Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaHansı rəng nəyi ifadə edir? Icon_mini_portal_enGaleriLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 Hansı rəng nəyi ifadə edir?

Aşağa gitmek 
2 posters
MüəllifIsmarıc
(¯`¢єунυη´¯)
Admin
Admin
(¯`¢єунυη´¯)


İsmarıc sayı : 158
Kayıt tarihi : 29/10/11
Yaş : 26
Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)

Hansı rəng nəyi ifadə edir? Empty
Yeni mövzuMövzu: Hansı rəng nəyi ifadə edir?   Hansı rəng nəyi ifadə edir? Icon_minitimeC. Noy. 25, 2011 4:17 pm

Hansı rəng nəyi ifadə edir? 1322065972_23314_137270112961472_6141_n

Yəqin çoxlarına maraqlıdır ki, gündəlik həyatımızda hər baxımdan istifadə etdiyimiz rənglər hansı mənanı daşıyır. Elə isə, bunu da bilək…

Qırmızı: Bu rəng canlılıq və dinamizmlə əlaqədar bir rəngdir. Xoşbəxtliyi təmsil edir. Qırmızı rəng fiziki olaraq hücumluğu və canlılığı, romantik məzmunda isə bir işi sonuna qədər aparan əzmi və dayanıqlılığı göstərir. İştah açır. Ona görə də, dünyadakı qida firmalarının çoxu loqosunda qırmızı rəngdən istifadə edir. Qırmızı təzyiqi yüksəldir, qan dövranını sürətləndirir. Səhv bir inanc vardır: öküzlərin qırmızıya hücum etməsi. Halbuki, öküzlər rəng korudur. Qırmızıya deyil, özlərinə yönələn tünd rəngli bezə hücum edir.

Yaşıl: Romantik olaraq bizə ən çox təsir edən bir orqanımız olan ürək orqanının bu rəngdən enerji aldığını düşünürlər. Təbiətin və baharın rəngidir. Eyni zamanda, inam verən rəngdir. Ona görə də, bankların loqolarında hakim rəng olaraq istifadə olunur. Yaşıl yaradıcılığı gücləndirir. Buna görə, böyük restoran mətbəxləri yaşıl rəngdə olur. Xəstəxanalarda da yaşıl rəng rahatlaşdırıcı xüsusiyyəti səbəbiylə istifadə edilir. Yaşıl sahədə insanların daha az mədə narahatlığı çəkdiyi müəyyən olunmuşdur.

Qara: Romantikliyə və hüznə işarədir. Gücü və ehtirası təmsil edir. Bizim ölkədə və Qərbdə qara matəmi təmsil etdiyi halda, Yaponiyada qara xoşbəxtlik rəmzidir. Qara rəngdən istifadə edilirsə, pessimizmi xatırladır. Xatırladaq ki, Eynşteyn adaptasiya ola bilmək üçün pərdələri qara, gün işığı olmayan otaqları seçirdi.

Mavi: Mavi rəng səmanın və geniş üfüqlərin, dənizin simvoludur. Sərhədsizliyə və uzaqgörənliyə işarədir. Həmçinin, dincliyi təmsil edir və sakitləşdirir. Ərəblər mavinin qan axınını yavaşlatdığına inanır, nəzər muncuğu ona görə mavidir. Qərbdə intiharları azaltmaq üçün körpü ayaqlarını maviylə rəngləyirlər. Divarları mavi olan məktəblərdə uşaqların daha az dəcəllik etdiyi müəyyən olunmuşdur.

Göy: Kosmik rəng olaraq qəbul edilir. Sonsuzluğa, nüfuza, məhsuldarlığa işarədir. Ona görə, dünyadakı firmaların yarıdan çoxu loqolarında istifadə edir. Göy geyinən kəslər özlərini daha cəlbedici və inandırıcı hiss edirlər. İnsanların üzərində müvəffəqiyyətli və güclü imici göstərəir.

Bənövşəyi: Bu rəng əvvəldən bəri ehtişam və lüksün son pilləsi olaraq düşünülür. Tarix kitablarında yüksək rütbəli şəxslərin, saray mənsublarının daim bənövşəyi ilə bəzəndikləri yazılır. Nevrotik duyğuları ortaya çıxardığından, insanların şüuraltını qorxutduğu müəyyən olunmuşdur. İntihar edənlərin bəyəndiyi rəngdir.

Çəhrayı: Uyğunlaşma, sevinc, şirinlik və sevginin simvoludur. Rahat hiss etdirən və istirahət etdirən bir rəngdir. Buna görə, bəzi böyük mağazalar dəzgahdarlarını çəhrayı rəngləyirlər ki, müştərilər özlərini rahat hiss etsinlər. Çəhrayı, eyni zamanda, uşaq rəngidir.

Sarı: Zəka, incəlik və təcrübəliliklə əlaqədar bir rəngdir. İctimai həyatla birlikdə işi əks etdirən bir mənası vardır. Keçiciliyin və diqqət çəkiciliyin simvoludur. Diqqət çəkiciliyi ilə bağlı olaraq dünyada taksilər sarı rəngdədir. Sarı ayrıca hüzn və həsrətin rəngidir. Payızın bütün hüznlü gözəlliyində onun hər rəngini izləmək mümkündür.

Ağ: Təmizliyi və saflığı təmsil edir. Sabitliyə, davamlılığa işarədir. Siyasətçilər ağı çox sevirlər, çünki insanlarda təmiz, dürüst təəssüratı yaratmaq istəyirlər.

Qəhvəyi: Həqiqiliyin, plan və sistemin rəngidir. Qəhvəyi rəng insanı sürətləndirir. Buna görə, fastfud məkanlarında qəhvəyi rəngdən istifadə edilir. Qəhvəyi rəng torpaq rəngidir. Paltarlarda çox seçilməz, çünki qəhvəyi rəngi geyən insanlar izdihamda diqqət çəkməzlər.
Əvvələ qayıt Aşağa gitmek
https://tariximiz.azerbaijaniforum.com
torres

torres


İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 25
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

Hansı rəng nəyi ifadə edir? Empty
Yeni mövzuMövzu: Geri: Hansı rəng nəyi ifadə edir?   Hansı rəng nəyi ifadə edir? Icon_minitimeB.e. Noy. 28, 2011 11:29 am

en xosladigim mavi ve ya goy rengdir
Əvvələ qayıt Aşağa gitmek
(¯`¢єунυη´¯)
Admin
Admin
(¯`¢єунυη´¯)


İsmarıc sayı : 158
Kayıt tarihi : 29/10/11
Yaş : 26
Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)

Hansı rəng nəyi ifadə edir? Empty
Yeni mövzuMövzu: Geri: Hansı rəng nəyi ifadə edir?   Hansı rəng nəyi ifadə edir? Icon_minitimeÇ.a. Noy. 29, 2011 11:43 am

neynək
Əvvələ qayıt Aşağa gitmek
https://tariximiz.azerbaijaniforum.com
torres

torres


İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 25
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

Hansı rəng nəyi ifadə edir? Empty
Yeni mövzuMövzu: Geri: Hansı rəng nəyi ifadə edir?   Hansı rəng nəyi ifadə edir? Icon_minitimeÇ.a. Noy. 29, 2011 11:52 am

bəs sənin ən çox xoşladığın hansıdır
Əvvələ qayıt Aşağa gitmek
(¯`¢єунυη´¯)
Admin
Admin
(¯`¢єунυη´¯)


İsmarıc sayı : 158
Kayıt tarihi : 29/10/11
Yaş : 26
Şəhər/ölkə : Azərbaycan(Bilesuvar)

Hansı rəng nəyi ifadə edir? Empty
Yeni mövzuMövzu: Geri: Hansı rəng nəyi ifadə edir?   Hansı rəng nəyi ifadə edir? Icon_minitimeÇ.a. Noy. 29, 2011 11:53 am

Yaşıl
Əvvələ qayıt Aşağa gitmek
https://tariximiz.azerbaijaniforum.com
torres

torres


İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 25
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

Hansı rəng nəyi ifadə edir? Empty
Yeni mövzuMövzu: Geri: Hansı rəng nəyi ifadə edir?   Hansı rəng nəyi ifadə edir? Icon_minitimeÇ.a. Noy. 29, 2011 12:16 pm

elə də bilirdim
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content





Hansı rəng nəyi ifadə edir? Empty
Yeni mövzuMövzu: Geri: Hansı rəng nəyi ifadə edir?   Hansı rəng nəyi ifadə edir? Icon_minitime

Əvvələ qayıt Aşağa gitmek
 
Hansı rəng nəyi ifadə edir?
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» Hansı günah bağışlanmır

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Ümumi :: Məlumat-
Keç: