Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaAVROPA QİRƏSİ Icon_mini_portal_enGaleriLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 AVROPA QİRƏSİ

Aşağa gitmek 
MüəllifIsmarıc
VƏKİL CƏFƏRLİ

VƏKİL CƏFƏRLİ


İsmarıc sayı : 79
Kayıt tarihi : 29/11/11

AVROPA QİRƏSİ Empty
Yeni mövzuMövzu: AVROPA QİRƏSİ   AVROPA QİRƏSİ Icon_minitimeC.a. Dek. 15, 2011 12:18 pm

Avropa

AVROPA QİRƏSİ 300px-Europe_%28orthographic_projection%29.svg AVROPA QİRƏSİ Magnify-clip
Avropa qitəsi



Avropa - Afrikanın şimalında, Asiyanın qərbində, Atlantik okeanının şərqində yerləşən qitə. Onun sahəsi 10,5 milyon km²-ə bərabərdir.

"Avropa" sözü sami dillərində Erep (yaxud İrib), "günəşin batdığı tərəf" mənasını verir. Finikiyalılardan yunanlara keçən bu ad, yunanca "Europa" olmuş və Egey dənizindən qərbdə yerləşən ölkələrə deyilmişdir.


Mündəricat



Tarixi

AVROPA QİRƏSİ 300px-Vienna_Battle_1683 AVROPA QİRƏSİ Magnify-clip
Vyana döyüşü 1683-cü il. Bu döyüş nəticəsində Avropa Osmanlı İmperiyası tərəfindən istila olunmaqdan xilas oldu



Avropanın əhəmiyyəti və mövqeyi əhalisi və fiziki coğrafiyasından deyil, sahib olduğu insan resurları və onun xüsusiyyətlərindən irəli gəlir. Yaxşı hazırlıqlı insanlardan ibarət əhali, elm və texnologiyada göstərmiş olduğu irəliləmələr sayəsində, iqtisadi istiqamətdən də inkişaf etmiş və yüksək bir həyat standartına çatmışdır. Təbii qaynaqları az olan Avropa, bu inkişafını tamamilə insan qaynağının yüksək xüsusiyyətlərinə və müstəmləkəçilik sisteminin nemətlərinə borcludur. İndiki vaxtda dünyanın ən böyük güc mərkəzi olan ABŞ-ın xalqı da çox böyük nisbətdə Avropa mənşəlidir. Ayrıca elmi və texnoloji inkişafların bir çoxu avropalılar tərəfindən reallaşdırılmışdır. Avropa ölkələrinin hər istiqamətdən birləşməsini məqsəd qoyan və bu yolda əhəmiyyətli mərhələlər reallaşdıran Avropa Birliyi, Avropanın yer üzündəki gücünü və əhəmiyyətini daha da artırmaqdadır. Avropa Bayrağı, Avropa Birliyi tərəfindən də istifadə edilir

Soyuq müharibənin sonu, 1990-cı ilə qədər Avropada bir-birindən fərqli siyasi - iqtisadi sistemlər mövcud idi. Bunlardan biri, indi də mövcud olan plürialist demokratik sistem və sərbəst bazar iqtisadiyyatını tətbiq edən Qərb Bloku, digəri isə kommunist ideologiyalı tək partiyalı sosialist sistemi (bax Varşava Müqaviləsi) idi. Ancaq sosialist sisteminin lideri olan SSRİ-nin iqtisadi və siyasi sisteminin zəifləməsi ilə blok çökdü. Köhnə sosialist bloku ölkələri, iqtisadi və siyasi sistem olaraq Qərb blokuna yaxınlaşma yolunda ciddi addım atmağa başladılar. Çoxpartiyalı demokratik sistemə və sərbəst bazar iqtisadiyyatına keçid həmin ölkələrin iqtisadiyyatına ciddi təsir etməyə başladı. Üzvlük və inteqrasiya ilə bağlı Avropa Birliyinə edilən müraciətlər müsbət qarşılandı və onlarla AB arasında ciddi inteqrasiya prosesi başlandı. Həmin ölkələrin böyük bir hissəsi Qərbi Avropanın hərbi təşkilatı olan NATO-ya daxil olmuş və beynəlxalq təhlükəsizliyin təminatında iştirak etməyə başladılar. Bununla da Avropada 1990-cu ilin əvvəlindəki hərbi, iqtisadi və siyasi qütbləşmə ideoloji əhəmiyyətini itirmişdir.

Coğrafiyası


Avropann ucqar nöqtələri şimalda Nordkin burnu, cənubda Marokki burnu, qərbdə Roki burnu, şərqdə isə Ural dağlarının şimal qurtaracağı hesab olunur. Ekvator xəttindən xeyli şimalda yerləşir. Lakin şimal qütb sahəsinə az bir hissəsi daxildir. Antarktidadan başqa yeganə qitədir ki, tropik sahəyə daxil deyildir. Qərb hissəsindən başlanğıc eridianı keçir, bu meridian London meqapolisinə daxil olan Qrinviç şəhərindən keçdiyi üçün onu çox vaxt Qrinviç meridianı adlandırırlar. Digər materiklərə görə Avropanın mövqeyi tarixən əlverişliliyi ilə seçilmişdir. Avropa hələ qədim dövrlərdən cənubda Aralıq dənizi vasitəsilə Cənub-Qərbi Asiya və Şimali Afrika ilə əlaqə saxlamışdır. Qərbdə isə Şimali Amerika və başqa materiklərə gedən dəniz yolları üzərində yerləşmişdir. Avropa Atlantik okeanıŞimal Buzlu okeanı suları ilə əhatə olunub. Sahil xətləri çoxlu parçalanmaya məruz qalmış, girintili-çıxıntılı olması ilə seçilmişdir. Onun sahillərində çoxlu buxta və körfəzlər var. Bu da qabarma və çəkilmələrin təsiri ilə dənizçiliyin inkişaf etməsinə, çoxlu dəniz limanlarının yaranmasına şərait yaratmışdır. Dənizdən xeyli kənarda, Temza çayı sahilində yerləşən London bu səbəbdən mühüm liman şəhərinə çevrilmişdir. Sahil xətlərinin çox parçalanması bir sıra ada və yarımadaların da yaranmasına səbəb olmuşdur. Qitə ərazisinin 25%-ni ada və yarımadalar tutur. Avropanın daxili hissələri dənizlərdən çox aralı deyildir. Qərbdə daxili hissələrin dənizlərdən məsafəsi 600 km, şərqdə isə 1600 km təşkil edir. Avropa dövlətlərinin əksəriyyətinin dənizə çıxışı olduğuna görə, dəniz dövlətləri hesab olunurlar.

Şimaldan Avropa sahillərini Şimal Buzlu okeanının Norveç, BarensAğ dənizin suları yuyur. Barens və Ağ dənizləri arasında Kola yarımadası yerləşmişdir. Şimaldakı Novaya Zemlya, Frans İosif TorpağıSvalbard adaları da Avropaya aiddir. Atlantik okeanı və onun dənizləri Avropanı qərb və cənubdan əhatə etmişdir. Şimal, Baltik, Aralıq, QaraAzov dənizi sahillərdə bir sıra körfəz və buxtalar yaratmışdır. Bunlardan Biskay, Fin, Botnik, Riqa və başqa körfəzləri göstərmək olar. Baltik və Norveç dənizləri arasında Avropanın ən böyük yarımadası olan Skandinaviya yarımadası yerləşir. Avropanın digər iri yarımadalarından Pireney, Apennin, Balkan, Krım qeyd olunmalıdır. Avropanın böyük adalarından isə Böyük Britaniya, İrlandiya, İslandiya, Korsika, SiciliyaSardiniya göstərilə bilər. Aralıq dənizi Avropa sahillərində ən böyük və ən dərin dənizdir. Bu dəniz həmişə istidir (13°C) və onun ətraf ərazilərin təbiətinə təsiri böyükdür. Buna səbəb isə dayaz və ensiz Cəbəllütariq boğazından nisbətən soyuq okean sularının bu dənizə daxil ola bilməməsidir. Şimali Atlantika isti cərəyanının təsiri ilə Norveç və Barens dənizləri qışda donmur. Bu, gəmiçiliyin daimi inkişafı üçün əlverişli imkan yaradır. Daha cənubda yerləşən Ağ və Baltik dənizləri isə qışda buz bağlayır.

Göründüyü kimi Avropa qitəsi özünəməxsus əlverişli coğrafi mövqeyə malik bir ərazidir. Bu əlverişlilik onun ekvatora və qütb sahəsinə, digər materiklərə, okeanlara görə bir qədər münasib yerləşməsi, sahil xətlərinin əlverişli olması ilə izah oluna bilər. Tarixən Avropa ərazisində insanlar daha çox məskunlaşmış, təsərrüfat cəhətdən yüksək inkişaf səviyyəsinə çatmışlar. Əlverişli coğrafi mövqe, tarixi inkişafın nəticələri bu gün Avropanı dünyanın siyasi, ictimai və iqtisadi həyatında həlledici rol oynamasına gətirib çıxaran amillərdən olmuşdur.

Geologiyası

AVROPA QİRƏSİ 600px-Europe_geographique_grande
Əvvələ qayıt Aşağa gitmek
 
AVROPA QİRƏSİ
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Ümumi :: Məlumat-
Keç: