Tarixim ilə fəxr edirəm!


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaTakvimGaleriMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 XƏZƏR XAQANLIĞI

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
VƏKİL CƏFƏRLİ

avatar

İsmarıc sayı : 79
Kayıt tarihi : 29/11/11

Yeni mövzuMövzu: XƏZƏR XAQANLIĞI   C. Dek. 09, 2011 11:34 am

Xəzər xaqanlığı



Xəzər xaqanlığı (650-850)



Xəzər xaqanlığı və ya Xəzər Dövləti (634-965) - 634-cü ildə Şərqi Göytürk dövləti dağıldıqdan sonra yaranmış, Qara dənizin Şimal sahilləri, Kiyevə qədərki bu günki Ukrayna torpaqları, Xəzər dənizinin Şimal və Şimal-qərbini örtən geniş torpaqlarda hökm sürmüş olan türk dövləti. Bəzi mənbələrdə Manqışlaqdan Aral gölünə qədər olan torpaqlar da xaqanlığa daxil edilir. Paytaxtı əvvəl Səməndər, sonra İdil şəhəri olmuşdur.

Avropada qurulan ilk türk dövlətlərindən ən qüvvətlisi və ən uzun ömürlüsü Xəzər xaqanlığıdır. Qara dənizin şimalına qədər hakimiyyətini genişləndirən Qərb Goytürk dövlətinin davamı kimi meydana gəlmişdir. Göytürklər VII yüzilliyin başlanğıcında Xəzər dəniziQara dəniz arasında dağınıq halda yaşayan Sabar, Ogur və Onogur kimi türk tayfaları qüvvətli bir birlik kimi təşkilatlandılar və bu birlik "Xəzərlər" adı altında Qafqaz tarixində unudulmayan iz qoydular.

Xəzərlərə Bizans və Çin qaynaqlarında "Türk" və ya "Türk Xəzər", başqa qaynaqlarda isə "Kaspi" adı ilə rast gəlmək olar.


Mündəricat



Xəzərlərin yüksəlişi və tənəzzülü


Xəzər Xaqanlığı (600-850)



630-cu ildə Xəzərlər Göytürk dövlətinin tənəzzülü ilə əlaqədar tam müstəqillik əldə etdilər. Bizans, İran, Ərəb dövlətləri ilə sıx əlaqələr qurmuşlar, çeşidli Slav qəbilələrini və İtil-Bolqar dövlətini öz hakimiyyətləri altına almışlar. 628-ci ildə Bizans-Sasani müharibəsində Bizansla ittifaqa girən Xəzərlər Bizansın üstün gəlməsində önəmli rol oynamışdırlar. Xəzər-Ərəb əlaqələri ən çox savaş şəklində olmuşdur. Güney Azərbaycan yönündə irəliləyən Ərəbləri dayandıraraq Bizansı Şərqi Avropadan gələcək hücumlardan sığortalamışdırlar. Lakin ərəb orduları VIII yüzillikdən sonra Xəzərlər üzərində qələbələr əldə etməyə başlamışlar. Nəhayət 737-ci ildə Xəzər xaqanı ərəblərdən sülh istəmiş və bundan sonra Xəzərlər arasında İslam dini yayılmağa başlamışdır. Xəzərlərin yaşadıqları bölgə ticarət mərkəzi kimi də əhəmiyyətli yer sayılırdı. Bölgəyə karvanlarla bərabər gələn missionerlər də çoxalmağa başlamışdı. Əhali arasında Xiristianlığı və Musəviliyi də qəbul edənlər vardı. Bu gün Qaraim adı ilə bilinən yəhudi tayfaları da Xəzərlərin nəvələri sayılır. IX yüzilliyin ortalarında Peçeneklərin İtil-Xarəzm ticarət yolunu ələ keçirmələri ilə əlaqədar başlıca gəlir məbəələrini itirən Xəzər Xaqanlığı zəiflədi. Getdikcə güclənən Peçenək hücumları və tabeçiliklərində olan Slav knyazlıqlarının üsyan xarakterli müharibələri Xəzər Xaqanlığını tez bir zamanda tənəzzülə uğratdı. Dağılmış xəzər toplumları isə Azəri türklərinin arasına qarışaraq ərimişlər. Bugunkü Xəzər dənizi məhz bu tayfanın adı ilə bağlıdır.[1]


Sabir Türklərinin və Qərb Göytürk boylarının davamı olan Xəzərlər, Göytürk birliyi dövründə türklərin Qərb qanadını meydana gətirməkdə idilər və Göytürklərin yıxılmasından sonra müstəqilləşdi. VII əsr ilə X əsr arasında Xəzər dənizi ilə Qara dənizin şimalında suveren dövlət qurdular. Xəzər Xaqanlığı Krım, Qafqaz, Dinyeper, Don və Volga arası, Xəzər Dənizi ətrafı yayılmışdır. Xəzərlər müstəqilləşəndən sonra ən yaxın müttəfiqi Bizans oldu. Bizans ilə siyasi və əsgəri əlaqələr inkişaf etdirildi. Sasani-Bizans mübarizəsində Bizansın yanında iştirak edən Xəzər Xaqanlığı, Bizans mənbələrinə görə 629-cu ildə Tiflisi aldılar. Bu səbəblə Sasanilərin Qafqazdakı nüfuzu yox oldu. 630-cu ildə tamamilə müstəqilləşən Xəzər Xaqanlığı dövründə, Xəzər-Bizans hökmdar ailələri arasında evlənmə dövrü başladı. II Justinianos Xəzər şahzadəsi ilə evləndi. Bizans Imparatoru III Leo 733-cü ildə oğulu Konstantini Xəzər Xaqanının qızıyla evləndirdi. Ondan əvvəl Bizans Imparatoru Herakleios (VII əsr) Xəzərlər ilə bir müdafiə etmə andlaşmasını reallaşdırdı. 665-ci ildə Bolqarlarının qurduğu Böyük Bolqar Xanlığının yıxılmasıyla Dinyesperə qədər olan torpaqlar Xəzərlərə qatıldı. Bu zaman Sasaniləri yıxan müsəlman Ərəblər, Xəlifə Osman və Əməvilər dövründə Xəzərlərlə şiddətli döyüşə başladılar. Bəzi dövrlərdə Ərəblər Qafqaz içlərinə qədər gəldilər. Ancaq Abbasilər dövründə geri çəkildilər. VII və IX əsrlər dövrü güclü orduya malik olması və Bizansla yaxşı münasibətləri olması səbəbindən "Xəzər Barış Çağı" dövrü olaraq adlandırılar. Çünki bölgədə ticari həyat və iqtisadiyyat inkişaf etmiş, dini xoşgörüş ön plana çıxmış və xalqın rifahı yüksəklərə çatmışdı. Bu dövrdə ticarət əlaqəsiylə ölkədə yəhudilik yayıldı. Bizans əlaqəsiylə xristianlıq, abbasilərlə də müsəlmanlıq xalq arasında yayıldı. Dini xoşgörüş ön plana çıxarıldı. Qafqazlarda zənginləşən Xəzər Xaqanlığı, Böyük Bolqar Xanlığını yıxılandan sonra meydana çıxan Rus Kiyev Knyazlığını da ticarət yoluyla inkişaf etdirdi. Macarların Orta Avropaya köçməsində Xəzərlərin təsiri vardır. Çünki Macarlara Üç Xəzər boyu (Kavarlar) qatılmışdı. Bolqarların parçalanmasında da Xəzərlərin təsiri vardır.

Xəzər ordusunda ödənişli əsgərliyin meydana gəlməsi və itaətin getdikcə azalması ordunu zəiflətdi. Bu vəziyyətdən faydalanan Rus Kiyev Knyazı paytaxt İtələnil və Qafqaza axın təşkil etdi və Xəzərləri yox etdi. Ruslar Xəzərlərə hücum edərkən bunu fürsət bilən Bizans da Xəzər Xaqanlığına hücum etdi (1016-ci il) və Xaqanlıq devrildi. Xəzərlərin yıxılmasından sonra yəhudi Xəzərlərin Kiyevə, İspaniyaya, Bizansa və İraqa getdiyi düşünülür. Bir çoxunun da Macarlara qatıldığı ehtimal edilir. Polşa, Orta Avropa və Krımdakı yəhudilərin Xəzərlərdən gedən yəhudilər olduğu təxmin edilməkdədir. Getdikcə kiçilən Xəzər Xanlığının Xəzər dənizi sahilində bir müddət davam etdiyi və digər boyların şərqdən gələn Peçenek və Kıpçaklara qarışdığı ehtimal edilir.

Xəzərlərin dini çox mübahisəli bir mövzudur. Yaxın zamanlara qədər yəhudiliyin mənimsənildiyi inancı hakim idi. Xəzər Xaqanlığı xalqının bir qisimi Bizansın təsiriylə xristianlığı, bir qisimi cənubdakı İslam ölkələrin təsiriylə müsəlmanlıq və yəhudiliyi mənimsəmişdilər.

Desna və Dnepr çayları arasında yaşayan slavyan qəbilələri xəzərlərin hakimiyyəti altında idi. Oleq (Bizans mənbələrinə görə Norman əsilli Varyaq Knyazı Xelq) 882-ci ildə Kiyev dövlətini Xəzər xaqanlığı nümunəsində yaratmışdır. 730-cu ildə Xəzər qoşunu Ərdəbili tutdu, sonra ordakı ərəbləri məhv edərək Diyarbəkirə və Mosula qədər irəlilədi. Sonra ərəblər əks hücuma keçib Xəzərlərin paytaxtı Səməndərə qədər gəlib çıxdılar və onlara İslam dinini qəbul etdirdilər. 790-cı ildə xaqan Obadi İudaizmi dövlətin rəsmi dini elan etdi. Lakin ölkədə bununla bağlı qıyam qalxdı və Kiyev knyazı Svyatoslav hücum edərək Səməndər və Sarkel şəhərlərini tutdu. 965-ci ildə Xəzər xaqanlığı süqut etdi. [2]
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax
(¯`¢єунυη´¯)
Admin
Admin
avatar

İsmarıc sayı : 158
Kayıt tarihi : 29/10/11
Yaş : 20
Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)

Yeni mövzuMövzu: Geri: XƏZƏR XAQANLIĞI   C. Dek. 09, 2011 12:26 pm

maraqlıdır
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://tariximiz.azerbaijaniforum.com
 
XƏZƏR XAQANLIĞI
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Dərsliklər :: 7.sinif-
Keç: