Tarixim ilə fəxr edirəm!


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaTakvimGaleriMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 ALLAH DEMƏK

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
torres

avatar

İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 18
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

Yeni mövzuMövzu: ALLAH DEMƏK   C.a. Dek. 01, 2011 9:10 am

Kasıb bir oğlan padşahın qızına vurulmuşdu. Bu ümidsiz sevdasını gedib şəhərin ən məşhur dərvişinə danışaraq kömək istəyibmiş. Dərviş: "Oğlum şəhərin tam giriş yolunda otur, kim nə istəyir desin sən sadəcə cavab olaraq "Allah" de" demiş. Kasıb gənc, deyiləni eləmiş. Günlər, aylar keçib gedirmiş. Lakin həmin gənc oğlan günlərlə, aylarla şəhərin girişində heç bir söz demədən hər gələnə, hər söz soruşana "Allah" deyirmiş.
Dərviş də hər gün yeməyini, içməyini gətirirdi. Zaman keçdikcə "Allah" deyən həmin o gənc oğlan xalq arasından məşhurlaşırmış. Şəhərdə hər kəs ondan danışırmış. Yaşlıdan tutmuş uşağa qədər. Bir sözlə onu tanımayan qalmayıbmış. Nəhayət bir gün padşah da gənclə maraqlanmış. Dərvişdən, gənc haqqında bilgi istəmiş. Dərviş gəncin dövrün böyüklərindən olduğunu deyibmiş. Padşah qalxıb həmin o "Allah" deyən gənci ziyarətə gedibmiş. Ondan soruşmuş ki, "Kimsən? Dərdin nədir? Nə istəyirsən?"desə də, gənc, padşaha qarşı da "Allah" deməktən çəkinməyibmiş.
Başqa tək söz, cümlə belə deməmiş. Dərviş axşam gəncin yanına gələrək "Padşah sənə "Qızımı verim" deyənə qədər, sən ondan çaşıb bir şey istəmə haa..))" deyə təmbih etmişdir. Nəhayət bir gün padşah gəlib: "Nə istəyirsən, istəyirsən səni qızımla evləndirim." deyincə gənc, dərvişin təəccüblü baxışları altında "Yox" demiş.
"Artıq onu da istəmirəm. Mən başqa birisinin xatiri üçün Allah dedim. Allah dövrün padşahını ayağıma gətirib, mənim kimi miskin bir gəncə öz qızını təklif elətdirdi. Əgər Onun xatiri üçün Allah desəydim kim bilir nə olardı? Mən bundan belə Ondan başqasını istəmirəm." deyə gənc cavab veribmiş.

FİKİRLƏRİNİZ...
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax
(¯`¢єунυη´¯)
Admin
Admin
avatar

İsmarıc sayı : 158
Kayıt tarihi : 29/10/11
Yaş : 19
Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)

Yeni mövzuMövzu: Geri: ALLAH DEMƏK   C.a. Dek. 01, 2011 4:38 pm

Maraqlıdır.Əvvəlcə sağol.Sonra dmək istəyirəm ki,Hər kəs Allah desə onun işi yaxşı olar.Bu da təsadül deyil ki,biz hər bir işə "Uca və tək Allahın adı ilə" bu cümlə ilə başlayırıq.
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax http://tariximiz.azerbaijaniforum.com
torres

avatar

İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 18
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

Yeni mövzuMövzu: Geri: ALLAH DEMƏK   Çər. Dek. 14, 2011 9:49 am

afərin. Birdə yəqin hamı sənin kimi düşünür

deymez
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax
Sponsored content




Yeni mövzuMövzu: Geri: ALLAH DEMƏK   

Əvvələ qayıt Aşağa gitmek
 
ALLAH DEMƏK
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Ümumi :: Dini-
Keç: