Mövzu: Hansı günah bağışlanmır C.a. Dek. 15, 2011 12:06 pm
Bağışlanmayan günahlar
Hansı günahlar bağışlanmır?
Allah kiçik günahların bağışlanacağını vəd etsə də, bu günahları təkrarlamaq olmaz. Rəvayətdə oxuyuruq: “Kiçik günahlardan çəkinin.” (“Vəsail”, c. 15, s. 310) Çünki insan kiçik günahlardan bir o qədər də utanmadığından bu günahları təkrarlayır və tövbə barədə düşünmür. Əgər borclu şəxs borcunun azlığını əsas tutaraq verdiyi borcu tələb edən şəxsi qınasa, borc verən həmin pulu bağışlamaz. Amma böyük miqdarda borcu olan insan borc verən şəxsdən üzr istəyib xəcalət çəksə bu borc ona bağışlana da bilər. Bəli, insan dikbaşlıqla yox, peşmanlıqla bağışlanır.