Tarixim ilə fəxr edirəm!


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaTakvimGaleriMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 DİNİN qaydaları

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
torres

avatar

İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 18
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

Yeni mövzuMövzu: DİNİN qaydaları   Çər. Dek. 07, 2011 10:06 am


</TR>
İSLAM DİNİNİN ƏSASLARI (BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ)
Əsrlər boyu insanların xaliqi olan Allah tərəfindən onların hidayəti üçün müəyyən şəxslər göndərilmiş və bəşər övladına insaniyyət yolunu göstərmək, onların yatmış fitrətini oyatmaq üçün mə'mur edilmişlər ki, həzrət Adəm, Musa, Nuh, İbrahim, İsa, Mühəmməd (səlləllahu ələyhi və Alihi və səlləm) və s.. kimi peyğəmbərlər bu qəbildən olan ilahi elçilərdir.
İnsanın yaranması ilə başlanan peyğəmbərlər silsiləsi İslam dininin banisi Həzrət Mühəmməd (səlləllahu əleyhi və Alihi və səlləm)-lə sona yetmişdir.
həzrət Mühəmmədin (s) gətirdiyi din özündən öncə gəlmiş şəriətlərdən fərqli olaraq müvəqqəti və ötəri bir dövran üçün deyil, dünyanın sonunadək qalan müddət üçün nəzərdə tutulmuşdur.
İslam dininin dəyərli göstəriş və tə'limləri sair din və şəriətlərdən daha kamil olub insanların irqindən, milliyyətindən və mədəniyyətindən asılı olmayaraq hamı üçün Qiyamətə qədər qayıdış yeri olacaqdır.
Bu gün müxtəlif xalqlar və məktəblərdən olan insanların böyük şövqlə müqəddəs İslam dininə üz gətirməsi bizim sözümüzə canlı sübutdur.
İnsanlara gəldikdikdə isə deməliyik ki, onları din və mə'nəviyyatdan ayrı saxlamaq susuz insanı sərin sudan ayırmaq qədər əsassız bir işdir.
Beləliklə, susuz insan necə olursa-olsun özünü suya çatdırıb ondan bəhrələnəcəyi kimi, din və mə'nəviyyatdan ayrı saxlanılan insan da bir gün məhdudiyyətlərdən azad olub, ona üz gətirəcəkdir. çünki mə'nəviyyat insan həyatını təşkil edən əsas amillərdən biri sayılır və heç vaxt onu insan həyatından ayırmaq mümkün deyildir.
Bir çox müsəlman ölkələrinə hakim olan ateist əhval ruhiyyəsi 75 ilə yaxın ömür sürə bilsə də dağılıb aradan gedən kimi müsəlman xalqlarının bir daha böyük həvəslə İslam dininə üz gətirməsinin şahidi olduq.
Həmçinin illər boyu muzey və anbarlara çevrilmiş məscidlər, yenidən tə'mir olaraq müsəlmanların ibadətgahına çevrildi.
Belə bir hadisə hətta qeyri müsəlmanlar arasında da baş verdi. Belə ki, uzun illər boyu bağlı qalmış kilsələr "Yenidənqurma" dövründə öz fə'aliyyətinə başladı ki, bu isə dinin həyatda olan böyük və ayrılmaz rolunu göstərir.
E'tiqadlar haqqında söhbətə başlamazdan qabaq dinin nə olduğunu izah etməyimiz yerinə düşərdi.
"Din" ərəb sözü olub, lüğətdə itaət, mükafat, cəza və s.. mə'naları daşıyır.
Amma alimlərin nəzərinə görə, kainatı yaratmış xaliqə e'tiqad bəsləmək və bu e'tiqadlara münasib olan hökmlər və əməllərə din deyilir.
İslam dininin göstəriş və tə'limləri əsasən üç hissəyə bölünür:
1-Əqidələr (Üsuliddin).
2-Əməllər (Füruiddin).
3-Əxlaq.
Əqidələr dedikdə bir sıra əsaslı inanc və e'tiqadlar nəzərdə tutulur və İslam dinini qəbul etmiş hər bir müsəlman aşağıdakı əqidələrə malik olmalıdır:
1-Tovhid: Yə'ni Allahı və kainatın xaliqini tək və yeganə bilmək, həmçinin bir şəxsi və ya əşyanı ona şərik etməmək;
2-Ədl: Yə'ni bütün varlıqların sahibi və xaliqi olan yeganə Allahın heç vaxt zülm etməməsi və hər kəslə layiqincə rəftar etməsinə inanmaq;
3-Nübüvvət: Yə'ni Həzrət Adəm (əleyhis-salam)-dan sonuncu peyğəmbər həzrət Mühəmmədə (s) qədər olan 124-min ilahi peyğəmbərə inanmaq və hazırkı əsrdə sonuncu peyğəmbərin gətirdiyi müqəddəs şəriətə tabe olmaq;
4-İmamət: Yə'ni peyğəmbərnin (s) həqiqi canişinləri olan 12 imamın rəhbərliyinə inanıb onlara tabe olmaq;
5-Məad: Yə'ni öləndən sonra bir daha dirilib Allahın hüzurunda hazır olacağına və bir sözlə Axirət aləminə inanmaq;
İslam dininin göstəriş və tə'limlərinin ikinci hissəsi "Əməllər" (Füruiddin)-dir ki, bu hissədə onların daha əhəmiyyətli olanları qeyd olunmuşdur.
İslam dininin göstərişinə əsasən hər bir müsəlman aşağıdakı hökmlərə bacardığı qədər əməl etməli və onları yüngül sayıb tərk etməkdən çəkinməlidir:
1-Namaz: (Gündə beş vaxtda müəyyən qaydalar və şərtlər əsasında Allah ibadətinə məşğul olmaq).
2-Oruc: Ramazan ayında sübh açılandan gün batana kimi özünü yemək, içmək və bu kimi bir sıra işlərdən saxlamaq;
3-Xüms: İllik xərcdən artıq qalmış malın beşdə bir hissəsini şəriətdə müəyyən olunmuş şəxslərə vermək;
4-Zəkat: Bə'zi malların müəyyən bir hissəsini şəriətdə müəyyən olunmuş işlərdə xərcləmək;
5-Həcc: İlin müəyyən vaxtında şəriətdə nəzərdə tutulmuş şərtlər əsasında Məkkəyə (Allah evinin ziyarətinə) getmək;
6-Cihad: Allah yolunda İslam düşmənləri və təcavüzkarlarla vuruşmaq;
7-Xalqı yaxşı işlərə də'vət etmək: (Əmr be mə'ruf);
8-Xalqı pis işlərdən çəkindirmək: (Nəhy əz münkər);
9-Təvəlla: Allah dostlarını sevib onlarla dostluq etmək;
10-Təbərra: Allah düşmənləri ilə əlaqəni kəsib onlarla düşmənçilik etmək.
İslam dinində olan e'tiqad və əməllərlə qısa tanışlıqdan sonra onların nə üçün "Üsuliddin" və "Fruiddin" adlanması barədə deməliyik ki, Üsuliddin dinin əsası (kökü), Fruiddin isə dinin budaqları və şaxələri deməkdir.
İslam dininin əsaslarını təşkil edən beş əqidə və bu dinin göstərişləri həqiqətdə bir ağaca bənzəyir. Köksüz və yaxud budaqsız ağac faydasız olduğu kimi əqidəsiz və yaxud əməlsiz müsəlmançılıq da faydasız olacaqdır.
İslam dini göstərişlərinin üçüncü hissəsi isə "Əxlaq" adlanır. Əxlaq özlüyündə kök və budaqlara malik olan ağacın meyvəsinə bənzədiyi üçün İslam dininin müəyyən əqidə və əməllərinin bəhrəsi sayılır.
Əxlaq alimləri onu iki hissəyə bölürlər:
1-Qəlbə aid olanlar; Məsələn: Təkəbbür, riyakarlıq və s...
2-Bədən üzvlərinə aid olanlar: Yalan, zülmkarlıq və s...
Beləliklə İslam dinini qəbul etmiş hər bir müsəlman beş əqidəyə malik olmalı, onun göstərişlərinə əməl etməli və öz əxlaqını pisliklərdən təmizləməlidir.
Müsəlman sözündən məqsəd isə bu göstərişlər qarşısında təslim olmaq deməkdir.
Bu göstərişlərdən boyun qaçırıb onlardan üz döndərmək müsəlmançılıqla uyğun deyil və hər bir insanın Allah qarşısında olan vəzifəsi, onun dininə qeydsiz-şərtsiz tabe olmasıdır.
Bilməliyik ki, hər bir insan aşağıdakı üç haldan birindən kənarda ola bilməz:
1-Həyatda öz meyli və istəyi ilə yaşamaq;
2- Başqalarının meyli və istəyi əsasında yaşamaq;
3-Yalnız Allahın ona göstərdiyi həyat tərzi ilə yaşamaq;
İstər birinci, istərsə də ikinci yolun azğın və əbəs olması aydındır. çünki insan heç vaxt özü üçün həyat proqramı hazırlamağa qadir deyildir. O, öz xeyir və şərrini kamil şəkildə dərk etmir.
Amma üçüncü yol doğru və haqq yoldur. çünki Allah-təala bizim bütün ehtiyaclarımızdan xəbərdardır və xaliq öz bəndəsini başqalarından daha yaxşı tanıyır.
DİNİ E'TİQADLARA YİYƏLƏNMƏYİN FAYDALARI
Dini e'tiqadlara yiyələnməyin bir çox faydaları vardır ki, onların bə'zisinə işarə edirik:
1-İnsanın istək və arzularının mö'tədilləşməsi:
Şübhəsiz hər bir insanın daxilində bir sıra istək və meyllər (cinsi istəklər, qəzəb və s... bu kimi) vardır ki, onlar orta səviyyədən çıxıb ifrat və ya təfritə varsa insanı azğınlıq, zülm və fəsadlara çəkər.
Lakin həqiqi şəkildə dini e'tiqadlara yiyələnmiş hər bir şəxs, bu cür azğınlıq və rüsvayçılıqdan çox-çox uzaqdır.
2-Əxlaqi sifətlərin möhkəmlənməsi;
Hamının bildiyi kimi əxlaqi səciyyələrə can atmaq hər bir insanın fitrətində əzəldən qoyulmuşdur və heç bir sağlam düşüncəyə malik olan şəxs, doğruluq, yaxşılıq və fədakarlığın pisliyini təsdiq etmir.
hər bir insan yaxşılıq, fədakarlıq və bu kimi dəyərli işlərə can atır, xəyanət, yalan və s.. bu kimi yaramaz işlərdən boyun qaçırır.
Elə buna görə də din alimləri din və şəriəti əxlaqi səciyyələr üçün ən böyük arxa sayırlar.
Bu isə dini e'tiqadlara yiyələnməyin digər faydası hesab olunur. [1]
3-çətinliklər və hadisələr qarşısında təmkinli olmaq:
Dini e'tiqadlardan kənar olan şəxs kiçik bir hadisədən bərk narahat olur və bə'zi vaxtlar özünü intihar etməklə həyatına son qoyur.
Bu cür şəxslər həyatda olan müxtəlif çətinliklər qarşısında sarsılır və özlərini itirirlər.
Dini e'tiqadlara yiyələnmiş şəxs isə bu cür hadisə və çətinliklər qarşısında təmkinli olaraq möhkəm dayanır, xoşagəlməz hadisələr qarşısında mətanətlə müqavimət göstərir.
4-Həyatda hədəflə yaşamaq:
Hədəfsiz həyatın nə dərəcədə təhlükəli olmasını bilmək istəsəniz qarşınızda olan hər növ vəzifə və məs'uliyyəti bir saatlığa kənara qoyun. Belə bir halda hər növ fə'aliyyətdən çəkinəcək və əcaib həyat sürəcək, nəticədə isə bu cür yaşayışdan bezib, qorxulu işlərə əl atacaqsınız.
Dini əqidəsi möhkəm olan şəxs isə öz yaşayışını mə'nalı və hədəfli körüb həmişə fə'aliyyət göstərir. Belə şəxslər heç vaxt həyatdan bezib intihara üz gətirmir və puç həyat sürmürlər.
5-Nigarançılıq və iztirabın aradan getməsi:
Adətən insanın ruhi iztirabları iki şeydən yaranır:
Birinci: Keçmişdə baş vermiş xoşagəlməz işlər;
İkinci: Gələcəkdə olacaq hadisələr və xoşagəlməz işlər;
Bir sözlə desək, Allaha iman gətirib dini əqidələri mənimsəmək, insanları hər növ keçmiş və gələcək zamanlarına aid olan ruhi sıxıntı və iztirablardan xilas edir. Qur'ani-kərimdə oxuyuruq:
"Agah olun ki, yalnız Allahı yad etməklə ürəklər rahat olur."[2]
DİNSİZLİYƏ YÖNƏLMƏNİN AMİLLƏRİ
1-Ruhi amillər:
Məs'uliyyətdən boyun qaçırmaq, rahatlığı sevmək və mütləq şəkildə azad olmaq kimi istəklər dinsizliyə səbəb olan ruhi amillərdən sayılır.
Təbii məsələdir ki, hər növ məs'uliyyət və mükəlləfiyyətdən boyun qaçırıb özünün dəyərsiz və alçaq istəklərin ardınca olan şəxslər, bir sıra məhdudiyyətlərdən üz döndərib onunla mübarizəyə qalxacaq və dindar olmaq əvəzinə Allahı inkar edib dinsizlər cərkəsinə qoşulacaqdır.
çünki dindar olmaq bir sıra dini hökm və təkliflərə əməl etməyi tələb edir və bu cür hökmlərə əməl etmək öz coşğun ehtiraslarının ardınca olanlar üçün çətin və xoşagəlməz bir işdir.
2-İctimai amillər:
Dinsizliyə tərəf yönəlmənin digər bir amili də bir sıra üzdəniraq ictimayi vəziyyətlərin yaranmasıdır.
Mənfi olan belə bir ictimayi şəraitin canlı nümunəsini 16-cı əsrdə Almaniyalı Martin Luterin rəhbərliyi altında baş vermiş qiyamda müşahidə etmək olar.
"Ronesans"-(yeni doğuluş) adlanan bu dövranda məsihilər kilsə rəhbərlərinin bir çox sahələrdə yaratdıqları nalayiq işləri görüb dindən üz döndərdi və Martin Luterin ideyalarına tabe olub onun qondardığı "Protestant" məzhəbinə üz gətirdilər. Bu isə "məsihi" dininə vurulan ən böyük bir zərbə idi.
Əlbəttə din xadimləri öz boyunlarında olan ağır vəzifənin əhəmiyyətini bilməli və onu ciddi saymalıdırlar.
3-Fikri amillər:
İnsanları dinsizliyə çəkən amillərdən biri də insan zehnində vücuda gəlmiş şübhələr və başqalarından eşitdiyi yalnış əqidələrdir. Qeyd etmək lazımdır ki, bə'zi vaxtlar təbii olaraq insanın qarşısında bir sıra suallar yaranır və o, bu suallara cavab tapmaq üçün mütəxəssis olmayan şəxslərə və yaxud zahirdə ruhani olub həqiqətdə isə heç bir dini təhsilə malik olmayan şəxslərə müraciət edir. Nəticədə öz suallarına doğru, düzgün və məntiqi cavab ala bilməyən şəxs müraciət etdiyi şəxsi deyil, ilahi dini nöqsanlı hesab edir və bununla da öz batinində dinə qarşı ikrah hissi yarandığını duyur.[3]
ÇIXIŞ YOLU
1-Din yolundan uzaqlaşmağa səbəb olan ruhi amilləri aradan qaldırmaq üçün insanın düzgün olan dini tərbiyəyə ehtiyacı vardır.
Qeyd etmək lazımdır ki, bu dünyanın fani olmasına, axirət aləminin isə əbədiyyətinə inanmağın, ateizmə səbəb olan ruhi amillərin aradan qaldırılmasında böyük rolu vardır.
2-Dini azğınlıqda mühüm rol oynayan ictimayi amilləri aradan qaldırmaq üçün hər bir dövrə xarakterik olan ictimayi şəraitləri lazımınca araşdırmalı, din ilə müsəlmanlar arasında fərq qoymalı, savadsız və mürtəç şəxslərin nalayiq işlərini dinə deyil, yalnız onların özlərinə aid etmək lazımdır.
3-Amma fikri amillərdən yaxa qurtarmaq üçün son dərəcə diqqətli olmaq lazımdır. Öz dini suallarımızı, xüsusilə e'tiqadi şubhələrimizi təsadüfi şəxslər və yalnız zahirdə ruhani libasına bürünmüş din xadimlərindən soruşmamalıyıq.
Yadda saxlamaq lazımdır ki, insan üçün qorxulu xəstəlik ehtimalı verildikdə daha yaxşı mütəxəssis və təcrübəli həkimə müraciət etdiyi kimi, e'tiqadını sual altında qoyan şübhələrini aradan qaldırmaqda da ən savadlı və mötəbər din xadimlərinə müraciət etməlidir.
DİNİ ƏQİDƏLƏR VƏ YA ÜSULİDDİN
Dini e'tiqadlara aid olan müxtəlif mövzular barədə qısa söhbətlərdən sonra üç hissədən təşkil olunmuş müqəddəs İslam tə'limlərinin birinci hissəsi haqda izaha başlayırıq.
Bildiyiniz kimi, İslam tə'limləri üç hissədən (e'tiqadlar, əməllər və əxlaqdan) ibarətdir.
Burada İslam e'tiqadları haqqqında söhbət açacaq və beş hissədən ibarət olan bu bəhsdə onların hər biri haqda lazımlı mətləbləri qeyd edəcəyik.
İslam dinin əsası bu beş əqidə üzərində möhkəmləndiyi üçün alimlərimiz ona "Üsuliddin" adını vermişlər. Üsuliddin sözünün mə'nası "dinin kökü və əsasları" deməkdir. Əgər müqəddəs İslam dinini bir ağaca bənzətsək, köksüz ağacın heç bir faydası olmadığı kimi, əqidəsiz dinin də heç bir əhəmiyyətə malik olmadığını aydın şəkildə təsəvvür edə bilərik.
Belə olan halda heç bir əməl və əxlaqın da dəyəri olmayacaqdır.
Qeyd etmək lazımdır ki, müqəddəs İslam dininin əməl (füruiddin) və əxlaq sahələrinin əksinə olaraq, əqidəvi məsələlərdə digər şəxslərdən təqlid etməyimizə icazə verilmir. İslam dininin qəti göstərişlərinə əsasən, hər bir müsəlman öz dini əqidələrini əldə etmək üçün ciddi surətdə çalışmalı, dəlil və sübutla onlara yiyələnməlidir.
<TABLE width="100%">


<TR>
<td style="BORDER-BOTTOM: #dddddd 1px dotted; BORDER-LEFT: #dddddd 1px dotted; BORDER-TOP: #dddddd 1px dotted; BORDER-RIGHT: #dddddd 1px dotted"></TD></TR></TABLE>

Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax
(¯`¢єунυη´¯)
Admin
Admin
avatar

İsmarıc sayı : 158
Kayıt tarihi : 29/10/11
Yaş : 19
Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)

Yeni mövzuMövzu: Geri: DİNİN qaydaları   Çər. Dek. 07, 2011 10:52 am

əlaaaaaaaaaaaaaaaa
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://tariximiz.azerbaijaniforum.com
torres

avatar

İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 18
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

Yeni mövzuMövzu: Geri: DİNİN qaydaları   C.a. Dek. 08, 2011 6:01 am

sağ ol

dəyməz
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax
Sponsored content




Yeni mövzuMövzu: Geri: DİNİN qaydaları   

Əvvələ qayıt Aşağa gitmek
 
DİNİN qaydaları
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Ümumi :: Dini-
Keç: