torres

İsmarıc sayı : 198 Kayıt tarihi : 02/11/11 Yaş : 24 Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR
 | Mövzu: SÜRÜNƏNLƏR B.e. Dek. 19, 2011 9:05 am | |
|
Sürünənlər (lat. Reptilia) - Xordalılar tipinin onurğalılar yarımtipinə aid sinif.
Suda-quruda yaşayanlardan fərqli olaraq sürünənlər quru mühitində yaşadıqları üçün onların dərisi qurudur və üzəri pulcuqlarla örtülüdür. Əksəriyyəti xaricdən möhkəm təbəqə ilə örtülü və ehtiyyat qida maddəsi ilə zəngin olan yumurta qoyur. Tənəffüs yalnız ağ ciyərlər vasitəsilə gedir.
Skeletinin quruluşu və yerləşməsi, demək olar ki, suda-quruda yaşayanlarda olduğu kimidir. Baş beyində görmə payları daha yaxşı inkişaf etimişdir. Əksinə, beyincik bir çox nümayəndələrində o qədər də böyük deyil.
Suda-quruda yaşayanlarda olduğu kimi sürünənlərin də ürəyi üç kameralı olub, bədən temperaturu sabit deyildir. Sürünənlər qarnı üzərində sürünür (ilanlar və ayaqsız kərtənkəİələr) və yaxud öz gödək ayaqları ilə bədənini yerdən az qaldıra bilir.
|
|
| |
|