Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaXÜRRƏMİLƏR HƏRƏKATI BABƏK Icon_mini_portal_enGaleriLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 XÜRRƏMİLƏR HƏRƏKATI BABƏK

Aşağa gitmek 
4 posters
MüəllifIsmarıc
VƏKİL CƏFƏRLİ

VƏKİL CƏFƏRLİ


İsmarıc sayı : 79
Kayıt tarihi : 29/11/11

XÜRRƏMİLƏR HƏRƏKATI BABƏK Empty
Yeni mövzuMövzu: XÜRRƏMİLƏR HƏRƏKATI BABƏK   XÜRRƏMİLƏR HƏRƏKATI BABƏK Icon_minitimeC. Dek. 09, 2011 4:49 am

Həyatı
Babək Xürrəminin doğum tarixi dəqiq məlum deyil, lakin dolayı məlumatlara əsaslanan tədqiqatçılar belə hesab edirlər ki, bu, 798-800-cü illərə təsadüf edir. Onun atasının adı Abdulla imiş. Bu ad sırf ərəb mənşəli olduğundan belə güman edilir ki, o, müsəlman olub. Babəkin atası Azərbaycanda yaşayır və bitki yağı alveri ilə məşğul olurdu. Babəkin anası ilə də o, yağ satarkən Bilalabad kəndində tanış olmuşdu. Abdulla evləndikdən sonra da Azərbaycanın hər yerində yağ alveri edirdi. Bir dəfə Ərdəbil yaxınlığında ikən quldurların hücumuna məruz qalır və evə qayıdandan sonra aldığı yaralardan vəfat edir. Onun dul qadını iki uşaqla Həsən və Abdulla ilə tək qalır. Böyük oğlu Həsən sonralar Babək adı ilə məşhurlaşır.

Babək on yaşına çatanda anasına kömək etmək üçün naxıra gedir. Onun ömrünün bu mərhələsi barədə tarixçi Məhəmməd ibn İshaq belə bir rəvayət yazır: "Bir dəfə Babək evə gec gəlir və bundan narahat olan anası onu axtarmağa gedir. Çox axtardıqdan sonra anası onu otardığı inəklərin arasında yatmış halda tapır. Günorta olduğundan ana oğluna diqqətlə fikir verdikdə onun bədənindəki tük yerlərindən qan çıxdığını aydın görür. Uşaq oyanıb ayağa durduqdan sonra qan rəngini dəyişərək, görünməz olur. Ana başa düşür ki, oğlu dünyaya böyük işlər görməkdən ötrü gəlib və onun taleyində çox qanlar axacaq."[5]

Bir neçə il sonra Babək karvanlara qoşulub, Azərbaycanın hər tərəfini gəzir. Bu gəzintilər zamanı ölkənin coğrafiyasına yaxından bələd olması sonralar ona ərəblərin nizami orduları ilə vuruşlarda çox kömək eləyir. Az sonra Babək Təbrizə gedir. Burada xürrəmilərin təlimi ilə tanış olur. On səkkiz yaşında Təbrizi tərk edərək, anasının yanına Bilalabada qayıdır. Bu qayıdış onun həyatında çevriliş edir. Balaca Həsən böyük xalq sərkərdəsi Babəkə çevrilir.

Bilalabad yaxınlığındakı Bəzz adlanan keçilməz dağ qalasında varlı vilayət hakimi, Cavidan ibn Sührək deyə çağrılan bir xürrəmi yaşayırdı. O, yerli xürrəmi təşkilatına başçılıq edirdi. Əbu İmran adlı qonşu feodalla (o da xürrəmi idi) daimi düşmənçiliyi Cavidanı həmişə döyüş hazırlığı vəziyyətində saxlayırdı. Bir dəfə qış vaxtı Zəncanda mal-qarasını satıb qalaya qayıdarkən Cavidan yolda qar fırtınasına düşür. Onun dəstəsi sığınmaqdan ötrü Bilalabada dönür və təsadüf üzündən Babəkin anasının evinə düşürlər. Babəklə görüşü Cavidanı bərk təəccübləndirir. O, ucqar kənddəki bu kasıb kəndli daxmasında öz yaşından çox-çox qabağa getmiş belə yüksək fərasətli bir cavanla rastlaşacağını gözləmirdi. Buna görə də götür-qoy etmədən Babəki öz dəstəsinə dəvət edir. Babək anasının tənhalığını səbəb gətirərək, bu təklifə razılaşmır. Onda Cavidan Babəkin anasına oğlunu buraxmasından ötrü ağız açır və ayda ona beş-on dirhəm göndərəcəyini vəd edir. Anası razı olur və səhər tezdən Babək döyüşçü yoldaşları ilə Bəzz qalasına yola düşür[6].
XÜRRƏMİLƏR HƏRƏKATI BABƏK 300px-Bazz_castle XÜRRƏMİLƏR HƏRƏKATI BABƏK Magnify-clip
Bəzz qalası



Babək buradakı malikanələrin idarəçisi işlədiyi az bir vaxtda Cavidanın və yoldaşlarının böyük hörmət və rəğbətini qazanır. Belə ki, Cavidan Əbu İmranla toqquşmalarının birində həlak olarkən onun xanımı döyüşçülərin hamısını toplayaraq, Cavidanın vəsiyyətini çatdırır: "Yoldaşlarıma xəbər ver-bilirəm ki, bu gecə ölməliyəm - de ki, ruhum mənim cismimdən Babəkin bədəninə keçir. Onun ruhuna qovuşur və o sizin yardımınızla elə qüdrətin sahibi olacaq ki,bizim heç birimiz hələ yetə bilməmişik, dünyanın ən güclü şəxslərini yenəcək, sizin aranızdakı ən mağmınlar iftixar, alçaldılmışlar yüksəliş tapacaq."[7]

Ərəb tarixçisi Məhəmməd ibn İshaq baş verənləri belə təsvir edir: "Döyüşçülər xanımdan soruşdular: "Nəyə görə ölümqabağı o, bunları özü bizə söyləmədi?" O cavab verdi: "Siz hərəniz bir kəndə səpələnmişdiniz. Əgər o hər birinizin ardınca çapar göndərsəydi, ərəblər bundan xəbər tutar və onun can üstə olmasından istifadə edərdilər. Buna görə də o, mənə tapşırdı ki, sizi yığım, vəsiyyəti eşidəsiniz və əməl edəsiniz." Kəndlilər dedilər: "Danış, sağikən biz ona tabe olmuşuq, öləndən sonra da onun iradəsinin ziddinə getməyəcəyik." Dul qadın sözünə davam etdi: "Onun son sözləri budur: mən bu gecə ölməliyəm, ruhum bu gəncin, qulluqçumun (o, Babəki göstərdi) cisminə qovuşacaq. Mən öz silahdaşlarım üzərində rəhbərliyi ona vermək qərarına gəlmişəm. Kim buna qarşı çıxsa və mənim iradəmə zidd getsə, qoy ona lənət olsun." Onda hamı bir ağızdan dedi: "Biz razıyıq". O, hamını bir-bir çağıraraq, dedi: "Bir tikə çörək götür, suya batırıb ye və söylə: -Ey Bəbəkin ruhu, mən sənə əvvəllər Cavidanın ruhuna inandığım qədər inanıram. Sonra Babəkin əlini əlinə al, əyil və öp." Hamı belə etdi. Bu 816-cı ildə baş verdi."[8][9][10][11]
Əvvələ qayıt Aşağa gitmek
torres

torres


İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 25
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

XÜRRƏMİLƏR HƏRƏKATI BABƏK Empty
Yeni mövzuMövzu: Geri: XÜRRƏMİLƏR HƏRƏKATI BABƏK   XÜRRƏMİLƏR HƏRƏKATI BABƏK Icon_minitimeC. Dek. 09, 2011 10:21 am

maraqlıdır
Əvvələ qayıt Aşağa gitmek
Farid

Farid


İsmarıc sayı : 11
Kayıt tarihi : 29/11/11

XÜRRƏMİLƏR HƏRƏKATI BABƏK Empty
Yeni mövzuMövzu: Geri: XÜRRƏMİLƏR HƏRƏKATI BABƏK   XÜRRƏMİLƏR HƏRƏKATI BABƏK Icon_minitimeC. Dek. 09, 2011 10:43 am

yaxsidi
Əvvələ qayıt Aşağa gitmek
(¯`¢єунυη´¯)
Admin
Admin
(¯`¢єунυη´¯)


İsmarıc sayı : 158
Kayıt tarihi : 29/10/11
Yaş : 26
Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)

XÜRRƏMİLƏR HƏRƏKATI BABƏK Empty
Yeni mövzuMövzu: Geri: XÜRRƏMİLƏR HƏRƏKATI BABƏK   XÜRRƏMİLƏR HƏRƏKATI BABƏK Icon_minitimeC. Dek. 09, 2011 11:32 am

maraqlıdır
Əvvələ qayıt Aşağa gitmek
https://tariximiz.azerbaijaniforum.com
Sponsored content





XÜRRƏMİLƏR HƏRƏKATI BABƏK Empty
Yeni mövzuMövzu: Geri: XÜRRƏMİLƏR HƏRƏKATI BABƏK   XÜRRƏMİLƏR HƏRƏKATI BABƏK Icon_minitime

Əvvələ qayıt Aşağa gitmek
 
XÜRRƏMİLƏR HƏRƏKATI BABƏK
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» Babək Haqqında
» KOROGLU SALARİLƏR HƏRƏKATI

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Dərsliklər :: 7.sinif-
Keç: