Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaKaş uşağlığım geri dönərdi Icon_mini_portal_enGaleriLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 Kaş uşağlığım geri dönərdi

Aşağa gitmek 
2 posters
MüəllifIsmarıc
torres

torres


İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 25
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

Kaş uşağlığım geri dönərdi Empty
Yeni mövzuMövzu: Kaş uşağlığım geri dönərdi   Kaş uşağlığım geri dönərdi Icon_minitimeÇ.a. Noy. 29, 2011 12:28 pm

"Kaş tez böyüyərdim"... Hər şey bu arzumla başladı. Nə biləydim bu arzumla həyatıma divarlar hörürəm. İndi o 4 divar arasındayam. Səninlə bərabər olduğum o yaşıl bağ yoxdu artıq. Arzumun çin olması ilə səni itirdim. Sən gedən sora içimdə bir xəstəlik başladı birdən. Bu elə amansız bir xəstəlikdi ki, parazit kimi bütün duyğularımı gəmirir. Hakim ola bilmirəm ona, hökm edə bilmirəm. Xəstəliyim nə?! Sənsizlik!!! Gecdi bilirəm amma səni geri istiyirəm. Nə vaxt getdiyini hiss etmədim, bir gün oyandım artıq yoxsan. Yəqin mən yuxuda olarkən getmisən. Əminəm 1 dəfə də olsa geri dönüb baxmısan amma geri dönməkçün bir səbəb görməmisən və GETMİSƏN... Məndə hər şey dəyişib, həyat tərzim düşüncələrim hər şey amma mən sevmədim e belə yaşam tərzini. Bəzən mənə elə gəlir ki, geri dönmüsən, səhərə kimi evcik-evcik oynamaq istiyirəm, sonra fikirləşirəm: "nə axmaq fikirdi bu". Bunu fikirləşmək özü ağır gəlir, çünki onda başa düşürəm ki, sən geri qayıtmamısan. Hər kəs deyirki sən mənim daxilimdəsən, göydəsən, ordan mənə baxırsan! Amma nədənsə mən səni hiss eləmirəm. Həyatdan maşın, ev, iş, ağ atlı şahzadə istəmişdim indisə deyirəm:

Yox! Yox! Həyat mən səndən bunların heç birini istəmirəm, mən səndən 7il qabaq aldığını istəyirəm. Bunların heç biri olmasın yalnız onu istiyirəm. Yarım qalmış məhəbbət yalnız qız və oğlan arasında qalan məhəbbət deyil. Mənim məhəbbətim də yarım qalıb, amma mənim məhəbbətim başqa məhəbbətdir. Bu məhəbbət mənim və hamının həyatında olan uşaqlığa və sənsizliyə bəslədiyi məhəbbətdir... İndiysə arzulayıram "KAŞ UŞAQLIĞIM GERİ DÖNƏRDİ". Səni arzulamıram belə.. Artıq dönməyəcəyinə əminəm! Ola bilsin bu arzum da mənim nələrisə itirməyimə səbəb olsun amma mən yenə də daxilimdəki uşaqlığın qayıtmağını istəyirəm..

Fikirləriniz...
Əvvələ qayıt Aşağa gitmek
Nermin)




İsmarıc sayı : 2
Kayıt tarihi : 01/02/13
Şəhər/ölkə : BaKi

Kaş uşağlığım geri dönərdi Empty
Yeni mövzuMövzu: Geri: Kaş uşağlığım geri dönərdi   Kaş uşağlığım geri dönərdi Icon_minitimeC. Fev. 01, 2013 1:09 pm

Super!!!!!!
Əvvələ qayıt Aşağa gitmek
 
Kaş uşağlığım geri dönərdi
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Ümumi :: Hekayə və şeirlər.-
Keç: