Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaAzərbaycan Xalq Cəbhəsi Icon_mini_portal_enGaleriLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 Azərbaycan Xalq Cəbhəsi

Aşağa gitmek 
2 posters
MüəllifIsmarıc
VƏKİL CƏFƏRLİ

VƏKİL CƏFƏRLİ


İsmarıc sayı : 79
Kayıt tarihi : 29/11/11

Azərbaycan Xalq Cəbhəsi Empty
Yeni mövzuMövzu: Azərbaycan Xalq Cəbhəsi   Azərbaycan Xalq Cəbhəsi Icon_minitimeÇ.a. Dek. 13, 2011 9:25 am

Azərbaycan Xalq Cəbhəsi




Azərbaycan Xalq Cəbhəsi
200 px
Növüsiyasi təşkilat
Yaranma tarixi1989
MərkəziBakı
SədriƏbülfəz Elçibəy
Azərbaycan Xalq Cəbhəsi - Azərbaycanda milli azadlıq hərəkatına başçılıq edən mütəşəkkil siyasi təşkilat.

Haqqında


1989-cu il iyulun 16-da Bakıda gizli konfransda təsis olunan AXC-nin sədri Əbülfəz Elçibəy olub. AXC yaranarkən 15 nəfərdən ibarət ilk İdarə Heyəti formalaşıb: İsa Qəmbər, Etibar Məmmədov, Hikmət Hacızadə, Leyla Yunus, Pənah Hüseyn, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə, Sabit Bağırov, Sülhəddin Əkbər, Canbaxış Umudov, Nemət Pənahlı, Rəhim Qazıyev, Ələkrəm Hümbətov İdarə Heyəti üzvləri olublar. AXC hakimiyyətə gələndən sonra bu şəxslərin əksəriyyəti yüksək vəzifələrdə təmsil olunublar. Onların üçü - Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy, yazıçı Yusif Səmədoğlu"Azadlıq" qəzetinin ilk redaktoru Nəcəf Nəcəfov artıq dünyalarını dəyişiblər.

1989-1990, 1990-1992 və 1992-1993-cü illərdə bir neçə ziddiyyətli mərhələdən keçən (xalq hərəkatının genişlənməsi, siyasi uğurlar və parçalanmalar, 20 yanvar faciəsi və dirçəliş, siyasi hakimiyyət və devrilmə) AXC sonrakı illərdə də siyasi sistemdə aparıcı mövqelərdə olub. Bu gün Azərbaycanda olan partiyaların bir çoxu AXC bazalı təşkilatlardır. Hərəkatda olan siyasətçilərin əksəriyyəti özlərinin ayrıca partiyasını yaradıblar.

AXC-nin varisi 1995-ci ildə yaradılmış, hazırda Əli Kərimlinin sədr olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Adında Xalq Cəbhəsi olan daha iki partiya var - Klassik Xalq Cəbhəsi Partiyası (lideri Mirmahmud Mirəlioğlu) və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (lideri Qüdrət Həsənquliyev).

Azərbaycanda bir çox tanınan siyasi təşkilat (Müsavat, Vətəndaş Həmrəyliyi Partiyası, Milli İstiqlal, Xalq partiyaları və s.) vaxtilə AXC-nin bazasında yaradılıblar.

AXC və yaddaş


1990-cı ilin fevral ayında Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin qərarı ilə AXC-nin “Məmməd Əmin Rəsulzadə mükafatı” təsis edildi. İdarə Heyəti Məmməd Əmin Rəsulzadə mükafatını ilk olaraq milli-azadlıq hərəkatındakı xidmətlərinə görə iki şəxsə: görkəmli alim, vətənpərvər Xudu Məmmədova(ölümündən sonra) və “Azadlıq” radiosunun o zamankı baş redaktoru Mirzə Xəzərə verilməsi qərarını yekdilliklə qəbul etdi. Qərar Əbülfəz Elçibəy tərəfindən imzalandı və eyni gün İdarə Heyətinin üzvü, görkəmli yazıçı və ictimai-xadim Yusif Səmədoğlunun səsi “Azadlıq” radiosundan yayıldı.[1]
Əvvələ qayıt Aşağa gitmek
torres

torres


İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 25
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

Azərbaycan Xalq Cəbhəsi Empty
Yeni mövzuMövzu: Geri: Azərbaycan Xalq Cəbhəsi   Azərbaycan Xalq Cəbhəsi Icon_minitimeÇər. Dek. 14, 2011 9:16 am

maraqlidir
Əvvələ qayıt Aşağa gitmek
torres

torres


İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 25
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

Azərbaycan Xalq Cəbhəsi Empty
Yeni mövzuMövzu: Geri: Azərbaycan Xalq Cəbhəsi   Azərbaycan Xalq Cəbhəsi Icon_minitimeÇər. Dek. 14, 2011 9:16 am

maraqlidir
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content





Azərbaycan Xalq Cəbhəsi Empty
Yeni mövzuMövzu: Geri: Azərbaycan Xalq Cəbhəsi   Azərbaycan Xalq Cəbhəsi Icon_minitime

Əvvələ qayıt Aşağa gitmek
 
Azərbaycan Xalq Cəbhəsi
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Dərsliklər :: 11 sinif-
Keç: