Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Keçmişimizi unutmaq olmaz
 
Anasayfaağqoyunlu dövləti Icon_mini_portal_enGaleriLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 ağqoyunlu dövləti

Aşağa gitmek 
3 posters
MüəllifIsmarıc
torres

torres


İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 26
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

ağqoyunlu dövləti Empty
Yeni mövzuMövzu: ağqoyunlu dövləti   ağqoyunlu dövləti Icon_minitimeÇər. Noy. 30, 2011 10:00 am



Ağqoyunlular — 1284-1291-ci illər arasında, Xorasandan Anadoluya köçmüş oğuz türklərinin tayfa birliyi olub, Azərbaycan, Bayburt, Harput, Diyarbəkir, Bitlis bölgələrində məskunlaşmışlar. Səlcuqlar dövlətinin zəifləmıəsi, Anadoluda Elxanlilər sülaləsinin hökmranlığının sona çatması və bəyliklərin formalaşması dövründə Ağqoyunlu dövləti qurulmuşdur.Mündəricat [gizlə]


Ağqoyunlu dövlətinin yaranması

XIV əsrin sonunda Oğuz türkləri Ağqoyunlu tayfa ittifaqının başçısı Bayandur tayfasından Pəhləvan bəy idi(1370-1388). Qara Yuluq Osman Bəy isə (1394-1435) mərkəzi Diyarbəkr olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy (Uzun Həsən) Bayandur başçılıq etmişdir.

1467-ci ildə Muş döyüşündə Qaraqoyunlular*ın məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Ağqoyunlu dövlətinin əsasını qoyur.

Dövlət quruluşuAzərbaycan tarixi



Həsən bəy Bayandur (Uzun Həsən) Osmanlı və Teymuri hökmdarları kimi sultan titulunu qəbul etmişdir.Sonrakı Ağqoyunlu dövlət başçıları padişah titulunu daşıyırdılar. Dövlətdə baş komandan əmir-əl-üməra adlanır, padişahdan sonra ikinci şəxs sayılırdı. Sonrakı yeri mövlana adı daşıyan sədr-əzəm tuturdu.O, ruhanilərə, vəqflərə, mədrəsə, dini məsələlərə və məhkəmə işlərinə başçılıq edirdi. Sonra baş vəzir gəlirdi. O,daxili idarə vəxarici işlərə, maliyyə məsələlərinə nəzarət edirdi. Bü şəxs həm də padişahın möhürdarı və sahibi-divan idi.Orduda ali rütbəli şəxs əmir adlanırdı. Ölkə əyalət-vilayət, tümən və nahiyələrə bölünürdü. Dövlətin paytaxtı Təbriz şəhəri idi.

Xarici dövlətlərlə münasibət

Ağqoyunlu dövləti Avropa ilə geniş əlaqə yaratmışdı. Ağqoyunlu dövlətinin Qərb ölkələri ilə belə geniş əlaqə yaratmaqda məqsədi beynəlxalq ticarət əlaqələrini, ilk növbədə ipək ticarətini səhmana salmaq və ordunu müasir silahlarla təchiz etmək idi. Ağqoyunluların xarici siyasətində əsas istiqamət Osmanlı imperiyası ilə münasibətlər təşkil edirdi. Sultan II Mehmet Fateh ipəyin daşındığı Avropa-Şərq ticarətində vasitəçiliyin Osmanlı dövlətinə keçməsinə çalışırdı.II Mehmet tərəfindən Kiçik Asiyanın şərqinin tutulması Ağqoyunlu dövləti üçün ciddi təhlükə törətdi.Münasibətlərin kəskinləşməsində Trabzon məsələsi də az rol oynamadı. Həsən bəy Bayandur Trabzon imperiyasının (1204-1461) imperatoru IV İohanın qızı Feodora (Dəspinə xatun) ilə evlənmişdi. Ağqoyunlular Trabzona öz mülkləri kimi baxırdı.Trabzon Ağqoyunlu tacirlərinin Qara dənizə yeganə çıxış yolu idi. II Mehmet Ağqoyunlu ilə müharibəyə Trabzon üzərinə hücumla başladı. Uzun Həsən Trabzonun müdafiəsinə qalxdı. 1461-ci ildə Trabzona hücuma keçən osmanlılarla ağqoyunlular arasında Qayluhisar adlanan yerdə ilk döyüş oldu. Osmanlı ordusuna ağır zərbə vuran Uzun Həsən anası Sara xatunu II Mehmetlə danışıqlara göndərdi.Onun bu danışıqda iki məqsədi vardı.
II Mehmeti Ağqoyunlular üzərinə hücumdan daşındırmaq
Trabzona hücum fikrindən döndərmək.

Sultan öz düşərgəsində Bolqar dağında Sara xatunu hörmətlə qarşıladı.Onlar bu danışıqlarda bir-birinə "Ana"-"oğul" deyə müraciət edirdilər.Sara xatun birinci vəzifənin öhdəsindən gəlsə də II Mehmet Trabzona hücum etmək fikrindən əl kəçmədi.1461-ci ildə 30 günlük mühasirədən sonra 1461-ci il avqustun 15-də trabzonu tutdu.1461-ci ildə bağlanmış Yassıçəmən sülhü Ağqoyunluların sarayında təzələndi.Trabzonun osmanlılar tərəfindən fəthi ilə Ağqoyunlular öz müttəfiqini və Qara dənizə yeganə çıxış yolunu itirdilər.Qara dəniz sahillərindəki Genuya tacirləri ilə əlaqə kəsildi.

Uzun Həsən Osmanlı dövlətinə zərbə endirmək üçün Avropa ölkələri ilə diplomatik əlaqələr yaratmağa başladı. Avropanın xristian dövlətləri Osmanlını zəiflətmək üçün Uzun Həsəndən istifadə edirdilər. Uzun Həsən Qaraman bəyliyi, Kipr, Rodos kimi xırda dövlətlərlə və Venesiya respublikası ilə ittifaqa girmişdir. 1472-ci ildə Venesiya respublikası və Ağqoyunlu dövləti arasında Osmanlı dövlətinə qarşı hərbi ittifaq bağlanmışdır. Venesiya ilə Ağqoyunlu arasında müqaviləyə etbar edərək 1472-ci ilin yazında Ağqoyunlular Osmanlı dövlətinə hücum etdi. Döyüşdə Osmanlı ordusuna qalib gələrək Aralıq dənizi sahillərinə çıxdı.Lakin Venesiyanın vəd etdiyi odlu silah və artilleriya mütəxəssislərini gətirəcək gəmilər gəlib çıxmadı. Venesiya bu zaman Osmanlıdan ticarət imtiyazları almaq üçün gizli danışıqlar apardı.Şahzadə Mustafanın başçılıq etdiyi 60 minlik Osmanlı ordusu Ağqoyunlu ordusunu Beyşehir yaxınlığında məğlubiyyətə uğratdı.1473-cüilin yazında Osmanlı ilə Ağqoyunlular arasında hərbi əməliyyatlar yenidən başladı.1473-cü ilavqustun 1-də Fərat çayı sahilində baş vermiş Malatya döyüşündə Uzun Həsən qalib gələrək Osmanlı sultanı II Mehmetin sülh təklifini rədd etdi. 1473-cü il avqustun 11-də Otluqbeli (Tərcan) döyüşündə Uzun Həsən odlu silahlarla təchiz olunmuş osmanlılar tərəfindən məğlub oldu. Bu döyüşdə Osmanlı yeniçəri alayları xüsusilə fərqləndilər.

1474-cü ildə Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin Şirazda qaldırdığı qiyam yatırıldı. Uğurlu Məhəmməd İstanbula qaçdı və II Mehmet qızını ona ərə verdi. Onu Azərbaycan-Türkiyə sərhəddindəki Sivasa hakim təyin etdi. Uzun Həsən oğlunu ələ keçirib edam etdirdi. II Mehmet qızını və nəvəsi Əhmədi İstanbula apardı. Uzun Həsən Osmanlılara qarşı müharibədə Ağqoyunlulara kömək etmədiyinə görə 1474-1477-ci illərdə Gürcüstana yürüş edərək qalib gəldi. Bağlanan sülhə görə, Tiflis də daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu dövlətinin hakimiyyəti altına düşdü. 1478-ci ildə Uzun Həsənin ölümündən sonra oğlu Yaqub taxta çıxdı. Atasının siyasətini davam etdirən sultan Yaqub Şirvanşahlarla daha da yaxınlaşıb qohum oldu. Ancaq eyni zamanda Ərdəbil hakimləri ilə münasibətlər pisləşdi.



Əvvələ qayıt Aşağa gitmek
Farid

Farid


İsmarıc sayı : 11
Kayıt tarihi : 29/11/11

ağqoyunlu dövləti Empty
Yeni mövzuMövzu: Geri: ağqoyunlu dövləti   ağqoyunlu dövləti Icon_minitimeÇər. Noy. 30, 2011 10:04 am

maraqlıdır
Əvvələ qayıt Aşağa gitmek
(¯`¢єунυη´¯)
Admin
Admin
(¯`¢єунυη´¯)


İsmarıc sayı : 158
Kayıt tarihi : 29/10/11
Yaş : 27
Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)

ağqoyunlu dövləti Empty
Yeni mövzuMövzu: Geri: ağqoyunlu dövləti   ağqoyunlu dövləti Icon_minitimeC.a. Dek. 01, 2011 4:01 am

Maraqlı idi sağol.
Əvvələ qayıt Aşağa gitmek
https://tariximiz.azerbaijaniforum.com
torres

torres


İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 26
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

ağqoyunlu dövləti Empty
Yeni mövzuMövzu: Geri: ağqoyunlu dövləti   ağqoyunlu dövləti Icon_minitimeC. Dek. 09, 2011 10:29 am

dəyməz
Əvvələ qayıt Aşağa gitmek
(¯`¢єунυη´¯)
Admin
Admin
(¯`¢єунυη´¯)


İsmarıc sayı : 158
Kayıt tarihi : 29/10/11
Yaş : 27
Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)

ağqoyunlu dövləti Empty
Yeni mövzuMövzu: Geri: ağqoyunlu dövləti   ağqoyunlu dövləti Icon_minitimeC. Dek. 09, 2011 11:26 am

problem deyil
Əvvələ qayıt Aşağa gitmek
https://tariximiz.azerbaijaniforum.com
torres

torres


İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 26
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

ağqoyunlu dövləti Empty
Yeni mövzuMövzu: Geri: ağqoyunlu dövləti   ağqoyunlu dövləti Icon_minitimeÇər. Dek. 14, 2011 9:11 am

mencunde
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content





ağqoyunlu dövləti Empty
Yeni mövzuMövzu: Geri: ağqoyunlu dövləti   ağqoyunlu dövləti Icon_minitime

Əvvələ qayıt Aşağa gitmek
 
ağqoyunlu dövləti
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» Eldəgəzlər dövləti(Atabəylər dövləti)
» Qaraqoyunlu dövləti
» Şirvanşahlar dövləti
» OĞUZ DÖVLƏTİ
» ŞİRVANŞAHLAR DÖVLƏTİ

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Dərsliklər :: 8.sinif-
Keç: