Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaTeymurilər Icon_mini_portal_enGaleriLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 Teymurilər

Aşağa gitmek 
2 posters
MüəllifIsmarıc
torres

torres


İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 25
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

Teymurilər Empty
Yeni mövzuMövzu: Teymurilər   Teymurilər Icon_minitimeÇər. Noy. 30, 2011 9:48 am

Mövzu: Teymurilər Teymurilər EmptyŞ. Apr. 23, 2011 11:31 amTeymurilər I_icon_quote


Teymur türk tayfasından idi. Teymurilər nəsli Amudərya və Sırdərya çaylarının arasındakı vadidə yerləşən Müvəraünnəhrdə, Keş şəhərində (müasir Şəhrisəbz) türkləşmiş monqol tayfasında yaşayıblar. Teymurun atası Tuqay Barlas bəylərindən idi. Uşaq yaşlarından at çapmaqda, ox atmaqda mahir olan Teymur erkən gəncliyindən tayfalararası döyüşlərdə, hərbi yürüşlərdə iştirak etməyə başlamışdı.

Həmin dövrdə Mavəraünnəhr türk əmirlərinin əlində idi. Teymurun cəsarətini görənlər onun ətrafına yığırdı. Düşmən tayfalara qarşı hərbi meydana atılanda onun cəmi on nəfər adamı vardı. Gəncliyində Səmərqənd və Bəlx hakimi Əmir Qazanın yanında xidmət etmiş və tez bir zamanda onun hörmətini qazanmışdı. 1356-cı ildə Əmir Qazan Xorasan üzərinə yüyüşdə fərqləndiyi üçün Teymuru qiymətli hədiyyələrlə müküfatlandırdı. Az keçmiş nüfuzlu türk əmirinin qızıyla evlənən Teymur digərlərinə qulluq etmək istəmədi. O, öz qaynı Hüseynlə (Əmir Hüseyn Əmir Qazandan sonra hakimiyyətə keçmişdir) ittifaq bağlayır. Bu zaman Teymurla Cağatay hakimi Toğluq Teymurun arasında düşmənçilik hökm sürürdü. Teymur və Hüseynin birləşmiş dəstələri 1365-ci ildə Daşkənd yaxınlığında Toğluq Teymur tərəfindən məğlub edildilər. Toğluq Teymur Səmərqənd üzərinə yeridi. Bu zaman Səmərqəndin sənətkarları içərisində monqol zülmünə qarşı mübarizliyi ilə fərqlənən sərbədarilər adlandırılan qrup mövcud idi. Sərbədari rəhbərləri Səmərqəndin müdafiəsini öz üzərilərinə götürdülər. Toğluq Teymurun atlıları şəhərə daxil oldu, əlverişsiz küçə döyüşündə 2000 nəfər döyüşçü itirən cağataylar qaçdılar. Sərbədarilərin hakimiyyəti bütün Səmərqənd vilayətinə yayıldı. Lakin 1366-cı ildə Teymur və Hüseynin dəstələri Səmərqənd vilayətinə daxil oldular. Onlar üsyanı qəddarlıqla yatırılar.

Hakimiyyət uğrunda Teymurla Hüseyn arasında başlayan mübarizə 1370-ci ildə Teymurun qələbəsi ilə başa çatdı. Mərkəzi hakimiyyətin tərəfdarı olan iri feodalların köməyi ilə Teymur sərkərdələrin qurultayında “əmir” titulunu götürərək yeni dövlətin əsasını qoydu. Əmir Teymur möhkəm dövlət yaratmağa, feodal dağınıqlığını ləğv etməyə, xalq hərəkatını yaratmağa çalışırdı. Hakimiyyətin ilk illərində Teymur bütün Mərkəzi Asiyanı ələ keçırdi. Zəngin Xarəzm uğrunda isə mübarizə isə xeyli vaxt çəkdi.

Ölkənin müdafiəsi üstündə baş sındırarkən əmir Teymur özü üçün 3 qanun müəyyyən elədi ki, ömrünün sonunacan onlra sadiq qaldı: öz ərazində müharibə eləməmək, müdafiəyə baş qoşmamaq və düşmənin zərbəsindən əvvəl həmlə eləmək. Ordunun və ölkənin möhkəmlənməsində Teymur Çingizxanın təcrübəsindən istifadə etdi. O vaxt Çingizxan Yasa adlanan qanunlar toplusu elan eləmişdi ki, bu qanunlar xalqın bütün həyatını müəyyən eləyirdi. Qadağalar şəklində elan olunmuş həyat tərzini təmin edən qaydalarda əmir Teymur bircə əsil-nəsil məsələsini çıxarmışdı. İndi bütün mükafatlar və rutbələr döyüş meydanında qazanılırdı. Teymur monqolların buynuzlu bayraqlarını qızılı aypara ilə əvəz elədi.

