Tarixim ilə fəxr edirəm!


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaTakvimGaleriMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 Osmanlı imperiyası

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
VƏKİL CƏFƏRLİ

avatar

İsmarıc sayı : 79
Kayıt tarihi : 29/11/11

Yeni mövzuMövzu: Osmanlı imperiyası   B.e. Dek. 12, 2011 8:35 am

Osmanlı İmperiyası


Ulu Osmanlı Dövləti
دولت عالیه عثمانیه
Devlet-i Aliyye-i Osmaniye

İmperiya

27 yanvar 1299 — 1 noyabr 1922


























BayraqGerb
Şüar
دولت ابد مدت
(Devlet-i Ebed-müddet)
(Əbədi dövlət)

1866-cı ildə Osmanlı Dövləti
PaytaxtBursa (1335-1365)
Edirne (1365-1453)
İstanbul (1453-1922)
Dil(lər)Osmanlı türkcəsi
Dinİslam
Pul vahidiAkçe, Kuruş, Lirə
Sahəsi24.534.242 km² (1685)]Mənbə göstərin]
Əhalisi35 350 000 (1856)
18 520 000 (1914)
İdarəetmə formasıMonarxiya
SülaləOsmanlı
Bəy
- 1302-1326Osman
Sultan
- 1918-1922VI Mehmet
Osmanlı Dövləti və ya Osmanlı İmperiyası[1] (Osmanlıca: دولت عالیه عثمانیه, Devlet-i Âliyye-i Osmaniyye [2]) Avrupa'nın tanımladığı şekliyle Osmanlı İmparatorluğu [3][4][5][6], Türk dilində Osmanlı İmparatorluğu, Osmanlı Devleti) - çoxmillətli və çoxdinli türk dövləti.

Əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik əyalətinin Söğüt şəhərində Osman bəy tərəfindən Osmanoğulları Bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə məşhur Bizans İmperiyasına son qoyaraq onun paytaxtı Konstantinopolu ələ keçirmiş və öz paytaxtına çevirmişdir. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlətin qurucusu və Osmanlı sülaləsinin banisi olan Osman bəy Oğuzların Kayı boyundandır.


Mündəricat



Tarix


Osmanlı türk imperiyası türklərin tarixdə qurduğu 16 müstəqil dövlətdən ən uzun ömürlüsü və ən geniş torpaqlara sahib olanıdır. 622 il davam edən bu böyük imperiya Ağ dəniziQara dənizi əhatə edən Asiya, AvropaAfrika qitələrində yüz illər boyu hökm sürüb. Müxtəlif irq və dinlərdən olan bir çox xalqı torpaqları ilə birlikdə bir dövlətdə birləşdirib. Tarixdə belə geniş torpaqlara bu qədər uzun hökmranlıq edən digər quruluş Roma imperiyası və Britaniya imperiyası olmuşdır. Osmanlı türk imperiyasında 36 sultan hökmranlıq etmiş və XVI əsrin əvvəlllərindən etibarən xəlifəlik adı ilə də İslam dünyasının dini hökmranlığını öz üzərinə götürmüşdür.

Osmanlı dövlətinin yaranması


Osmanlı türk imperiyasının əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik əyalətinin Söğüt şəhərində Osman bəy tərəfindən Osmanoğulları Bəyliyi kimi qoyulmuşdur. Bəzi tarixçilərə görə, Osmanlı Dövlətinin qurucusu Osman Bəyin atası Ərtuğrul Qazi, onun atası Gündüz Alp (və ya Süleyman Şah) onun atası Kaya Alp, onun atası Gündüz Alpdır. Bu adlı-şanlı ailə Oğuz türklərinin 24 boyunun ən nüfuzlularından olan Kayı əşirətinin başçısı idi. Osman bəyin atası Ərtuğrul Qazi, Səlcuk sultanı Ələddin tərəfindən Bizans sərhəddinə “uc bəyi” olaraq təyin edilmişdi. Ərtuğrul Qaziyə yurd kimi verilən ərazi bugünkü Bursa, Kütahya və Biləcik vilayətlərinin sərhədlərinin birləşdiyi yerdir. Sonradan Söğüt qəsəbəsi Bizansdan alınaraq mərkəz edilib. Səlçuklu Dövlətində uc bəyliklərinin vəzifəsi dövlətin sərhəddini qorumaq və xristianlara qarşı cihad etməkdən ibarət idi. Tarixi mənbələrə əsasən Ərtugrul Bəy 1281-ci ildə vəfat edib. Yerinə isə ailənin ən kiçik oğlu olmasına rəğmən çox üstün keyfiyyətlərə malik Osman Bəy seçildi və uc bəyi oldu. Osman Bəy ağıllı siyasət və döyüş qabiliyyəti ilə qonşuları olan Bizans hakimləri ilə gah dostluq münasibətləri qururdu, gah da müharibələr edirdi. Qısa zamanda Bizansdan xeyli torpaq ələ keçirən Osman bəy Bursaİzniki də fəth etdi. Yarhisar və Qaracahisar hakimlari ilə birlik qurdu. Bundan sonra 1288-ci ildə Qaracahisarı ələ keçirdi. Osman bəy, Biləcik və Yarhisar qalalarını da aldı. 1299-cu ildə Yarhisar hakiminin qızı Nilufərlə oğlu Orxan Bəyi evləndirdi. I Murad ilə Süleyman Paşa bu nikahdan dünyaya gəldilər. Osman Bəy 1299-cu ildə Osmanlı Dövlətinin müstəqilliyini elan etdi. 1301-ci ildə Yenişəhər ilə Yundhisarı aldı və Yenişəhəri paytaxt elan etdi. Bundan sonra Yenişəhərin ətrafındakı kənd və qəsəbələri alan Osman Bəy, 1303-cü ildə İzniki ələ keçirdi və Bursa hakiminin topladığı birliyi dağıtdı. Sonra isə bu şəhəri aldı. Osman Bəy, Bursanı fəth etdiyi ildə, 1326-cı ildə vəfat etdi.

Osman Bəydən sonra yerinə oğlu Orxan Bəy keçdi. Orxan Bəy də fəthlərə davam etdi. Bizanslılardan İznik və İzmiti aldı. İznik savaşının gedişində qalanın yardımına gələn Bizans ordusu yenildi və Qarasi Bəyliyi, Osmanlıların əlinə keçdi. Bizans İmperatoru olmak istəyən Kantakuzenosa yardım göndərildi. Sonra ardıcıllıqla Çimbi Qalası, Gelibolu, Bolayır, Malkara, Çorlu və Təkirdağ ələ keçirildi. Ankara alındı. Osmanlı Dövlətində pul ilk dəfə bu dövrdə kəsildi.

I Muradın hakimiyyətə gəlməsi və Balkan fəthləri


Orxan Qazi 1362-ci ildə öləndən sonra yerinə oğlu I Murad keçdi. Bundan istifadə edən Ankara ahiləri şəhəri yenidən ələ keçirdilər. I Murad qoşunu toplayaraq Ankara üzərinə hücum etdi və şəhəri geri aldı. 1363-cü ildə Çorlu və Lüləburgazı ələ keçirdi. Komandanlarından Evranos Bəy və Haci İlbəyi də Malkara, Kəşan, İpsala, Dədəağac və Dimatokanı Osmanlı torpaqlarına qatdılar. Lala Şahin Paşa da Ədirnəni aldı. Filibə və Gümülcinə də Osmanlıların əlinə keçdi. Bundan sonra Ədirnə üzərinə yürüş başlandı. Kızılağac, Yanbolu, İhtiman, Samokov, Aydos, Karinabat, Sozapol və Hayrabolu alındı. Bolqar kralı Osmanlı himayəsinə keçdi. Bacısı şahzadə Mariyanı I Murada verdi. Çirməndəki savaşda Serblər yenildi və 1371-ci ildən Serblər Osmanlıların himayəsinə keçdi. I Murad Bursaya dönüb oğlu Bəyazidi Süleyman Şahın qızıyla evləndirdi. Kütahya, Tavşanlı, Simav və Əmət gəlinin çehizi olaraq Osmanlılara verildi. Akşəhər, Yalvaç, Yenişəhər, Karaağac və Əğridir Həmidoğlu Hüseyin Bəydən satın alındı. 1385-ci ildə Timurtaş Paşa, İstip, Manastır və Ohri vilayətlərini ələ keçirdi. Bolqarıstanda Sofiya Osmanlı hakimiyyətinə keçdi. Serb və Bosniya kralları, Xorvat və Albaniya şahzadələri Osmanlılara qarşı birləşdi və 30.000 nəfərlik bir orduyla Timurtaş Paşanı Plosnik deyilən yerdə məğlub etdilər. Bundan yararlanmaq istəyən Avropalılar, Xaçlı Birliyi qurdular. I Murad, hələ bu birləşmədən öncə Əli Paşa ilə Bolqar kralını və Dobruca şahzadəsini məğlub edərək, onların Xaçlı Birliyinə qoşulmasını önlədi. 1388-ci ilin əvvəlində I Murad Rumeliyə keçdi və iki ordu Kosovada qarşılaşdı. Xaçlı Birliyi döyüşdə yenildi, Serbiya kralı da bu döyüşdə öldürüldü. Savaşdan sonra I Murad bir Serb tərəfindən şəhid edildi.

Yıldırım Bəyazidin hakimiyyəti


Yerinə 1389-cu ildə oğlu Bəyazid keçdi. I Muradın ölümündən faydalanmaq istəyən Anadolu hakimləri Aydınoğulları, Saruxanoğulları, Gərmiyanoğulları, Məntəşəoğulları, Həmidoğulları bəylikləri Osmanlılara qarşı savaş elan etdilər. 1389-cu ildə Yıldırım Bəyazid, onların Anadoludakı hakimiyyətlərinə son qoydu. Bir il sonra isə Qaramanlılarla, Bəyşəhəri Osmanlılara vermək şərtiylə sülh bağlandı. Yıldırım Bəyazid, 1396-cı ildə İstanbulu tutdu. Bu qəlibiyyət Xaç Yürüşünə səbəb oldu. Niqboluda baş vermiş döyüş Xaçlı Birliyi məğlub oldu. Sonra İstanbulun işğalına davam edildi. Anadoluhisarı qalası tikdirildi. İstanbulun işğalını vəzir Əli Paşaya tapşıran Yıldırım, Anadoluya gedərək Konyanı Osmanlı torpaqlarına qatdı. Qazi Burxanəddinin ölkəsi və Malatya ələ geçirildi. Yıldırım Bəyazid, Anadoluda olarkən "Boucicant" komandası bir donanma ilə İstanbula köməyə gəldi. İstanbulu Türklərin işğalından qurtardı və şəhər yaxınındakı qalaları geri aldı. Yıldırım Bəyazid buna çox üzüldü. 1400-cü ildə İstanbulu yenidən işğal etdi. Bu dəfə isə Teymurun Anadoluya girməsi işğalın dayanmasına səbəb oldu. Anadoluya girən Teymur, Sivası alaraq yağmaladı. Oradan Şərqi Anadolu və Suriyaya döndü. Yıldırım ordusunu topladı və 1402-ci ildə Teymur ilə Ankarada qarşılaşdı. Döyüş Bəyazidin məğlub olunub və əsir alınması ilə nəticələndi. 1403-cü ildə Yıldırım Bəyazid öldü. Onun ölümündən sonra, oğullarından Süleyman Rumelidə, İsa Çələbi Balıkəsirdə, Məhməd Çələbi Amasyada və Musa Çələbi Bursada padşahlıq elan etdilər. Nəticədə Çələbi Məhməd tək hökmdar vəziyyətinə gəldi.
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax
 
Osmanlı imperiyası
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Dərsliklər :: 7.sinif-
Keç: