Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaÇEXİYA TARİX Icon_mini_portal_enGaleriLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 ÇEXİYA TARİX

Aşağa gitmek 
MüəllifIsmarıc
torres

torres


İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 25
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

ÇEXİYA TARİX Empty
Yeni mövzuMövzu: ÇEXİYA TARİX   ÇEXİYA TARİX Icon_minitimeB.e. Dek. 19, 2011 8:57 am

ÇEXİYA TARİX 220px-Burgkarlstein01 ÇEXİYA TARİX Magnify-clip
Karlşteyn qalası (XIV əsr)


Bohemiya bölgəsində yaşayan keltlər ölkənin tarixdə məlum olan ilk yerli əhalisidir. V əsrdə şərqdən slavyan qəbilələri gələrək Elba çayının vadisində yerləşmişlər. Altı əsr ərzində müntəzəm olaraq slavyan, almanmacarların işğallarına məruz qalmışdır. XIV əsrdə qurulan Alman İmperiyası uzun illər ölkəyə hakim olmuş, XVII əsrin əvvəllərində Avstriya-Macarıstan İmperiyasına məğlub olaraq bu torpaqları itirmişdir. Avstriya, BohemyaMoraviyaya, Macarıstan isə Slovakiyaya hökm etməkdə idi. I Dünya müharibəsi nəticəsində Avstriya-Macarıstan İmperiyasının yıxılması ilə 1918-ci ilin oktyabrında Çexoslovakiya Respublikası adıyla müstəqilliklərini elan etdilər. Ölkədəki etnik qruplardan almanların qiyamları və Almaniyanın təzyiqi ilə Bohemya bölgəsi almanlara verildi (1938). Bir il sonra Hitlerin əmri ilə alman ordusu Çexoslovakiyanı işğal etdi.

İkinci Dünya Müharibəsi nəticəsində 1945-ci ildə ölkə bu səfər də Rusiya tərəfindən işğal edildi. Çexoslovakiyanın şərqdəki Rütenya əyalətini öz torpaqlarına qatan Rusiya, təzyiq nəticəsində Çək Kommunist Partiyasını iqtidara keçirərək sosialist bir rejim qurdurdu. Yeni rəhbərlik öz anlayışı gərəyi azadlıqları məhdudlaşdırdı. Azadlıq tərəfdarı olan kəsləri həbsxana və ağıl xəstəxanalarına dolduraraq ölkəni Rusiyanın peyki vəziyyətinə gətirdi. 1955-ci ildə Varşava Müqaviləsi Təşkilatı na daxil oldu. 1960 dan sonra əkinçilik kollektifleştirildi. Nəqliyyat ticarət və ağır sənaye dövlətləşdirildi. Mədəniyyət və dini inanclara təzyiq altına alındı. 1968-ci ildə Stalin tərəfdarlarının yerinə keçən Aleksandr DubcekLudvik Suoboda ölkədə liberal bir siyasət izləyərək iqtisadiyyatda xaricə açılma istiqamətində müxtəlif islahatlar etdilər. Mətbuat və nəşr quruluşlarına azadlıq verildi. Kommunizmin diktatorluq rejimindən xilas olub insanca yaşamaq üçün səy sərf edən liderlər Rusiya idarəçiləri tərəfindən şiddətlə tənqid edildi. Çexoslovakiyadakı bu liberal islahatlar nəticəsində bir peykini itirmə qorxusu eşidən Rusiya ölkəni işğal etdi. Ölkələrə müstəqillik şüarları öyrədən Rusiya özünün etdiyi işğala qarşı gələn xalqı insafsızca tankların palitraları altında əzdi və ölkə idarəçilərini şiddətlə cəzalandırdı. Yüz minlərlə Çexoslovakiyalı, Rus zülmünə dözə bilməyərək Avstriya və Almaniyaya qaçdı.1989 da bütün şərq bloku ölkələrində olduğu kimi, Çexoslovakiyada da yumşalma siyasəti başladı. Çox partiyalı sistemə keçildi və 1990 da ilk sərbəst seçki kecirildi. Kommunistlər qazana bilmədilər. Milliyyətçi Partiyalar iqtidar oldular. 1992 İyununda Çexoslovakiyanı meydana gətirən Çex və Slovakiya respublikalarında ayrı-ayrı edilən seçkilərdən sonra iki respublikanın bir-birindən ayrılması gündəmə gəldi. Edilən görüşmələr nəticəsində 25 Noyabr 1992 günü edilən andlaşma ilə 31 dekabr 1992 tarixində iki respublika bir-birindən ayrıldı.

[redaktə / تحریر] İntibah dövrü


Çexiyanın əsasını qoyan Çex və onun qızı Libuşenin nəslinin birbaşa davamçısı — çex hökmdarlarından biri, XIII əsrin sonlarında hökmdarlıq edən IV Karldır. Onun dövrünü Çexiyanın intibah dövrü hesab etmək olar. Karlın hökmdarlığı ərəfəsində müqəddəs Vita məbədi, Karlov körpüsü, saysız-hesabsız saraylar, qəsrlər tikilib. Məhz bu ərəfədə Çexiyada Avropanın ən yaşlı universitetlərindən biri açılır. Çexiya tarixində təbliğatçı və islahatçı Yan Qusun əməyi danılmazdır. O, katolik kilsəsinin ədalətsiz mövqeyini, kasıblara qarşı münasibətini açıq-aşkar göstərmişdir. Bu mövqeyinə görə, onu tonqalda yandırmışdılar.

[redaktə / تحریر] Çexoslovakiya


II Dünya Müharibəsinin başa çatmasından sonra Sosialist blokuna qatılan Çexoslovakiya 1968-ci ildə Sovet qoşunlarının Praqa baharı adı ilə tarixə düşən, sosializmdən uzaqlaşma meyllərinin qarşısını hərbi müdaxilə yolu ilə almasından sonra 1990-cı ilə qədər kommunist rejimi ilə idarə olunmuşdur. Çexiya və Slovakiya Respublikası olmaqla iki federasiya subyektinin birləşməsindən yaranan Çexoslovakiya 350 üzvlü Federal Məclis tərəfindən idarə olunurdu. Federal Məclis bütün ölkədən seçilən 200 deputatlı Xalq Məclisindən və hər federasiya subyektindən 75 üzv olmaqla 150 deputatlı Millət Məclisindən ibarət idi. Dövlət başçısı, baş nazir və nazirlər Federal Məclis tərəfindən öz üzvləri arasından seçilirdi. 1989-cu ildə Şərqi Avropanın sosialist bloku ölkələrində baş qaldıran demokratikləşmə və çoxpartiyalı sistemə keçid, Çexiyada da müşahidə olundu. 1990-cı ildə ilk çoxpartiyalı seçkilər keçirildi. 1992-ci ilin iyununda Çexoslovakiyanı təşkil edən Çexiya və Slovakiya Respublikalarında ayrı-ayrı seçki keçirildi. Çexiyadakı seçkilərdə qalib gələn Vatslav Klaus baş nazir oldu. Bu seçkilərdən sonra aparılan danışıqlardan sonra 31 dekabr 1992-ci ildə iki respublika bir-birindən ayrıldı.

[redaktə / تحریر] İqlim və təbii ehtiyatlar


Dənizdən uzaq Mərkəzi Avropa ölkəsi olan Çexiya, digər Mərkəzi Avropa ölkələrində olduğu kimi qışı sərt keçən quru iqlimə malikdir. Yayı sərin keçən ölkədə, illik orta temperatur ildən ilə fərqlənir. Qışda ölkədə hava hər zaman sıfır dərəcədən aşağı olur. İllik orta yağıntı bölgələrə görə 1000-1500 mm arasında dəyişir. Yüksəkliyi çox olmayan düzənlik bölgələrdə yağıntı miqdarı 1000 mm ətrafında olur, yüksək dağlıq ərazilərdə dağların yağış buludlarını tutması və sıxlaşdırıcılıq vəzifəsi görməsi, illik yağıntı miqdarının orta hesabla 1500 mm ətrafında olmasını təmin edir. Yağıntılar qışda ümumiyyətlə qar şəklində olur.

Çexiyanın 30%-i meşələrlə əhatələnmişdir. Xüsusilə Bohemya dağları və Karpatların yüksək bölgələrində iynəyarpaqlı meşə bölgələri, yüksəkliyi çox olmayan yerlərdə qayın, palıd və gürgen meşələri üstünlük təşkil edir. Meşəlik bölgələrdə yaşayan vəhşi heyvanlar - çöl donuzu, çöl pişiyi və dağ keçisidir. Yeraltı ehtiyatları məhduddur. Avropanın ən çox uran çıxaran ölkəsi olan Çexiyada kömür, stibium, maqnezit, civə, qrafit, kaolin və az miqdarda neft də çıxarılır. Çıxarılan uranın miqdarı, bu maddənin strateji əhəmiyyəti baxımından açıqlanmır.
Əvvələ qayıt Aşağa gitmek
 
ÇEXİYA TARİX
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» Tarix testi ümumi.
» Tarix 50 açıq sual

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Testlər :: 8 sinif-
Keç: