VƏKİL CƏFƏRLİ
İsmarıc sayı : 79 Kayıt tarihi : 29/11/11
| Mövzu: İMAM HÜSEYN C.a. Dek. 15, 2011 12:08 pm | |
| İmam Hüseyn (ə) qəlbləri fəth edirİmam Hüseyn (ə) qəlbləri fəth edir
İmam Hüseynin (ə) həyat tərzi ilə yaxından tanış olan və onun başına gələn müsibətlərdən xəbəri olan hər bir kəs baş verənlərdən narahat olur və onun vicdanı oyanır. Əlbəttə, bunun da bir neçə səbəbləri vardır: Birincisi: Səhabələrin İmam Hüseyn (ə) barəsində Peyğəmbərdən (s.a.v) eşitdikləri hədislərdir ki, onun fəzilətinə, məqamına, ümməti tərəfindən başına gələcək müsibətli hadisələrə toxunur. Peyğəmbərin (s.a.v): “Hüseyn məndəndir, mən də Hüseyndənəm. Hüseyni sevəni ALLAH sevər”-deməsi, onun özünün bir parçası hesab etməsi, onu sevməyi ALLAHın sevməyinin göstəricisi olması qeyd etməsi qəlbləri fəth edən əsas səbəblərdən biridir. Ona görə də səhabələrin İmam Hüseyni (ə)sevməsi, onun məqamını təqdir etməsi bir çox tarixi mənbələrdə də yer almışdır. İbn Kəsirin öz kitabında qeyd etdiyinə görə, İmam Həsən və İmam Hüseyn Kəbəni təvaf edən zaman müsəlmanlar izdiham yaradaraq onların ətrafında cəm olurdu.
İmam Həsən və İmam Hüseyn həccə piyada gedərdilər. Onların yanından ötüb keçmək istəyən hər bir atlı miniyindən düşüb onlarla bərabər yol gedərdi. Lakin bu həccə gedənlər üçün çətinlik yaradırdı. Onların çoxunun piyadə getməyə taqətləri olmadığından imamları da atlı olaraq keçməyi özlərinə yaraşdırmırdılar. Nəhayət, onlar bu məsələni səhabələrin böyükləri ilə danışırlar. Belə təklif olunur ki, imam Həsən və Hüseynə həcc üçün minik verilsin, əgər qəbul etməsələr, onda özlərinə başqa yolu seçsinlər. Bu təklif imamlara gəlib çatanda onlar belə cavab verirlər: “Bizim miniyə ehtiyacımız yoxdur, amma özümüz üçün başqa yol seçərik”.
Səhabələrin və digər müsəlmanların İmam Hüseynə (ə) olan xoş münasibəti onların Peyğəmbərdən (s.a.v) eşitdikləri hədislərə görədir. İmam Hüseynin (ə) şəxsiyyəti, fəziləti, elmi, ibadəti və əxlaqı müsəlmanların qəlbini fəth etmişdir.
İslam tarixi səhabələrdən, tabiinlərdən və sonrakı nəsillərdən İmam Hüseynin (ə) şəxsiyyətini və məqamını qiymətləndirən və təsdiqləyən çoxlu saylı hədislər, hadisələr, təriflər nəql etmişdir.
İmam Hüseynin (ə) Kərbəla hadisəsində bütün şücaəti və dözümlülüyü ilə faciəvi şəkildə şəhid olması onun başqalarının qəlbini fəht etməsinin səbəblərindən biridir. Seyyid Qütb [misirli alim] “Fi zilalil-Quran” adlı təfsir kitabında “Ğafir” surəsinin təfsirində belə deyir: “Hüseyn [ALLAH ondan razı olsun!] o böyük Kərbəla hadisəsində bir tərəfdən böyük faciə ilə üz-üzə gəlir, digər tərəfdən isə şəhid olur. Görəsən, onun bu hərəkatı qələbə idi, yoxsa məğlubiyyət?! Zahirdə, dar düşüncə sahiblərinə bu bir məğlubiyyət kimi görünə bilər. Lakin həqiqətdə, geniş düşüncə sahibləri üçün bu bir qələbə idi. Yer üzündə İmam Hüseynə bərabər tutulan elə bir şəhid yoxdur ki, onun üçün qəlblər bu qədər qeyrətə gəlsin və fədakarlıq göstərsin. İmam Hüseynə olan fədakarlıq və sevgidə həm onun şiələri, həm digər müsəlmanlar, həm də qeyri-müsəlmanlar bərabərdir”. | |
|