Teymur 1380-ci ildən etibarən İran ,Azərbaycan, Qafqaz, İraq, Suriya və Kiçik Asiya üzərinə müntəzəm hərbi səfərlər etməyə başladı. 1404-cü ilədək davam edən yürüşlər nəticəsinə bu ərazilər işğal edilərək, Teymur dövlətinin tərkibinə qatıldı. Vaxtilə Teymurun vassalı olan Toxtamış xanın Qızıl Orduda hakimiyyəti ələ keçirməsindən sonra onlar arasında mübarizə daha da qızışdı. Yalnız üç böyük yürüşdə (1389, 1391, 1395) Teymur Qızıl Ordunu məğlub edə bildi. Əmir Teymur Hindistana yürüş etmək qərarına gəldi. Onun məqsədi Hindistanın sərvətlərini, münbit torpaqlarını ələ keçirmək idi. 1398-ci ildə qoşunlar Hindistan üzərinə yeridi . Dehli şəhəri işğal olundu. 1399-cu Teymur Səmərqəndə qayıtdı . Hindistan səfərindən sonra Əmir Teymurun Kiçik Asiyada əsas rəqibi İldırım Bayazid idi. O, Bayazidə məktub göndərərək, təslim olmasını tələb etdi. İldırım Bayazid isə öz növbəsində Teymura təhqiredici cavab yazdı. Bu məktub müharibənin başlanmasına bəhanə oldu. Teymur Şərqi Anadolu ya girərək, Sivası sonra Malatyanı tutdu və Dəməşqə qədər irəlilədi. Məmlükləri özünə tabe etdi. Teymur 1402-ci ildə təkrar Anadoluya yürüş etdi. Bu dəfədəki hədəf Osmanlı dövlətinin torpaqları oldu. İldırım ordusunun bir hissəsini bir Konstantinopolun mühasirəsi, hissəsini isə Anadolu qalalarının müdafiəsi ilə məşğul olduğundan, Teymura qarşı sayca xeyli az hərbi qüvvə toplamışdı. 1402-ci il iyulun 28-də Ankara düzənliyində orta əsrlərin bəlkə də ən böyük döyüşü baş verdi. Teymur qələbə çaldı. Bayazid və onun iki oğlu əsir düşdü. Bayazid zəhər içib özünüöldürdü.

Əmir Teymur Çinə böyük yürüşü ərəfəsində 1405-ci il martın 19-da Otrar şəhərində vəfat etdi. Onu Səmərqənddə dəfn etdilər.

Tarixçilər əmir Teymuru böyük şəhərlədə sakinləri qılıncdan keçirən, qansız və rəhmsiz qəssab kimi qələmə verirlər. Onun İran səfəri zamanı İsfahanda 70 min adamın başını üzüb kəllələrdən qüllə yaratması barədə də çox danışırlar. Deyilənlərə görə Xorasan şəhəri Səbzəvarda o, adamları diri-diri divara hördürüb inildəyən canlı divarlar yaratmışdı. Teymurun Hindistan səfərində Orta Asiyaya aparmaq çətin olduğundan yüz min əsiri qırmasından da danışırlar. Bağdad səfəri zamanı bir gün ərzində 90 min adamın qılıncdan keçirib kəllələrdən 120 qüllə ucaldırmasından da yazırlar. Şaiyələrə görə Misiri zəbt eləyəndə əmir Teymur bir damcı müsəlman qanı axıtmayacağına söz verdiyinə görə guya ki, xristianları qılıncdan keçirib müsəlmanları diri-diri torpağa basdırmışdı. Amma Teymurun törətdiyi «vəhşiliklər»dən bir dənə də olsun təsdiq edici sübut, sənəd məlum deyil.

Teymurun ölümündən sonra daxili çəkişmələr baş verdi. Lakin Oğlu Şahrux çəkişmələrə son qoydu. O, paytaxtı Herata köçürüb Mavərənnəhri oğlu Uluqbəyə xanədan kimi verdi. Şahruxun ölümündən sonra (1447-ci il) çəkişmələr yenidən başladı. Sonuncu Teymuri hökmdarı Hüseyn Baykaranın ölümündən sonra 1507-ci ildə Şeybanilər Teymurilər dövlətinin varlığına son qoydu.

1941-ci ildə Teymurun məqbərəsini açmaq qərarı verildi. Qazıntılar 16 iyunda başlandı. Əvvəl nəvəsi Uluqbəyin oğullarının, sonra Teymurun oğulları Miranşah və Şahruhun cənazəsini yerindən çıxardılar. 21-dən 22-nə keçən gecə Teymurun qəbri açıldı. Əmir Teymurun qəbir daşını yerindən tərpədəndə ətrafa boğucu qətran, qızılcül və büxur ətrindən qarışıq boğucu qoxu yayıldı. Xalq arasında belə bir inam vardı ki, böyük sərkərdənin qəbrini açanda yenə də müharibə ola bilər. Qəbri açandan sonra Almaniya SSRİ-yə hücum etdi. Teymurun sümükləri qəbirdən çıxarılıb Moskvaya gətirilmişdi. Stalin başlayan müharibədən çəkinib Əmir Teymurun sümüklərini yerinə qaytarmağı əmr etmişdir.



Əvvələ qayıt Aşağa gitmek
(¯`¢єунυη´¯)
Admin
Admin
(¯`¢єунυη´¯)


İsmarıc sayı : 158
Kayıt tarihi : 29/10/11
Yaş : 26
Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)

Teymurilər Empty
Yeni mövzuMövzu: Geri: Teymurilər   Teymurilər Icon_minitimeC.a. Dek. 01, 2011 4:28 am

əlaaaaaaaaaaaaa
Əvvələ qayıt Aşağa gitmek
https://tariximiz.azerbaijaniforum.com
torres

torres


İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 25
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

Teymurilər Empty
Yeni mövzuMövzu: Geri: Teymurilər   Teymurilər Icon_minitimeC. Dek. 09, 2011 10:25 am

sağ ol
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content





Teymurilər Empty
Yeni mövzuMövzu: Geri: Teymurilər   Teymurilər Icon_minitime

Əvvələ qayıt Aşağa gitmek
 
Teymurilər
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Dərsliklər :: 8.sinif-
Keç: