Quba xanlığı — XVIII əsrin ortalarında yaranmış, Azərbaycan xanlıqlarından biri. Quba xanlığı
Azərbaycanın şimal-qərbində yerləşirdi.
18-ci əsrin birinci yarısında indiki
Quba,
Dəvəçi,
Qusar,
Xaçmaz,
Xızı və
Siyəzən rayonlarının ərazisin Quba xanlığı şəklində birləşdirilmişdir. Əvvəlcə bu xanlığın mərkəzi
Xudat şəhəri idi, lakin az sonra Quba xanı
Hüseynəli Qubanı öz xanlığının mərkəzinə çevirdi və öz iqamətgahını Qubaya köçürdü. Quba xanlığının hökmdarlarından ən məhşuru olmuş Fətəli xan çalışırdı ki, Azərbaycanın pərakəndə xanlıqlarını özünün rəhbərliyi altında birləşdirsin. O,
Dərbənddən
Lənkərana qədər bütün şimal-şərqi
Azərbaycanı özünə tabe etmişdir. Həmin dövrdə
yəhudilər Qubaya,
Qudyalçayın sol sahilində məskunlaşmağa dəvət edilmişdir. Əvvəlr Yəhudi Slobodası adlanan bu yaşayış məntəqəsi
1926-cı ildən
Qırmızı Qəsəbə adlanır.
Dağıstan xanları Quba xanlığı üçün həmişə şimal tərəfdən təhlükə mənbəyi olmuşdur.
Rusiya da
Qafqaza və
Zaqafqaziyaya geosiyasi maraq göstərməyə başlayanda burada öz-üsul idarəsini bərqərar etmək qərarına gələndə Quba xanlığının sərhədlərini qorumaq xeyli çətinləşdi və 19-cu əsrin əvvələrində (
1813-cü ildə) Quba xanlığı
Rusiya imperiyasının tərkibinə daxil oldu.