 28
Kayıt tarihi : 27/11/11
Yaş : 26
Şəhər/ölkə : Celilabad

CAVANŞİRİN QƏHRƏMANLİGİ Empty
Yeni mövzuMövzu: Geri: CAVANŞİRİN QƏHRƏMANLİGİ   CAVANŞİRİN QƏHRƏMANLİGİ Icon_minitimeŞ. Dek. 10, 2011 4:39 pm

Maraqlı idi amma bunu sən yazmamısıan
Əvvələ qayıt Aşağa gitmek
(¯`¢єунυη´¯)
Admin
Admin
(¯`¢єунυη´¯)


İsmarıc sayı : 158
Kayıt tarihi : 29/10/11
Yaş : 26
Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)

CAVANŞİRİN QƏHRƏMANLİGİ Empty
Yeni mövzuMövzu: Geri: CAVANŞİRİN QƏHRƏMANLİGİ   CAVANŞİRİN QƏHRƏMANLİGİ Icon_minitimeŞ. Dek. 10, 2011 5:37 pm

Yaza bilər ki,bu qədər şeyi?
Əvvələ qayıt Aşağa gitmek
https://tariximiz.azerbaijaniforum.com
Sponsored content





CAVANŞİRİN QƏHRƏMANLİGİ Empty
Yeni mövzuMövzu: Geri: CAVANŞİRİN QƏHRƏMANLİGİ   CAVANŞİRİN QƏHRƏMANLİGİ Icon_minitime

Əvvələ qayıt Aşağa gitmek
 
CAVANŞİRİN QƏHRƏMANLİGİ
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Dərsliklər :: 7.sinif-
Keç: