Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaDİNOVOZRLAR Icon_mini_portal_enGaleriLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 DİNOVOZRLAR

Aşağa gitmek 
MüəllifIsmarıc
torres

torres


İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 26
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

DİNOVOZRLAR Empty
Yeni mövzuMövzu: DİNOVOZRLAR   DİNOVOZRLAR Icon_minitimeB.e. Dek. 19, 2011 9:16 am

Bloq: ramzes → Dinozavrlar haqda

Dinozavrlar 160 milyon il ərzində bizim planetimizdə ən üstün canlılar idi. İndi bu nəhəng məxluqların bütün qalıqları sümüklərdir. Daşlaşmış qalıqlar göstərir ki, 65 milyon il əvvəl nəsə Yerin bütün ekosistemini məhv etdi və dinozavrlar bütün başqa növlərin təxminən 50%i ilə birlikdə qəfildən qırıldı. Bəs onların nəslinin kəsilməsinə nə səbəb oldu? Çox illər, bu sual fərziyyələrdə itib -batan sirr olmuşdur.

Dinozavrların daşlaşmış qalığı: dinozavrlar niyə qırıldı? Yox olma hadisəsi :1970-ci illərdə bu fərziyyələr Kaliforniya Universitetinin Berkley komandanın sayəsində real elmi tədqiqata çevrildi Geoloq Walter Alvarez Italiyadaki Guppio dağlarındakı qaya laylarını araşdırırdı. Bu vaxt O Təbaşir və üçüncü dövr laylarının arasında ( bu qatların sərhəddi kt sərhəddi kimi də tanınır) bir qata çatdı.təbaşir qayası daşlaşmış qalıqlarla dolu amma üçüncü dövr qaysında heç nə yox idi.Bu qara-qəhvəyi K-T qatı dinozavrların məhv olduğu dövrdə formalaşmışdır.
DİNOVOZRLAR 3be015aad9
Alvarez bu laydan bir sıxma götürdü atası dahi fizik Luis Alvarezin analiz etməsi üçün. Onlar nüvə kimyaçısı Elen Michels və Frank Asaronun köməkliyiylə kəşf etdilər ki, o element iridiumun yüksək miqdarını özündə saxlyır.Bu element yer qabığının çox ndir elementidir, amma K-T sərhəddində iridiumun səviyyəsi əvvəlki tapıntılrdan 200 dəfə daha çox idi.bu qədər iridium haradan gəlmişdi? Başqa planetdən gələn komet və asteroidlər kimi o ərazilər iridiumla zəngin idi.Bu qat Alvarezin kamandasına asteroidin fərqli əlamətlərini göstərirdi. 1980-ci ildə Luis Alvarez və onun oğlu asteroidlərin dinozavrların məhvinə səbəb olması fikrini irəli sürdülər.

O vaxtan bəri geokimyaçılar iridium anomaliyalarını K-T sərhəddində dünyanın yüzlərlə ərazisində kəşf etdilər.Bu ərazilərdəki sərhəd qayaları meteorit əlamətlərini heç bir dəyişikliyə uğramadan özündə saxlayır.Bu aşınmış qayalar yüksək hərarət və partlayışın gücündən ərimiş, sınmış və deformasiyaya uğramış fiziki dəyişikliklərin başlama əlamətlərini göstərir.Məsələn kvars kimi dəyişikliyə uğramış minerallar ümumilikdə K-T sərhəd qayasındadır. Bunlar gözlənilməz təzyiq altında formalaşır.indiki dünya səthində itmiş asteroid izləri vaxtilə nəhəng olub.Bəs asteroidlər hansı ərazilərə düşmüşdilər?Asteroidlərin qoyduğu izlər tədqiq etdilən ərazilər idi. Asteroidlər hansı ərazilərə düşmüşdü? 1990-cı ildə Arizona universitetinin mütəxəsisi Alan Hildebrand Meksika Neft Şirkətinin prezidenti işləmiş geofizik Glen Penfieldlə əlaqə qurdu. Penfield onun potensial crater sahəsini kəşf etməsinə inandı.Meksika neft şirkətinin Yukatan yarmadasındakı qədim tədqiqat tarixinə baxarkən Penfield qayanın nəhəng batmış bir qövsünü gördü.sonra o 1960-cı illərin region qravitasiya xəritəsində başqa bir qövs aşkar etdi.Bu qövs böyük dayirəylə formalaşmada ilk uyğun gələni idi.Dərin dairə Yukatan yarmadasının ucunda Puerto Chixulub kəndindin ətrafındaydı. Penfieldin tapdığı krater 100 mil enliyində idi.Penfield bilirdi ki. Meksika Neft Şirkəti 50 il əvvəl yukatan yarmadasının həmin ərazilərində neft axtarışları aparıb. Tədqiqat quyusu qazılarkən işçilər andezit adlanan qeyri-adi bir vulkanik qayaya çatdılar. Hildebrand və Penfield andezit nümunələrini yenidən tədqiq etdilər. Analizlər zamanı müəyyən olundu ki, qaya özündə çoxlu metamorfik minerallar saxlyır.Daha sonra dəlillər sübut etdi ki, Chixulub krateri K-T təsirli ərazidə idi.Elmi komitə belə qərara gəldi ki, burda nəvaxtsa yer üzərində mövcud olmuş təsirlərdən məhv olmuş solğun çapıqlar var.
DİNOVOZRLAR 84d3949145


Belə ki,65 milyon il əvvəl Everest dağı boyda 2.6 milyard tonluq asteroid səmadan saatda 40000 mil sürətlə yerə çırpıldı.Asteroid 100 milyon meqaton dinamit enerjiylə Meksika ərazisinə düşdü. Böyük təsirli dalğalar bir saniyəyə yayılırdı. Yaranmış toqquşma nəticəsində Meksika körfəzi ətrafında böyük sunamilər yarandı. Yer titrədi, vulkanlar püskürdü, böyük küləkli qasırğalar yarandı. Atmosferdə ümumilikdə trilyon tonlarla çəkidə kütlə yığıldı. Ətrafı böyük ildırımlar bürüdü. Hər şey 300 mil ərazidə toqquşmanın təsirindən dərhal dağıldı. ,amma bu asteroid qlobal dəyişikliyə səbəb oldy.Toqquşma nəticəsində yaranan toz kütləsi atmosferə yayıldı. Asteroid çirkləndirən ərazilərə günəş işığı düşmürdü. Beləliklə yerdə aylarl qaranlıq hökm sürdü.Qida zənciri dağıldı və dinozavrın 165 milyon illik yerdəki həyatı sona çatdı.Yer kütləsi canlılarının 85% -i məhv oldu. Yalnız 15 % sağ qaldı .İridiumla zəngin lay dinozavrlarla məməlilərin yaşını müəyyən etməyə imkan verdi.Dinozavrların yox olması məməlilərin inkişafına səbəb oldu.
Əvvələ qayıt Aşağa gitmek
 
DİNOVOZRLAR
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Testlər :: 8 sinif-
Keç: