Kasıb bir oğlan padşahın qızına vurulmuşdu. Bu ümidsiz sevdasını gedib şəhərin ən məşhur dərvişinə danışaraq kömək istəyibmiş. Dərviş: "Oğlum şəhərin tam giriş yolunda otur, kim nə istəyir desin sən sadəcə cavab olaraq "Allah" de" demiş. Kasıb gənc, deyiləni eləmiş. Günlər, aylar keçib gedirmiş. Lakin həmin gənc oğlan günlərlə, aylarla şəhərin girişində heç bir söz demədən hər gələnə, hər söz soruşana "Allah" deyirmiş.
Dərviş də hər gün yeməyini, içməyini gətirirdi. Zaman keçdikcə "Allah" deyən həmin o gənc oğlan xalq arasından məşhurlaşırmış. Şəhərdə hər kəs ondan danışırmış. Yaşlıdan tutmuş uşağa qədər. Bir sözlə onu tanımayan qalmayıbmış. Nəhayət bir gün padşah da gənclə maraqlanmış. Dərvişdən, gənc haqqında bilgi istəmiş. Dərviş gəncin dövrün böyüklərindən olduğunu deyibmiş. Padşah qalxıb həmin o "Allah" deyən gənci ziyarətə gedibmiş. Ondan soruşmuş ki, "Kimsən? Dərdin nədir? Nə istəyirsən?"desə də, gənc, padşaha qarşı da "Allah" deməktən çəkinməyibmiş.
Başqa tək söz, cümlə belə deməmiş. Dərviş axşam gəncin yanına gələrək "Padşah sənə "Qızımı verim" deyənə qədər, sən ondan çaşıb bir şey istəmə haa..))" deyə təmbih etmişdir. Nəhayət bir gün padşah gəlib: "Nə istəyirsən, istəyirsən səni qızımla evləndirim." deyincə gənc, dərvişin təəccüblü baxışları altında "Yox" demiş.
"Artıq onu da istəmirəm. Mən başqa birisinin xatiri üçün Allah dedim. Allah dövrün padşahını ayağıma gətirib, mənim kimi miskin bir gəncə öz qızını təklif elətdirdi. Əgər Onun xatiri üçün Allah desəydim kim bilir nə olardı? Mən bundan belə Ondan başqasını istəmirəm." deyə gənc cavab veribmiş.
FİKİRLƏRİNİZ...