Buğumayaqlılar (
lat. Arthropoda) - İlkağızlılar bölməsinə aid heyvan
tipi.
Buğumayaqlılar həm quruda və həm də suda yasayır, Bir çox növləri parazit həyata uyğunlaşmışdır. Bədən və əyaqları buğumlara bölünmüşdür. Başda buğumların sayı sabitdir. Döş və qarın buğumlarının sayı ayrı-ayrı nümayəndələrində müxtəlifdir. Buğumayaqlıların bədən səthini xitinləşmiş kutikula örtür. O, bəzi heyvanlarda, məsələn, çay xərçənglərində və yengəclərdə qalın olub, zireh əmələ gətirir, ağcaqanadlarda, milçəklərdə və başqa cücülərdə isə nazikdir.
Buğumayaqlılarda dəri-əzələ kisəsi yoxdur. Onun əvəzində bədənin ayrı-ayrı hissələrinə ixtisaslaşmış əzələlər gedir və lazımi orqanları hərəkətə gətirir.
Sinir sisetmi udlaqüstü və udlaqaltı düyündən, həmçinin, qarın sinir zəncirindən ibarətdir. Qan-damar sistemi acıqdır, tənəffüs orqanları müxtəlifdir. Suda yaşayan nümayəndələri qəlsəmələrlə, quruda yaşayan numayandalari isa agciyar va traxey-aiar vasitasila tənəffüs edir. Buğumayaqlılar yalnız cinsiyyətli yolla çoxalır. Müxtəlif cinsiyyətli heyvanlardır.
Bir çox növləri
parazit həyata uyğunlaşmışdır.
Başda buğumların sayı sabitdir.
Döş və
qarıncıqda olan buğumlarının sayı ayrı-ayrı nümayəndələrində müxtəlifdir. Buğumayaqlıların bədən səthini xitinləşmiş kutikula örtür. O, bəzi heyvanlarda, məsələn,
çay xərçənglərində və
yengəclərdə qalın olub, zireh əmələ gətirir,
ağcaqanadlarda,
milçəklərdə və başqa
cücülərdə isə nazikdir.
Buğumayaqlılarda dəri-əzələ kisəsi yoxdur. Onun əvəzində bədənin ayrı-ayrı hissələrinə ixtisaslaşmış əzələlər gedir və lazımi orqanları hərəkətə gətirir.
Sinir sisetmi udlaqüstü və udlaqaltı düyündən, həmçinin, qarın sinir zəncirindən ibarətdir. Qan-damar sistemi acıqdır, tənəffüs orqanları müxtəlifdir. Suda yaşayan nümayəndələri qəlsəmələrlə, quruda yaşayan numayandalari isa agciyar va traxey-aiar vasitasila tənəffüs edir. Buğumayaqlılar yalnız cinsiyyətli yolla çoxalır. Müxtəlif cinsiyyətli heyvanlardır.
4 yarım tipə bölünür:
trilobitlər,
xeliserlilər,
qəlsəmətənəffüslülər,
traxeyalılar.
Tipin 1500000-dən artıq növü məlumdur.