Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaŞirvanşahlar dövləti Icon_mini_portal_enGaleriLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 Şirvanşahlar dövləti

Aşağa gitmek 
3 posters
MüəllifIsmarıc
Farid

Farid


İsmarıc sayı : 11
Kayıt tarihi : 29/11/11

Şirvanşahlar dövləti Empty
Yeni mövzuMövzu: Şirvanşahlar dövləti   Şirvanşahlar dövləti Icon_minitimeÇər. Noy. 30, 2011 10:07 am



Şirvanda hələ qədimdən müxtəlif yerli tayfalar və gəlmə köçərilər məskunlaşmışdı. Bu yazılı mənbələrlə yanaşı, arxeloji və toponimik materiallar da sübut edir. Orta əsr müəllifləri eramızın başlağıncından Şirvana türkdilli hun, sabir və xəzər tayfalarının yürüşləri barədə məlumat verirlər. Sasani hökmdarları I Qubad və I Xosrov Ənuşirəvan dövlətin şimal sərhədlərini möhkəmləndirmək üçün Şirvana İranın Lahican, Təbəristan, Gilan və s. əyalətlərindən çoxlu irandilli tayfa köçürmüşdülər. Şimali Qafqazda yaşayan türk tayfa ittifaqına qalib gələn I Xosrov Ənuşirəvan əsir alınmış hərbi başçını, o cümlədən ailələri ilə birlikdə 50 min nəfərdən ibarət türk döyüşçüsünün Aran və Şirvanda yerləşdirdi. 7 əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd əsir aldığı 40 min xəzəri Samur və Şabran arasındakı əraziyə köçürdü. 8-10 əsrlərdə Şirvan əhalisi islam dinini qəbul etsə də xristianlıq, eləcə də keçmiş etiqadlar hələ də qalırdı. Xilafət dövründə ərəblərin xəzərlərlə apardığı müharibələr, Dağıstana arasıkəsilməz yürüşlər, əhalinin vəziyyəti xeyli ağırlaşdı.

TARİXİ
VI əsrin əvvəlində Massaget Arşakilər hökmdarlığı Sasanilər tərəfindən aradan qaldırıldıqdan sonra Şabrançay və Gilgilçay hövzələri arasındakı ərazidə Şirvanşahlar adlı kiçik feodal məlikliyi yarandı. Sonralar X əsrdə Şirvanın ərazisi xeyli genişləndi. Şimali şərqdə Dərbənd, şimal-qərbdə Şəki və cənubda Muğan müəyyən vaxtlarda onun tərkiibndə olmuşdur.

"VII əsr erməni coğrafiyası"na görə Şirvana aşağıdakı şəhərlər daxil idi: Şirvan, Xsran, Dərbənd, Təvəspar, Xeçmatak, Xenok, Xenuki, İjamax, Bakan, Maskut.

IX əsrin 2-ci yarısında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin güclənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar tərəfindən qurulmuş və Şirvanşahlar dövləti İslam aləmində ən uzunömürlü dövlət olmuşdur.

Ərəb işğalından sonra əvvəllər ilk Şirvanşahlar hakimiyyətdə saxlanılmışdı. Lakin ərəblər Zaqafqaziyada möhkəmləndikdən (8 əsrin sonu) sonra Şirvanşahların hakimiyyəti ləğv olundu. Şirvanı ərəb hakimləri idarə etməyə başladı. 9 əsr ərəb tarixçisi Bəlazuri 797-798 illərdə Şirvan hakimi olmuş .əş-Şəmax ibn Şücanın adını çəkir. 799 ildə Yəzid ibn Məzyəd əş-Şeybani Şirvan və Bab əl-əbvabın (Dərbənd) hakimi təyin olundu.[1] Xəlifə Mütəvəkkilin (841-861) ölümündən sonrakı qarışıqlıqlardan istifadə edən Şirvan hakimi Xalid ibn Yəzid Şirvanşah titulu qəbul edib müstəqil siyasət yürütməyə başladı. Beləliklə də Şirvanşahların Məziyədilər sülaləsinin əsili qoyuldu. Tədricən assimilyasiya olunan Məzyədilər sonralar öz ərəb mənşələrindən imtina edərək farslaşdılar.

861-ci ildə Məzyədilər sülaləsindən olan Heysam ibn Xalid Şirvanın müstəqilliyini elan edərək ilk "Şirvanşah" titulunu götürdü.

917-ci ildə Lahicanşahlıq Şirvanşahlar dövlətinə birləşdirildikdən sonra Şirvanşah Əbu Tahir 918-ci qədim Şamaxı şəhərini bərpa etdirdi və Şirvanşahlar dövlətinin paytaxtı buraya köçürüldü. Paytaxt Yezidiyə adlanırdı.

981-982-ci illərdə Qəbələ, 982-ci ildə Bərdə, 983-cü ildə Şabran, 988-ci ildə ərəb əsilli Haşimilər tərəfindən idarə edilən Dərbənd əmirliyi Şirvanşahlar dövlətinə birləşdirildi, Xursan və Təbərsaran da ələ keçirildi. Müəyyən dövrlərdə Şəki və Sənariyə hakimləri də Şirvanşahlardan asılı olmuşlar.

Şirvanşahlar Dərbəndi ələ keçirdikdən sonra Dərbənd səddini və şəhərin qala divarlarını təmir etdirib möhkəmləndirdilər. X əsrin axırlarından etibarən qədim Şamaxı ilə yanaşı Bakı da Şirvanın əsas şəhərlərindən birinə çevrildi. XI əsrdə Şirvanşahlar Bakı ətrafında qala divarları ucaldıldı.

Hələ Sasanilər dövründən Şirvanşahlara tabe olan Dərbəndi irsi mülkləri sayan Məzyədilər bir neçə dəfə onu ələ keçirsələr də orada möhkəmlənə bilmədilər. Dərbəndi Haşimi ərəb sülaləsi idarə edirdi. Sasanilər kimi ərəblər də sərhəddə yerləşən Dərbəndə böyük əhmiyyət verirdilər. Dərbənddə saxlanılan ərəb qarnizonuna xeyli vəsait sərf edilirdi. Bu xərc Abşeronun neft quyularının və şor göllərinin duzundan əldə edilən vəsait hesabına ödənilirdi. Şirvanşah Məhəmməd ibn Yəzidin dövründə Xursan və Dərbənd Şivana birləşdirildi. Təbərsəran əyaləti də Şirvanşahların irsi mülkiyyəti kimi Şirvanın tərkibinə daxil idi. İlk Məzyədilər dövrünə, islamın geniş yayılmadığı Dağıstanın bir sıra “kafir” xalqları üzərinə basqın edilmişdi. Şirvanşah Məhəmməd ibn Əhmədin dövründə (981-991) Qəbələ, Bərdə və s. şəhərlər Şirvanşahlar dövlətinə qatıldı. 983 Şabranın ətrafına müdafiə hasarı çəkildi. 1030 ildə gəmilərlə Xəzərdə üzən ruslar Abşerona gəlib çıxdılar. Bakı yaxınlığında ruslarla döyüşən Şirvançah Mənuçöhr ibn Yəzid (1027-34) ağır məğlubiyyətə uğradı. 1031 ildə ruslar yenidən Xəzər sahillərində göründülər. Şədadi hökmdarı Əbü-ləFəth Musa onları Bakı yaxınlıöında məğlubiyyətə uğrada bildi. 1032-il də alanlar Yəzidiyyənin tutub ölkəni qarət etdilər. Lakin onlar geri qayıdarkən Dərbənd yaxınlığında əmir Mənsur tərəfindən darmadağın olundular.

11 əsrin 30-cu illərində oğuzlar Şirvana hücum etdilər. Hələ atası Salar ibn Yezidin sağlığından dövləti idarə edən I Fəribürz ibn Salların dövründə (1063-96) Gəncə Şəddadiləri, gürcü və Dərbənd hakimləri ilə dəfələrlə hərbi toqquşmalar baş verdi. I Fəribürz qonşu ərazilər hesabına öz ərazisini genişləndirmək və dövləti möhkəmləndirmək uğurunda müvəffəqiyyətlə mübarizə aparırdı.

11 əsrin sonlarında Şirvanın siyasi yüksəlişi başladı və Şirvanşahlar dövlətinin çiçəklənmə dövrü olan bu yüksəliş monqol işğalınadək davam etdi.

Bakı X əsrdən liman şəhəri kimi məşhur idi. Bununla yanaşı şəhər əhalisi sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu. XI əsrin sonu, XIII əsrin əvvəllərində Bakı tərəqqi dövrü keçirirdi. 1191-ci ildə Qızıl Arslan Şamaxını tutduqda şirvanşah I Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət verirdilər. XII əsrdə Bakı ikicərgəli qala divari və xəndəklə əhatə olundu. Qız Qalası da şəhərin müdafiə sisteminə daxil idi. 1232-1235 illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar



Əvvələ qayıt Aşağa gitmek
(¯`¢єунυη´¯)
Admin
Admin
(¯`¢єунυη´¯)


İsmarıc sayı : 158
Kayıt tarihi : 29/10/11
Yaş : 26
Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)

Şirvanşahlar dövləti Empty
Yeni mövzuMövzu: Geri: Şirvanşahlar dövləti   Şirvanşahlar dövləti Icon_minitimeC.a. Dek. 01, 2011 4:00 am

Sağol Elşən.
Əvvələ qayıt Aşağa gitmek
https://tariximiz.azerbaijaniforum.com
torres

torres


İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 25
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

Şirvanşahlar dövləti Empty
Yeni mövzuMövzu: Geri: Şirvanşahlar dövləti   Şirvanşahlar dövləti Icon_minitimeC. Dek. 09, 2011 10:27 am

maraqlıdır
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content





Şirvanşahlar dövləti Empty
Yeni mövzuMövzu: Geri: Şirvanşahlar dövləti   Şirvanşahlar dövləti Icon_minitime

Əvvələ qayıt Aşağa gitmek
 
Şirvanşahlar dövləti
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Dərsliklər :: 8.sinif-
Keç: