Tarixim ilə fəxr edirəm!


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaTakvimGaleriMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 İslam dinin yaranması

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
VƏKİL CƏFƏRLİ

avatar

İsmarıc sayı : 79
Kayıt tarihi : 29/11/11

Yeni mövzuMövzu: İslam dinin yaranması   C. Dek. 09, 2011 12:35 pm

İslam












İslam



























İnanclar
Allah


Allahın varlığı və təkliyi
Mələklər
Müqəddəs kitablar
Məhəmməd peyğəmbər (s)
Digər peyğəmbərlər
İmamət
Axirət
Kəlimeyi-şəhadət

Firuiddin
Namaz qılmaq
Zəkat vermək
Xüms vermək
Oruc tutmak
Həccə getmək
Xüsusi günlər
Ramazan bayramı
Qurban bayramı
Qədiri-Xum bayramı
Quran


Sünnə · Hədis
Təsavvüf
Tarixşəxsiyyətlər
Əhli-Beyt · Səhabə
Şiəlik · Sünnilik · Xaricilik






Din








































Dini özünüdərkin növləri
Monoteizm · Dualizm · Politeizm · Deizm · Teizm · İtsizm · Panteizm
İbtidai inanclar
Totemizm · Animizm · Fetişzm · Şamanizm
Dünya dinləri
Buddizm · Xristianlıq · İslam
Səmavi dinlər
İudaizm · Xristianlıq · İslam · Bəhailik
Dharma dinləri
İnduizm · Caynizm · Siqhizm · Buddizm
Ənənəvi Uzaq Şərq dinləri
Daoizm · Konfutsiçilik · Sintoizm
Digər dinlər
Tenqriçilik · Zərdüştilik
Əsas anlayışlar
Tanrı · Ruh · Günah · Sakrallıq · Ruh · İman · Doqmat · Müqəddəs Kitablar · Ölümdən sonrakı həyat · İbadət · Məbəd
Dinlərin siyahısı · Portal:Din
g · m
İslam monoteist- təkallahlı səmavi bir dindir.

"İslam" adının

olaraq qəbul edilən iki anlamı vardır:


  1. sülh (salam da bu kökdəndir);
  2. boyun əymək, itaət etmək (Allaha təslim olmaq)dır.

Beləliklə ümumi nəzər budur ki, İslam yeganə Allaha (ərəb. الله‎‎) təslim olmaq, boyun əymək deməkdir.

İslamın əsas ehkamı tövhid, nübuvvətməaddır.[1]


  • Tövhid – Allahı ibadətə layiq olan yeganə haqq məbud bilməkdir. Bu özündə həmçinin Allahın Adil (ədalətli) olmasını ehtiva edir, yəni O, hər bir şeyi hikmət üzündən yaradır.
  • Nübuvvət sonuncusu Məhəmməd peyğəmbər (s) olmaqla 124000 peyğəmbərin Allah tərəfindən insanları haqqa dəvət etmək üçün seçdiyinə, eləcə də mələklərə və onların peyğəmbərlərə gətirdiyi vəhyə, kitablara və bu kitablardan sonuncusunun Qurani-Kərim olduğuna iman gətirməkdir. İslamın şiə məzhəbində hər bir peyğəmbər kimi, Məhəmməd peyğəmbər (s) üçün də Allah tərəfindən təyin olunan canişinlərin — 12 imamın haqq olduğuna iman gətirilməlidir.
  • Məad - hər bir insanın dünyasını dəyişməsinə və Qiyamət günü dirildilərək Allah qarşısında hesab verməsinə iman gətirmək.

İslam dinini qəbul edənlər müsəlman adlanırlar.

Müsəlmanlar, Allahın buyurduqlarını və İslamın müqəddəs kitabı Qurandan və İslamın Peyğəmbəri Məhəmmədin etdiklərini sünnə öyrənib, özlərinə örnək götürürlər.

Müsəlmanlar hər gün 5 vaxt namaz qılmalı, Ramazan ayının orucunu tutmalı və müstəti olanlar (yəni maddi və fiziki imkanı olanlar) ömürlərində heç olmasa bir dəfə həcc ziyarətinə getməlidirlər. Bundan başqa müsəlman islami vergiləri — xumszəkat, eləcə də fitrə zəkatı verməlidir. Ümumiyyətlə, İslam qanunları tələb edir ki, hər bir müsəlman böyük günahları tərk eləsin.

İslam dünyanın ən geniş yayılmış ikinci böyük dinidir[2] və dünyanın ən tez böyüyən dinlərdən biridir. [3] [4] [5] [6] [7][8]. Dünyada təqribən 1 milyard 200 milyona yaxın müsəlman yaşayır.[9] Əksər müsəlmanlar iki cərəyandan birinə mənsubdur; bunların 80-90% Sünni, 10-20% Şiədir.[10] [11] Müsəlmanların təxminən 13%i ən böyük Müsəlman ölkəsi olan İndoneziyada yaşayır [12] , 25% Cənubi Asiyada [13], 20% Yaxın Şərqdə [14], 2% Orta Asiyada , 4% Cənub-şərqi Asiya ölkələrində və 15% Afrikada. [15]


Mündəricat



Tarixi


Ərəb xilafətinin yaranması


İslam VII əsrin əvvəllərində Qərbi Ərəbistanda (Hicaz əyaləti, Məkkə şəhəri) Allah tərəfindən bir din olaraq insanların hidayəti üçün göndərilib. İslamın peyğəmbəri və təbliğatçısı bütün müsəlmanlar tərəfindən Allahın sonuncu elçisi kimi qəbul olunan Qureyşilər qəbiləsi, Haşimilər tayfasının nümayəndəsi Məhəmməd peyğəmbərdir (s). Məhəmməd peyğəmbər (s) tarixin ən nüfuzlu şəxsiyyətlərindəndir.

İslamın başlanğıc nəzəriyyəsi Qurani-Kərimdə izah olunur və Qurani-Kərim Allahın kəlamı, Məhəmməd peyğəmbərə nazil olunan ilahi vəhydir.

İslam ideologiyasının formalaşması


Ərəbcə "Allah" kəlməsinin yazılışı



VII-VII əsrin əvvəllərində gedən ərəb fəthləri nəticəsində xilafətin tərkibinə erkən feodal münasibətlərinə keçmiş ölkələr daxil oldu. Fateh ərəblər bu münasibətlərin təsiri altına düşdüklərinə görə İslam ideologiyasında dəyişiklik meydana gəldi. Yeni feodal quruluşu öz əksini sünnədə tapdı, bu da İslamın inkişafında yeni mərhələ açdı. Sünnə IX sərdə kodeks halına salınandan sonra İslamın mühüm kitablarından biri oldu. Feodal xilafətində mürəkkəb sosial və siyasi vəziyyəti əks etdirən sünnə praktiki olaraq böyük əhəmiyyətə malik oldu.

Kəndli, yoxsul və bədəvilərin anti-feodal hərəkatları öz ideoloji ifadəsinin müxtəlif müsəlman təriqətlərinin nəzəriyyələrində tapmışdır. İslamda VII əsrin ortalarında ictimai bərabərsizlik uğrunda amansız mübarizə aparan I təriqət xaricilər idi.

İslamın VII-VIII əslərdə Xilafətdə yayılması xristianlıq, iudaizm, zərdüştlük və əsasən maniliyin müqaviməti ilə rastlaşdı. Xeyli kobud antropomorfizmin və ibtidai determinizmin (təqdir haqqında nəzəriyyə halında) tərəfdarları olan erkən İslamın vaizləri və ilk çağlarda islam həqiqətlərinin heç bir əsaslandırmaya ehtiyacı olmadığını hesab edənlər başqa dinlərin tərəfdarları ilə toqquşmalarda aciz qalırdılar. Feodal ideologiyası olan islamın müdafiəsi üçün yaranan toqquşmalarda, VII əsrin ortalarında mötəzililər çıxış edirdilər. Qədim YunanEllinis fəlsəfəsi və onun dialektikası ilə tanış olan, islamda ədalətli ortodokslarla mübarizə aparan mötəzililər müsəlman ilahiyyətinin - Kəlamın əsasını yaratdılar. Kəlamın banisi görkəmli mötəzili, ortodokslarla güzəştin tərəfdarı, sonralar onları tərəfinə keçmiş və onlara güclü təsir etmiş Əşəri(873-935) hesab olunur.

İslamda parçalanma, təriqətlər


İslam öz növbəsində bir neçə təriqətlərə bölünür. Onlardan ən böyukləri SünnülükŞiəlik təriqətləridir.

Feodal müsəlman cəmiyyətinin inkişafı feodal-hüquqşunaslığın fiqhinin hazırlanmasını tələb etdi. Sünnilərdə fiqhin əsasları və ya kökləri kimi, Quransünnə ilə birlikdə icma və qiyas qəbul edildi. VII və IX əsrlərdə müsəlman hüququnun qaydaları işlənib hazırlandı. Sünnülər bu məsələlərdə dörd məzhəbə - hənəfilərə, malikilərə, şafeilərə, hənbəlilərə bölündülər.

IX-XI əsrlərdə feodal münasibətlərinin inkişafı dövründə islamın mistik-asketik istiqaməti - sufilik inkişaf edir.

Ölkələrə görə islam


İslam ölkələri



İslam - üç dünya dinlərdən biri. İslam icmaları 120-dən çox ölkədə var. Onlar 1,2-1,5 milliard adam birləşdirir. 35 ölkənin əhalisi çoxu müsəlmandır. İslam 28 ölkənin rəsmi dinidir.

Azərbaycanda


VII əsrin əvvəllərində Ərəbistan yarımadasında meydana çıxan islam tezliklə dünyanın böyük bir hissəsinə yayıla bildi. Azərbaycanın islamlaşması da erkən islam fütuhatları ilə hicrətin 18-ci ilindən (639-ci il) başlanır. Azərbaycanın mərzbanı İsfəndiyar ibn Fərruxzad ərəblərə məğlub olub sülh müqaviləsini həmin il bağlamışdı. Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan, Aran fəth edilir, ərəblər Xəzər sahili boyu Dərbəndə kimi gəlirlər. Şəhərin istehkamları onları heyran qoyur və onlar şəhəri "Bab əl-Əbvab" adlandırırlar. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Əli bin Əbu Talibin hakimiyyəti dövründə (656-661) Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Şimalda bu proses bir qədər uzun çəkmişdir. Ərəblər fəth etdikləri ərazilərdə əhali üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb yürüşlərini davam etdirir, sonra yenə geri qayıdırdılar. Yerli əhali vergiləri verməkdən imtina etdikləri halda hücumlar başlanırdı.

İslam fütuhatları çox yerdə sülh yolu ilə (sülhən), bəzi yerlərdə isə silah gücünə (ənvətən) həyata keçirilirdi. Fəth edilmiş ərazilərdə bütpərəst əhaliyə islamı qəbul etmək təklif olunurdu, qəbul edənlər zəkat və xərac ödəyir və "evlərində otururdular", yəni müsəlmanların sırasında döyüşlərdə iştirak etmirdilər; döyüşlərdə iştirak edənlərə hərbi qənimətlərdən pay düşürdü; islamı qəbul etməyən yəhudi və xristianlar cizyə ödəyirdilər, cizyə ödəyənlər müsəlmanların himayəsi altında olurdular; islamı qəbul etməkdən imtina edən bütpərəstlər və ya cizyə ödəmək istəməyən kitab əhli müsəlmanlarla döyüşməli olurdular. Sərhəd məntəqələrində - ribatlarda ancaq müsəlmanlar yaşayırdılar. Bu məntəqələri möhkəmlətmək üçün Xilafətin müxtəlif vilayətlərindən gələn müsəlmanlar burada yerləşdirilir, islamı qəbul etməyən yerli əhali bir qədər kənarda "rəbəd" adlanan yerlərə köçürülürdü. Bu dövrdə Hüzeyfə ibn əl-Yəman, Ütbə ibn Fərqəd, Vəlid ibn Üqbə, Səlman ibn ər-Rəbiə əl-Bahili, Bükeyr ibn Abdulla, Süraqə ibn Əmr, Məsləmə kimi ərəb sərkərdələrinin bağladıqları sülh müqavilələrində əhalinin canı, malı və dininin toxunulmazlığı əsas şərt kimi göstərilirdi.

Azərbaycanda islamlaşmanın konkret formaları haqqında fikir yürütmək bir qədər çətindir, çünki bu məsələ indiyədək öyrənilməmiş qalır. Hər halda bu mürəkkəb prosesin bəzi mərhələlərini fərqləndirmək olar.

Birinci mərhələ kimi VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən islam fütuhatları dövrünü götürmək olar. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və Alban kilsəsinin öz müstəqilliyini (avtokefallığını) itirməsi ilə bitir. Akademik Z.Bünyadovun göstərdiyi kimi, bu mərhələnin sonunda islam Azərbaycanda hakim din olur, onu öz imtiyazlarını qorumaq üçün ilk növbədə və qeydsiz-şərtsiz yuxarı silk adamları qəbul edirlər. Yeni din tacir və sənətkarlar arasında yayılır, çünki ərəblər bu siniflərə güzəştlər edirdilər. Bu mərhələdə məscidlər tikilmir, qədim məbədlər və islamlaşma nəticəsində istifadəsiz qalmış kilsələr məscidlərə çevrilir, qəbilə-tayfa şüurunun dini şüurdan üstünlüyü qorunub saxlanılırdı.

İkinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyət başına gəlməsinəqədərki dövrü əhatə edir. Azərbaycan ərazisində müstəqil Şirvanşah Məzyədilər və Səcdilər dövlətləri yaranır. Bütpərəstlik, zərdüştilik əhəmiyyətini itirir, yəhudilik mövcudluğunu qoruyub saxlayır, Alban kilsəsi müstəqilliyini bərpa edir, amma nüfuz dairəsi zəiflədiyindən ayinçilik erməni dilində aparılır, ardıcılları erməniləşir. Bu dövrdə islama mənsubluq şüuru güclənir, amma etnik köklərlə bağlı şüur tamamilə itib getmir. Bunu Abbasilərin hakimiyyətinin ilk dövrlərindən başlanan şüubilik hərəkatında izləmək mümkündür. Babək hərəkatı (816-838) buna ən parlaq misaldır. Sərhəd məntəqələrində islam təsəvvüfü təşəkkül tapır. Dağ rayonlarında ifrat şiəlik fəallaşır.

Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055) əhatə edir. Bu dövrdə mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıllar tapır. Bu dövrün ən gözəl sufi abidələrindən biri Şirvandakı Pirsaat çayı üzərindəki xanəgahdır.

Dördüncü mərhələ Səlcuqilər dövrü (XI əsrin ortaları - XIII əsrin ortaları) ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləyir. Şafii məzhəbi aparıcı məzhəb olur. Sufi təriqətləri geniş yayılır. Azərbaycan Atabəyləri və Şirvanşahlar islamı xristianların təzyiqindən qoruya bilirlər.

Beşinci mərhələ monqol istilaları dövrünü (XIII əsrin I yarısı - XV əsrin II yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılır. Hürufilik güclənir. Onun banisi Fəzlullah Nəimi (vəfatı - 1394) idi. Əbülhəsən Əliyyül-Əla və şair Nəsimi (vəfatı - 1417) hürufiliyin ən nüfuzlu nümayəndələri kimi şöhrət tapmışlar. Bu dövrdə sufi xəlvətiyyə təriqətinin ikinci piri Seyyid Yəhya Şirvani Bakuvi Xəlvəti (vəfatı - 1464) çox məşhur olmuşdur. Ağqoyunlu hökmdarı Uzun Həsənin qardaşlarından biri xəlvətiyyə şeyxi Dədə Ömər Rövşəninin (vəfatı - 1487) ardıcıllarından idi. İbrahim bin Məhəmməd Gülşəni (vəfatı - 1534) XV əsrin ikinci yarısında xəlvətiyyənin bir qolu kimi gülşəniyyə təriqətinin əsasını qoyur. Sonralar bir çox sufi təriqətləri, o cümlədən nəqşbəndiyyə Azərbaycana və Azərbaycan vasitəsilə Şimali Qafqaza nüfuz etmişdir.

Altıncı mərhələ səfəvilərin (1501-1786) və XVI əsrdən etibarən Osmanlıların (1281-1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 12 qırmızı zolaqlı əmmamə bağlayırdılar. Buna görə də onlar "qızılbaşlar" adlanırdılar. Çaldıranda Səfəvilərə qalib gələn Osmanlılar Azərbaycanda sünni hənəfi məzhəbini yayırdılar.

Azərbaycanın Rusiya imperiyasına ilhaq edilməsindən sonrakı dövr də ölkənin islamlaşmasının yeni mərhələsi kimi nəzərdən keçirilə bilər. Bu mərhələnin ən səciyyəvi xüsusiyyəti hökumətin müsəlman din xadimlərini ələ almaq və özünə tabe etmək məqsədilə xristianlıqdakı kilsə strukturuna bənzər islam dini qurumu yaratmaq siyasəti ilə bağlıdır. Rus çarının 29 noyabr 1832-ci ildə Senata göndərdiyi məktubda Zaqafqaziya müsəlmanlarının dini işlər idarəsi barədə əsasnamə hazırlanması təklif olunurdu. Lakin hazırlanmış layihələrin heç biri bəyənilmədi. 1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun tapşırığı ilə xarici işlər nazirliyinin əməkdaşı N.Xanıkov "Məhəmmədi ruhanilərin təşkili barədə əsasnamə" layihəsini hazırladı. Layihə bütövlükdə bəyənilsə də Krım müharibəsi onun həyata keçirilməsini ləngitdi. 1864-cü ildə həmin işi davam etdirmək üçün yeni komissiya yaradıldı, yerli şiə və sünni məzhəblərinin nümayəndələri də komissiyanın tərkibinə qatıldılar. Hazırlanan təlimatlar müsəlman ruhanilərinin vəzifələrini, hüquq və imtiyazlarını, dünyəvi hakimiyyətlə münasibətlərini tənzim edirdi. 1867-ci ilə qədər hökumətdən yalnız şeyxülislam və müfti maaş alırdılarsa, bu ildən etibarən digər yüksək rütbəli müsəlman ruhaniləri də maaş almağa başladılar. "Zaqafqaziya şiə və sünni məhəmmədi ruhanilər idarəsi haqqında Əsasnamə" Dövlət şurasının təqdimatı ilə Rusiya çarı tərəfindən 5 aprel 1872-ci ildə təsdiq edildi.

İdarənin təşkilində rus pravoslav kilsəsinin quruluş prinsipi əsas götürülmüşdü. Cənubi Qafqazda 2 müsəlman inzibati orqanı - müftinin başçılığı ilə Sünni ruhani idarəsi (müftilik) və şeyxülislamın sədrliyi altında Şiə ruhani idarəsi (şeyxülislamlıq) yaradıldı. Tiflisdə yerləşən bu iki idarənin hər biri sədrdən, idarə heyətinin üç üzvündən, iki köməkçisi ilə birlikdə katibdən, mütərcim, mirzə və arxivariusdan ibarət idi. Hər iki idarənin tabeliyində Tiflis, İrəvan, Yelizavetpol (Gəncə) və Bakı quberniyalarının hərəsində 1 məclis olmaqla 4 məclis var idi. Sünni idarəsində 16, şiə idarəsində 20 qazı var idi. İdarələr Daxili İşlər Nazirliyinin nəzarəti altında idi və birbaşa canişin qarşısında məsuliyyət daşıyırdı. Quberniya səviyyəli ruhanilər quberniya və qəzalardakı yerli hakimiyyətlərə tabe idilər.

Azərbaycan Demokratik Respublikası (1918-1920) yaranana qədər cənubi Qafqaz müsəlmanlarının dini işləri bu iki idarə tərəfindən tənzim edilmişdir. 1918-ci il dekabrın 11-də şeyxülislam Məhəmməd Pişnamazzadə vəzifəsindən istefa verir. ADR sosial təminat və dini etiqad işləri naziri Musa Rəfibəyovun əmri ilə həmin vəzifəyə axund Ağa Əlizadə təyin edilir. Bu dövrdə islamı rasionallaşdırmaq, müasirləşdirmək meylləri güclənir.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mayın 15-də Dini etiqad işləri nazirliyi və Şeyxülislamlıq təsisastı buraxılır, müsəlman din xadimləri təqiblərə məruz qalır, məscidlərin əksəriyyəti bağlanır. 1943-cü ildə faşist Almaniyasına qarşı mübarizədə dinin imkanlarından istifadə məqsədilə Zaqafqaziya müsəlmanlarının dini qurumunun yaradılması məqsədəuyğun hesab edilir. Zaqafqaziya müsəlmanlarının I qurultayı 25-28 may 1944-cü ildə Bakıda keçirilir və mərkəzi Bakıda olmaqla Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yaradılır. Axund Ağa Əlizadə şeyxülislam seçilir. O, idarənin tarixində seçilmiş ilk şexülislamdır, ona qədər şeyxülislamlar dövlət tərəfindən təyin edilirdilər. Bundan əlavə, 1944-cü ildən etibarən cənubi Qafqazda müsəlmanların dini təşkilatlanmasındakı dualizm aradan qalxır. Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi vahid mərkəz olur və şeyxülislam tərəfindən idarə olunur, müfti İdarə sədrinin birinci müavini sayılır və sünniməzhəb müsəlmanların şəriətlə bağlı məsələlərini tənzim edir.

Hazırda bu idarə Qafqaz Müsəlmanları İdarəsi kimi dövlət qeydiyyatından keçərək fəaliyyət göstərir və islam təmayüllü digər dini icmaların tarixi mərkəzi hesab olunur.
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax
(¯`¢єунυη´¯)
Admin
Admin
avatar

İsmarıc sayı : 158
Kayıt tarihi : 29/10/11
Yaş : 19
Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)

Yeni mövzuMövzu: Geri: İslam dinin yaranması   C. Dek. 09, 2011 4:01 pm

maraqlıdır
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://tariximiz.azerbaijaniforum.com
THe_TaLeNT_12

avatar

İsmarıc sayı : 25
Kayıt tarihi : 25/11/11
Yaş : 17
Şəhər/ölkə : Bilesuvar,Zehmetabad

Yeni mövzuMövzu: Geri: İslam dinin yaranması   Ş. Dek. 10, 2011 9:36 am

Vəkil islam dininin yaranmasını biz tarixdə keçdik.Nə məcbur idi ki,internetdən bu qədər şeyi köçürmüsən!!!
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://mentiq.yetkin-forum.com
(¯`¢єунυη´¯)
Admin
Admin
avatar

İsmarıc sayı : 158
Kayıt tarihi : 29/10/11
Yaş : 19
Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)

Yeni mövzuMövzu: Geri: İslam dinin yaranması   Ş. Dek. 10, 2011 4:22 pm

Razıyam.

imzası_________________
Hər bir dövlətin vətəndaşı olmaq üçün,o dövlətin tarin bilmək lazımdır.



Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://tariximiz.azerbaijaniforum.com
taleh-tarix

avatar

İsmarıc sayı : 28
Kayıt tarihi : 27/11/11
Yaş : 19
Şəhər/ölkə : Celilabad

Yeni mövzuMövzu: Geri: İslam dinin yaranması   Ş. Dek. 10, 2011 4:54 pm

bunu hansı saytdan köcürmüsən)))
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax
(¯`¢єунυη´¯)
Admin
Admin
avatar

İsmarıc sayı : 158
Kayıt tarihi : 29/10/11
Yaş : 19
Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)

Yeni mövzuMövzu: Geri: İslam dinin yaranması   Ş. Dek. 10, 2011 5:18 pm

sənə nə ki.

imzası_________________
Hər bir dövlətin vətəndaşı olmaq üçün,o dövlətin tarin bilmək lazımdır.



Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://tariximiz.azerbaijaniforum.com
torres

avatar

İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 19
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

Yeni mövzuMövzu: Geri: İslam dinin yaranması   Çər. Dek. 14, 2011 9:38 am

çoxxxxxxxxxxxxx maraqlıdır
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax
Sponsored content




Yeni mövzuMövzu: Geri: İslam dinin yaranması   

Əvvələ qayıt Aşağa gitmek
 
İslam dinin yaranması
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Ümumi :: Dini-
Keç: