Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaMOLLA NƏSRƏDDİN LƏTİFƏLƏRİ Icon_mini_portal_enGaleriLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 MOLLA NƏSRƏDDİN LƏTİFƏLƏRİ

Aşağa gitmek 
MüəllifIsmarıc
torres

torres


İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 25
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

MOLLA NƏSRƏDDİN LƏTİFƏLƏRİ Empty
Yeni mövzuMövzu: MOLLA NƏSRƏDDİN LƏTİFƏLƏRİ   MOLLA NƏSRƏDDİN LƏTİFƏLƏRİ Icon_minitimeÇər. Noy. 30, 2011 9:16 am

Göyə niyə dırmaşmışsan?
Molla Nəsrəddinin Teymurlənglə ilk görüşünü belə danışırlar:
Teymur Mollanı saraya çağırtdırır. Molla içəri girib görür ki, otaq adamla doludur. Amma hamı dövrə vurub yerdə oturub, təkcə Teymur əyləşib uca bir taxtın üstündə. Tez baş əyib deyir:
- Salam əleyküm, ya Allah!
Teymur deyir:
- Mən Allah deyiləm ay kişi! Mən...
Molla onun sözünü ağzında qoyub deyir:
- Qurban olum sənə, ya cənab Cəbrayıl!
Teymur deyir:
- A kişi, nə danışırsan? Mən niyə Cəbrayıl oluram?
Molla deyir:
- Başa düşmürəm. İndi ki nə Allahsan, nə də mələk, düş, adam kimi otur adamların içində də, daha niyə göyə dırmaşmışsan?


Bir arşın saqqal, beş yüz pud taxıl
Molla Nəsrəddinin balaca bir əkin yeri var imiş. O, hər il bu yerdə buğda əkər, əlli – altmış pud məhsul götürüb, külfətini dolandırarmış. Teymurləng hakimiyyət başına keçəndən sonra vergilər birə - beş artır. Kəndxudalar istədiklərini eləyib cammatın başına oyun açırlar. Növbə Mollaya da gəlib çatır, kəndxuda tutur yaxasından ki:
- Sənin bu il beş yüz pud taxılın olub. Gərək o haqq – hesabdan da vergi verəsən.
- Canım, vallah, mənim vur – tut əlli pud taxılım olub. . .
Kəndxuda dediyindən əl çəkmir. Axırda Molla əlacsız qalıb şəhərə, Teymurun yanına şikayətə gedir.Teymur Mollanın şikayətinə qulaq asandan sonra qışqırır ki:
- Utanmırsan, bu bir arşın saqqal ilə yalan danışırsan?
Molla heç bir söz deməyib qalxır, qapıya tərəf yönəlir ki, çıxıb getsin, Teymur soruşur:
- Nə oldu? Hara getdin?
- Kəndxudada günah yox imiş, qibleyi – aləm! Padşah mənim bir tutam saqqalımı bir arşın görəndə onun kəndxudası da əlli pud taxılımı beş yüz pud görər də. . .


Qoxulu dilənçi
Teymurləng Molla Nəsrəddinə əmr eləyir ki:
- Şəhər dolub dilənçi ilə. Özləri də elə üzlü, eıə həyasız olublar ki, tutduqlarını buraxmırlar. Kağız – qələm götürüb o həyasızların siyahısını tutarsan, şəhərdən sürgün eləyəcəyəm.
Molla kağız – qələm götürüb, Teymurun öz adını birinci yazır, özünə verir. Teymur kağıza baxan kimi dəli olur. Molla deyir:
- Niyə hirslənirsən, qibleyi – aləm! Özün dedin ki, lap həyasız dilənçilərin adını yazıb sənə verim. Mən də yazdım də. . .
Teymur deyir:
- A kişi, mən boyda Teymurləng dilənçiyəm? Özü də lap həyasızı?
- Niyə hirslənirsən, qibleyi – aləm!? Çidanı çuvalda gizlətmək olmaz. Dilənçisən, özü də lap həyasızından.
- Demək, sənin fikrincə gərək mən şəhərdən sürgün olunam?
- Bəli, qibleyi – aləm! O biri dilənçilər sənin kimi qorxulu deyillər. Onlar camaatdan yalvarıb – yaxarıb alırlar. Amma sən döyə - döyə alırsan.


Teymurun sualı
Teymurləng bir gün Mollaya deyir.
- Molla, sənə bir hikmətli sual vermək istəyirəm. O nədi ki, bu dünyada nə yetişib, nə yetişir, nə də yetişəcək?
- Bizi işə götürəndə sənin bizə təyin elədiyin maaş.


Cücələrim danışır
Molla Nəsrəddin şəhərin bütün mollalarını təngə gətirmişdi. Axırda mollalar yığışıb onun əlindən Teymurləngə şikayət edirlər. Molla baxır ki, bu işin axırı yaxşı olmayacaq. Çox götür – qoydan sonra özünü verir vəzirin yanına, yanı cücəli bir toyuq da aparır rüşvət aparır ki, onu Teymurləngin hüzurunda müdafiə etsin. Sabahısı gün şikayət edən mollalar və Molla Nəsrəddin Teymurləngin əmrilə hüzura gəlirlər. Mollalar şikayətlərini eləyirlər, qurtarandan sonra vəzir irəli yeriyib, Molla Nəsrəddini Teymura tərifləməyə başlayır. Teymurləng vəzirə də qulaq asandan sonra üzünü Molla Nəsrəddinə tutub deyir:
- Yaxşı, de görüm, sən öz günahsızlığın barədə nə danışacaqsan?
- Şah sağ olsun! Mənim danışmağıma ehtiyacım yoxdur, mənim toyuğum cücələri ilə bərabər lazımi qədər mənim xeyrimə danışdı.


Yalan deyiblər
Teymurləngə xəbər verirlər ki, Molla Nəsrəddin bir məclisdə onun zülmkarlığından danışırmış. Teymur hirslənib Mollanı hüzuruna çağırır ki:
- Bu nədir? Yoxsa başın bədəninə ağırlıq eləyir? Deyirlər məclislərdə mənim zülmkarlığımdan danışırsan.
- Qibleyi – aləm sağ olsun! Sən özün bilirsən ki, mən həmişə elə söz deyirəm ki, qəribə olsun, təzə olsun, heç kəsin eşitmədiyi, bilmədiyi, danışmadığı olsun. Xoruz səsi eşitməmiş olsun. Sənin zülmkarlığın hamının bildiyi, danışdığı köhnə şeydir. Burada nə qəribəlik var ki, mən də danışam? Sənə yalan deyiblər.


Üzr bədtər əz günah
Bir gün Teymurləng Molladan soruşur ki:
- Molla, üzr bədtər əz günah nə deməkdi?
- Qibleyi aləm sağ olsun! Bu fars sözüdü. Mənası budu ki üzrü günahından pis
- Başa düşmürəm. Necə yəni üzrü günahından pis?
- Yəni adam bir pis iş görür, sonra üzr istəyir. Ancaq elə üzr istəyir ki, görmüş olduğu işdən də pis olur.
Teymur yenə də başa düşmür. Molla nə qədər əlləşirsə, Teymuru başa sala bilmir. Axırda Teymur hirslənib deyir:
- A kişi, sən nə yaman axmaq adam imişsən. Bir söz nədir ki, sən onu mənə başa sala bilmirsən. Bax sənə yüzü sayınca möhlət verirəm.Başa saldın, salmısan, salmadın, boynunu vurduracağam.
Molla heç nə deməyib Teymura yaxınlaşır. Onun böyründən möhkəm bir çimdik götürür. Teymurun bağırtısı göyə qalxır. Hirslə dönür ki:
- Dəli olmamısan ki? Nə qayırırsan?
- Üzr istəyirəm, qibleyi – aləm sağ olsun! Elə bildim ki, evimizdəyəm, sən də bizim arvadsan?
Teymur qışqırır ki:
- Nə danışırsan?
- Hirslənmə, qibleyi – aləm. Üzr bədtər əz günah bax budur!


Belimə bağlasınlar
Deyirlər ki, Teymurləng Mollanın nə dərəcədə cəsarətli olduğunu yoxlamaq üçün cəlladlara əmr edir:
- Bu saat bunu boğazından asasınız!
Cəlladlar Mollanı qarmalayıb götürürlər. Molla heç bir söz demir. Qapıdan çıxdıqları vaxt Teymur soruşur:
- Axır dəqiqələrindir, Molla. Vəsiyyətin varsa, elə!
- Vəsiyyətim yoxdur. Ancaq balaca bir xahişim var.
- De!
- Mənim boğazımdan yaman qıdığım tutur. Xahiş eləyirəm əmr eləyəsiniz kəndiri boğazıma yox, belimə bağlasınlar.


Sonra gözüm üstə
Bir gün Teymurləng Molladan soruşur:
- De görüm, məni nə qədər istəyirsən?
- Mən Molla Nəsrəddinəm, sən də qibleyi – aləm. Demək ki, mən səni o qədər istəyirəm nə qədər ki Molla Nəsrəddin Teymuru istəyə bilər.
- Yaxşı, mənim xatirim üçün ölümə gedərsənmi?
- Özüm gedə bilməsəm də, cəlladlar kömək eləyərlər.
- Məsələn, əgər mən əmr eləsəm bu saat özünü dənizə atarsanmı?
Molla bu sözü eşitcək durur ayağa. Teymur soruşur:
- Haraya?
- Qibleyi – aləm sağ olsun! Sənin yolunda dənizə atılıb boğulmaq mənim üçün şərəfdir. Ancaq icazə ver, qabaqca gedim üzməyi öyrənim, sonra gözüm üstə


Ədalətindən danışıram
Günlərin bir günü Teymurləng böyük bir qonaqlıq verir. Molla da bu qonaqlıqda iştirak edir. Teymur görür ki, Molla bir nəfərlə çox şirin söhbətlə məşğuldur. Onu utandırmaq məqsədilə yanına gələrək deyir:
- Yenə ikim bilir nə basıb bağlıyırsan?. . .
Molla heç özünü sındırmadan baş əyib deyir:
- Nə eləyim, qibleyi – aləm sağ olsun. Yalansız keçinmək olmur. Sizin ədalətinizdən danışıram



Əvvələ qayıt Aşağa gitmek
 
MOLLA NƏSRƏDDİN LƏTİFƏLƏRİ
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» MOLLA NƏSRƏDDİNİN LƏTİFƏLƏRİ
» MOLLA NƏSİRƏDDİNİN LƏTİFƏSİ

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Ümumi :: Lətifələr.-
Keç: