Tarixim ilə fəxr edirəm!


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaTakvimGaleriMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 QUŞLAR.3........................

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
torres

avatar

İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 18
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

Yeni mövzuMövzu: QUŞLAR.3........................   B.e. Dek. 19, 2011 9:10 am

Quşlar (lat. Aves) - onurğalılar yarımtipinə aid heyvan sinfi.

Quşlar onurğalıların ön ətrafları qanad şəklində olan lələkli, yumurtlayan, istiqanlı onurğalılar nümayəndələridir. Yer kürəsində 9800-dən artıq növü yaşayır. Adətən quşlar uçmaq qabiliyyətləri ilə xarakterizə olunsa da, pinqvin, dəvəquşu və s. kimi uça bilməyən quşlar da mövcuddur.



[redaktə / تحریر] Təsnifatı



[redaktə / تحریر] Quş Tüklərindəki İncə Yaradılış


Bir çox insan yerdə gördüyü və ya havada uçarkən tutduğu bir quş tükünü nəzərdən keçirmişdir. Tükdəki simmetrik quruluşu, altdakı tüklərin daha incə quruluşa malik olduğunu, tüklərin bir-birinə keçmiş görüntüsünü görmüş və bəlkə də təəccüblənmişdir. Bu şəxs əgər bir quş tükünü mikroskop altında nəzərdən keçirsəydi, qarşılaşacağı qeyri-adi dizayn qarşısında təəccübü daha da artardı.

Tüklərin ortasında hamımıza məlum olan uzun və bərk boru var. Bu borunun hər iki tərəfindən yüzlərlə tük çıxır. Boyları və yumşaqlıqları fərqli olan bu tüklər quşa uçuş üçün havadan ən əlverişli şəkildə istifadə etmə xüsusiyyəti qazandırır. Ancaq bir az da dərindən nəzərdən keçirsək, daha da maraqlı formalarla qarşılaşarıq. Tüklərin hər birinin üzərində "tükcük" deyilən və gözlə görünməyəcək qədər kiçik olan tüklər var. Bu qarmaqlar sayəsində hər tükcük bir-birinə sanki bir zəncirbənd kimi yapışır.

Durnanın tüklərinin təkcə birinin üzərində tük borusunun hər iki tərəfində uzanan 650 ədəd incə tük var. Bunların hər birində isə 600 ədəd qarşılıqlı tükcük var. Bu tükcüklərin hər biri isə 390 dənə qarmaqla bir-birinə bağlanır. Qarmaqlar bir zəncirbəndin iki tərəfi kimi bir-birinə keçmişdir. Qarmaqlarla ilişmiş bu tükcüklər o qədər bitişikdir ki, tüstü üfürüldükdə belə aralarından keçmir. Qarmaqlar hər hansı şəkildə bir-birindən ayrılsa, quşun bir dəfə silkələnməsi və ya daha ağır hallarda dimdiyilə tüklərini düzəltməsi tüklərin əvvəlki halına düşməsi üçün kifayətdir. Quş tükünün bu quruluşu uçuş üçün son dərəcə vacibdir; qanadların havanı keçirməməsi sayəsində quş uça bilir.

Malurus cyaneus



Quş tüklərindəki bu incə dizaynla yanaşı zəngin rəng müxtəlifliyi də olduqca diqqətçəkəndir. Bu müxtəliflik tüklərin içərisində yerləşən və tükün ilk əmələ gəlməsi əsnasında toplanan piqmentlərlə və ya işıq hərəkətlərilə əlaqədar meydana gəlir. Keratin maddəsindən meydana gələn tüklər ətraf mühit şərtləri səbəbindən qısa müddətdə köhnəldiyi üçün müəyyən fasilələrlə təzələnir. Amma quş hər dəfə rəngarəng tüklərinə yenidən qovuşur. Çünki quşların tükləri lazımi uzunluğu, quş növünün rəng və naxış xüsusiyyətlərini tam əldə edənə qədər inkişaf edir.

Quş tüklərindəki saysız-hesabsız rəng və naxış müxtəlifliyi ilə birgə qanadlardakı incə quruluşlar da yaradılışdakı üstün sənəti və elmi bizə göstərən dəlillərdəndir.

[redaktə / تحریر] Təbiətdəki toxucular


Toxucu quş əvvəlcə istifadə edəcəyi materialı toplayır. Ya yaşıl və təzə yarpaqlardan özünə incə uzun zolaqlar kəsir, ya da yarpaqların orta damarlarından istifadə edirlər. Xüsusilə təzə yarpaqları seçməsinin isə, əlbəttə, səbəbi var. Quru yarpaqları hörmək çox çətindir, ancaq təzə yarpaq liflərini hörmək çox asandır. Quş əvvəlcə haça budağa bir yarpaqdan qopardığı uzun lifin ucunu sarıyaraq işə başlayır. Bir ayağı ilə lifin ucunu budağın üstündə tutur, digər ucunu dimdiyilə hörür. Liflərin açılmasının qarşısını almaq üçün onları düyünləyib bir-birlərinə bağlayırlar. Əvvəlcə bir çənbər əmələ gətirirlər, bu yuvanın girişidir. Daha sonra isə dimdiyindən məkik kimi istifadə edərə yarpaq liflərini digər liflərin üzərindən və altından sıra ilə keçirir.Toxuma prosesi əsnasında hər lifin nə qədər çəkilməsi lazım olduğunu da hesablayır. Çünki əgər toxuma boş olsa, yuva çökər. Bundan başqa, yuvanın son halını zehnində canlandırmalıdır ki, divarların nə vaxt qövsvari formaya salacağına və ya çölə doğru çıxıntı verəcəyinə qərar versin.

Girişi toxuduqdan sonra yuvanın divarlarını toxumağa başlayır. Bunun üçün başıaşağı dayanır və içəridən işləməyə davam edir. Dimdiyilə bir lifi digərinin altına soxur və sonra həssas şəkildə çöldə qalan ucunu tutur və tarım çəkir. Beləliklə, son dərəcə müntəzəm toxuma əmələ gətirir.

Göründüyü kimi, toxucu quş yuvasını qurarkən daima bir neçə mərhələ sonrasını hesablayaraq hərəkət edir. Əvvəlcə yuvası üçün ən uyğun materialı toplayır, yuvanı toxumağa təsadüfi yerdən başlamır. Əvvəlcə girişi toxuyur, oradan divarlara davam edir.




Cücələr, dəvəquşular, ördəklər və qağayılar kimi Precocial quşları da yumurtadan çıxan kimi hərəkət edirlər. Onların yumurta sarısı bayquşlar, ağacdələnlər kimi böyük olur və bu da onların yumurtada tam böyüməsinə imkan verir. Digər oxuyan quşlarda isə yumurtadan çıxan balaların bir müddət qayğıya ehtiyacı olur.


  • Quşların hava kisəsi onun bədən həcminin 20% -ni təşkil edir.
  • Quşların bədən temperaturu insanın bədən temperaturundan 7-8 dərəcə çox olur.
  • Quşlar nəfəs aldığı havanın dörddən üç hissəsini bədənlərini soyutmaq üçün sərf edirlər, çünki onlar tərləyə bilmirlər.
  • Sakit halda quşların ürəyi dəqiqədə 400 dəfə, uçan zaman isə dəqiqədə 1000 dəfə döyünür.

Yeni Zelandiyanın kivi quşü dünyada qanadı olmayan yeganə quşdur.

Köçəri qaz və ördəklər miqrasiya edərkən V formasında uçurlar. Bu zaman hər bir quşun qanad çalması zamanı yaranan qaldırıcı qüvvə o birisinə kömək edir və onlar beləliklə az enerji sərf etmiş olurlar.

Göyərçinlər saatda 100 mil sürətlə uçmağa qadirdirlər. Şahinlər və cüllütlər isə saatda 200 mil sürət ala bilirlər.

"Adam is homo", dəvəquşu və dront quşları isə ümumiyyətlə uça bilmir.

Birinci Dünya müharibəsi zamanı Poçtalyon Cher Ami quşu gözlərini və ayaqlarını itirməsinə baxmayaraq məlumatı lazım olan yerə çatdıra bilmişdi. Onu Əla xidmə nişanı ilə təltif etmişdilər. Sonra onun ayaqlarını protez ayaqlarla əvəz etmişdilər.

Yeni Qvineyada yaşayan Papua pitohui quşu dünyada yeganə zəhərli quş hesab edilir. Zəhər onun lələklərində və dərisində olur.

Amerikanin ətyeyən hind quşu yeraltı benzin, qaz kəmərlərinin xarab olmuş yerlərini tapmağa kömək edir. Sızma olan yerlərdə yaranan iy leş iyinə oxşadığında onlar həmin yerə toplaşırlar və mühəndislər həmin yerdə kəmərin xarab olduğunu müəyyən edirlər.
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax
 
QUŞLAR.3........................
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Testlər :: 8 sinif-
Keç: