Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaƏRƏB XİLAFƏTİNDƏ İQTİSADİYYAT Icon_mini_portal_enGaleriLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 ƏRƏB XİLAFƏTİNDƏ İQTİSADİYYAT

Aşağa gitmek 
3 posters
MüəllifIsmarıc
VƏKİL CƏFƏRLİ

VƏKİL CƏFƏRLİ


İsmarıc sayı : 79
Kayıt tarihi : 29/11/11

ƏRƏB XİLAFƏTİNDƏ İQTİSADİYYAT Empty
Yeni mövzuMövzu: ƏRƏB XİLAFƏTİNDƏ İQTİSADİYYAT   ƏRƏB XİLAFƏTİNDƏ İQTİSADİYYAT Icon_minitimeC. Dek. 09, 2011 4:39 am

Xilafətdə iqtisadiyyat
Abbasi sülaləsinin hakimiyyətinin ilk illərində (8-9-cu əsrlər) İranOrta Asiya feodalları xüsusi mövqeyə malik idilər. Ərəb zədəganları isə getdikcə öz mövqe və imtiyazlarını itirirdilər. Xilafətin əsas məhsuldar qüvvələri asılı kəndlilər, əsas istehsal sahəsi süni suvarmaya əsaslanan əkinçilik idi. Maldarlıq da mühüm əhəmiyyət kəsb edirdi. Xilafətdə əsas torpaq mülkiyyət forması mülk idi. Ərəb dilində "mülkiyyət" malikanə deməkdir. Mülk sahibi mərkəzi hökümət qarşısında icbari xidmət və ya mükəlləfiyyət daşımırdı. Mülk şərti torpaq da sayılmırdı. Buna görə də sərbəst olaraq satıla, girov qoyula, bağışlana və ya irsən keçə bilərdi. İqta torpaq sahibliyi də geniş yayılmışdı. Bu, xidmət müqabilində feodallara verilmiş şərti olaraq mülkiyyət idi. İqta torpaqları dövlət torpaqları hesab edilsə də, 9-cu yüzillikdə faktiki olaraq feodal şəxsi torpaq mülkiyyətinə çevrilmişdi. İqta torpaqlarında vergilərin toplanması və onların idarə olunması iqtadarların əlində toplanmışdı. İqta dövründə meydana gələn vəqf, ərəbcə dini və ya xeyriyyə məqsədi ilə dövlətin və yaxud ayrı-ayrı vətəndaşların könüllü bağışladığı daşınan və daşınmaz əmlaka deyilirdi. Vəqf olunmuş torpaq satıla və ya bağışlana bilməzdi.

Torpaq vergisi olan xərac da geniş yayılmışdı. Xərac pul və ya natura şəklində toplanırdı. Xərac bəzən bütün torpaq vergilərinin cəmi olurdu. Cizyə vergisi də Xilafət dövründə yayılmışdı. Bu vergi qeyri-müsəlman əhalidən orduda xidmət etmədiklərinin müqabilindən onlardan alınan vergi növü idi. Cizyə ancaq kişilərdən alınırdı və əsasən pul ilə ödənilirdi. Bundan başqa Xilafətdə dini vergilər olan zəkat, xümstitrə də alınırdı. Zəkat şəriət qanunu ilə əmlak və gəlir üzərinə qoyulan vergidir. Bu vergi icmanın ehtiyaclarına sərf olunur və yoxsul müsəlmanlar arasında bölüşdürülürdü. Zəkatın adi məbləği illik gəlirin 2,5%-ni təşkil edir. Bunu ailə başçısı ödəyirdi. Xüms (və ya xums) müxtəlif mülkiyyət və qənimət növlərindən (qazancadan, dəfinələrdən, hərbi qənimətlərdən) xəzinəyə ödənilirdi. Fitrə isə ailənin hər bir yaşlı üzvündən ramazan ayında orucluq olan gün alınır və paylanırdı. Bu vergi növü ancaq varlı şəhərlilərdən alınırdı. Xilafətdə şəhər əhalisi xırda ticarətlə əlaqədar olan müxtəlif peşələrlə məşğul idi. Toxuculuq, bəzək və zərgərlik malları istehsalı, metal emalı yüksək dərəcədə inkişaf etmişdi. Sənətkarlıq və ticarətin genişlənməsi şəhərlərin inkişaf etməsinə kömək edirdi. BağdadQahirə mühüm sənətkarlıq və mədəniyyət mərkəzləri idi. Xarici ticaarəti varlı tacirlər aparırdılar. 8-ci əsrin sonunda ərəb və İran dəniz səyyahları İndoneziyaMalayya dəniz sahillərinə, sonra isə Sinqapur boğazı ilə Sakit okeana çıxaraq, Çinlə ticarət edirdilər. Quanşjou (Kanton) şəhərində xilafətdən gələn müsəlman tacirlərinin məhəlləsi var idi. Şərqi Avropa xalqları ilə də daimi ticarət əlaqələri yaradılmışdı. Xilafətdə feodal cəmiyyətinin xarakterik cəhəti burada güclü quldarlıq-patriarxal qaydaların uzun müddət qalması idi. Qul əməyindən geniş istifadə olunurdu.

Ərəb xilafətində torpaq sahibliyinin aşağıdakı formaları vardı:


Xəlifə və dövlətə məxsus mülklər — buradan gələn gəlir xəzinəyə gedirdi.
Mülk — yerli feodallara məxsus idi.
İqta — xidmət əvəzinə verilən torpaqlar.
Vəqf — dini müəssisələrə məxsus torpaqlar.
İcma torpaqları — kəndlərin əkin yeri, otlaqlar, biçənəklər, qəbristanlıq və s.
Əvvələ qayıt Aşağa gitmek
torres

torres


İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 25
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

ƏRƏB XİLAFƏTİNDƏ İQTİSADİYYAT Empty
Yeni mövzuMövzu: Geri: ƏRƏB XİLAFƏTİNDƏ İQTİSADİYYAT   ƏRƏB XİLAFƏTİNDƏ İQTİSADİYYAT Icon_minitimeC. Dek. 09, 2011 10:59 am

MARAQLIDIR
Əvvələ qayıt Aşağa gitmek
(¯`¢єунυη´¯)
Admin
Admin
(¯`¢єунυη´¯)


İsmarıc sayı : 158
Kayıt tarihi : 29/10/11
Yaş : 26
Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)

ƏRƏB XİLAFƏTİNDƏ İQTİSADİYYAT Empty
Yeni mövzuMövzu: Geri: ƏRƏB XİLAFƏTİNDƏ İQTİSADİYYAT   ƏRƏB XİLAFƏTİNDƏ İQTİSADİYYAT Icon_minitimeC. Dek. 09, 2011 11:29 am

maraqlıdır
Əvvələ qayıt Aşağa gitmek
https://tariximiz.azerbaijaniforum.com
Sponsored content





ƏRƏB XİLAFƏTİNDƏ İQTİSADİYYAT Empty
Yeni mövzuMövzu: Geri: ƏRƏB XİLAFƏTİNDƏ İQTİSADİYYAT   ƏRƏB XİLAFƏTİNDƏ İQTİSADİYYAT Icon_minitime

Əvvələ qayıt Aşağa gitmek
 
ƏRƏB XİLAFƏTİNDƏ İQTİSADİYYAT
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Dərsliklər :: 7.sinif-
Keç: