Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaASİYA HAQDA MƏLUMAT Icon_mini_portal_enGaleriLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 ASİYA HAQDA MƏLUMAT

Aşağa gitmek 
MüəllifIsmarıc
VƏKİL CƏFƏRLİ

VƏKİL CƏFƏRLİ


İsmarıc sayı : 79
Kayıt tarihi : 29/11/11

ASİYA HAQDA MƏLUMAT Empty
Yeni mövzuMövzu: ASİYA HAQDA MƏLUMAT   ASİYA HAQDA MƏLUMAT Icon_minitimeC.a. Dek. 15, 2011 12:15 pm

Rəvayəti ifadələr → "Asiya" sözünün etimologiyası


Qitələr içərisində Asiya qitəsinin xüsusi çəkisi var Öz böyüklüyünə görə Asiya qitəsi digərlərindən fərqlənir. Asiya yeganə qitədir ki, onun sahil zolaqlarını şimalda Şimal Buzlu okean, şərqdə Sakit okeanın, cənubda Hind okeanının və qərbdə Atlantik okeanın — Aralıq dənizinin suları əhatə etmişdir. Doqquz iqlim qurşağının hamısına Asiya qitəsində rast gəlmək olur. Asiya qitəsi özünəməxsus heyvanlar aləmi və bitki örtüyünə malikdir. Bu qitənin xarakterik cəhətlərindən biri də odur ki, Yer kürəsi əhalisinin yarısından çoxu məhz Asiyada yaşayır.

Asiya sözünün əmələ gəlməsi və mənşəyi barədə müxtəlif fikir və mülahizələr var.Bunlardan biri bu coğrafi adın az tayfasının adından götürülməsi fərziyyəsidir. Araşdırıcıların bir çoxu Azərbaycan sözünün tərkibindəki az hissəciyini də həmin xalqın adı ilə bağlayır və Azərbaycanı azların — az xalqının yaşadığı ölkə hesab edirlər.

Başqa bir fikrə görə, Asiya sözü «nəhəng ölkə» deməkdir. Bu fikrin tərəfdarları Asiyanın geniş bir ərazisin əhatə etdiyini əlində rəhbər tuturlar. Qeyd etmək lazımdır ki, az xalqının adı run əlifbası ilə yazılmış abidələrdə, məs Kül Tiginin şərəfinə ucaldılmış abidədə də çəkilir. Eləcə də az sözünün nəhəng mənasında işlənməsi də məlumdur (Azman sözünü yadınıza salın). Lakin mənə elə gəlir ki, Asiya sözü az xalqının adı ilə və ya nəhəng mənasını daşıması ilə heç bir əlaqəsi yoxdur. Ən azından bunun üçün kifayət qədər əldə fakt yoxdur. Fakta söykənməyən fikir, fərziyyə elə fərziyyə olaraq qalır.

Avrasiya materikində yaşayanlar lap qədim zamanlardan görürdülər ki, günəş şərqdə-Asiyada doğur və qərbdə -Avropada batır. Avropa sözünün Finikiya dilindəki «ereb» -qaranlıq sözündən yaranmışdır. Mənə elə gəlir ki, Asiya coğrafi adı da belə yaranmışdır. Tədqiqatçıların bəziləri bu sözün mənşəyini yəhudi dilində, yaxud toxar(Baktriya) dilinə bağlamaları özünü bir o qədər doğrultmur. Qədim Assuriya dilində (assuriyalılar qədim sami xalqlarından biri olub, vaxtilə Ön Asiyada hegemonluq etmişlər. Bu xalqın qalıqları Tacikistanda və Əfqanıstanda yüksək dağ zirvələrində hələ də yaşayır) "şərq" mənasında asu sözü işlənir. Yəni Assuriyalılar Asiyanı Avropanın -qərbin əksi kimi qəbul etmişlər. Əlbəttə, nəzərə almaq lazımdır ki, Asiya adı əvvəl bütün qitəyə deyil, Assuriya dövlətinin şərqində yerləşən bölgələrə deyilmişdir. Yəni bu söz vasitəsilə Assuriyalılar Günəş doğan tərəfi, şərqi adlandırmışlar. Assuriyalılardanbu söz digər xalqlara keçmiş, nəhayət bütün qitənin adı kimi formalaşmışdır.
Əvvələ qayıt Aşağa gitmek
 
ASİYA HAQDA MƏLUMAT
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» SAKİT OKEAN HAQDA MƏLUMAT
» .ZİREDDİN RZAYEV HAQDA SHOK MELUMATLAR

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Ümumi :: Məlumat-
Keç: