Bəzz qalasıVikipediya, açıq ensiklopediya
Keçid et:
naviqasiya,
axtar Bu adın digər istifadə formaları üçün, bax: Bəzz qalası (dəqiqləşdirmə).Bəzz qalası
Tikili haqqında məlumat|
Orijinal adı |
Bəzz qalası |
Ölkə |
İran, Cənubi Azərbaycan |
Yeri |
Qaradağ, Kəleybər |
Tarixi |
VIII əsr |
Tikili |
Qala |
Tipi |
İstehkam qala |
Tikinti materialı |
çay daşı, kərpic |
Vəziyyəti |
Xarabalıqları qalıb |
|
Bəzz qalası -
Güney Azərbaycanın
Şərqi Azərbaycan ostanının
Qaradağ mahalının
Kəleybər qəsəbəsindən 3 km cənub-qərbdə yerləşən qala.
Xürrəmilər hərəkatının rəhbəri
Babəkin əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox Babək qalası kimi tanınır. Qala strateji cəhətdən mükəmməl ərazidə, dəniz səviyyəsindən 2300-2600 metr yüksəklikdə yerləşir. Qalanın ətrafını 400-600 metr dərinlikdə dərələr əhatə edir.
Bəzz qalasına yürüş
Ərəb coğrafiyaşünası Əbu Duləf (X əsr) yazır: "Bəzz qalası
Babək Xürrəminin əsas sığınacağıdır. Qalada qırmızı geyimli adamlar dolaşır və qalaya qırmızı bayraqlar sancılıb".
Bəzz qalası ərazisində aparılan arxeoloji qazıntılar zamanı
Bizans və Azərbaycan
Atabəy Eldəgəzlər dövlətlərinə aid sikkələr tapılıb. Qala divarlarının hər dörd küncündə yarımdairəvi gözətçi məntəqələri var. Həmçinin qala ərazisindən təndirlər, çıraqlar, gil qablar, silahlar və digər əşyalar tapılmışdır. Hazırda hər il Babəkin doğum günündə
Güney Azərbaycan Milli Oyanış Hərəkatı təşkilatının rəhbərliyi ilə güneyli qardaşlarımız qalaya yürüş keçirərək xalq qəhrəmanını yad edirlər.