Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaTUNC DÖVRÜ VƏ ENEOLİT Icon_mini_portal_enGaleriLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 TUNC DÖVRÜ VƏ ENEOLİT

Aşağa gitmek 
MüəllifIsmarıc
VƏKİL CƏFƏRLİ

VƏKİL CƏFƏRLİ


İsmarıc sayı : 79
Kayıt tarihi : 29/11/11

TUNC DÖVRÜ VƏ ENEOLİT Empty
Yeni mövzuMövzu: TUNC DÖVRÜ VƏ ENEOLİT   TUNC DÖVRÜ VƏ ENEOLİT Icon_minitimeC. Dek. 16, 2011 4:07 am

ENEOLİT VƏ TUNC DÖVRÜ




ibtidai icma dövrüİbtidai icma quruluşunun dağılması


TUNC DÖVRÜ e.ə. IV minilliyin sonlarından II minilliyin sonuna kimi davam etmişdir. Tunc təbiətdə hazır şəkildə olmur. Tunc misin, qalayın, sürmənin qatışığından alınır və möhkəm olur. Tuncdan hazırlanan əmək alətləri əmək məhsuldarlığını (Müəyyən vaxt ərzində insanın istehsal edə biləcəyi məhsulun miqdarı əmək məhsuldarlığı adlanır) artırdı. Tunc dövrü üç mərhələyə bölünür: erkən, orta və son tunc dövrü.

Erkən tunc dövrü
ndə təsərrüfatın müxtəlif sahələri meydana gəlmiş, eyni zamanda əmlak və sosial bərabərsizlik yaranmışdı. Tunc dövrünün əvvəlində toxa əkinçiliyi xış (cüt) əkinçiliyi ilə əvəz olunmuşdu. Xış ağacdan hazırlanırdı. Xışla yer şumladıqda əvvəllər bir neçə adamın gücündən, sonralar isə iş heyvanlarından istifadə edilirdi. Daha sonra süni suvarma yarandı, iş heyvanlarından istifadə olundu, taxıl tunc oraqla biçildi və dən əl dəyirmanında üyüdüldü. Ev heyvanlarının növü artdı, at əhliləşdirildi, araba, təkər ixtira edildi (təkər təbiətdə olmadığına görə texniki tərəqqinin əsası hesab edilir), köçəri maldarlıq meydana gəldi, heyvanların yaylaq və qışlaq şəraitində bəslənməsinə başlandı. Maldarlar öz sürülərini yeni otlaqlara sürür, öz ailələri və əmlaklarını arabalara yığıb özləri ilə aparırdılar. Maldarlar ya arabalarda, ya da qurulub-yığılan çadırlarda yaşayır, tədricən köçəri həyat tərzinə keçərək köçəri olurdular. Beləliklə, ilk (erkən) tunc dövründə maldarlıq əkinçilikdən ayrıldı, birinci böyük ictimai əmək bölgüsü yarandı





Azərbaycan tarixiAzərbaycan qədim dövrdə


Dünyada ilk insanlar 2,5-3 milyon il bundan əvvəl yaşamışlar. Ilk insan qalıqlarına Şərqi Afrikada-Keniya və Tanzaniyada təsadüf olunmuşdur. Azərbaycanda isə ilk insanlar 1,5 milyon il bundan əvvəl yaşamışlar. İbtidai icma quruluşu əmək alətlərinin hazırlanma materialına və texnologiyasına uyğun olaraq 3 mərhələyə bölünür:
1. Daş dövrü
2. Tunc dövrü.
3. Dəmir dövrü.
Daş dövrünün özü 3 mərhələyə ayrılır.
1. Qədim daş dövrü (Paleolit)-b.e.ə. 1,5 milyon il -12-ci minillik.
2. Orta daş dövrü (Mezolit)-b.e.ə. 12 -8-ci minilliklər.
3. Yeni daş dövrü (Neolit)-b.e.ə. 7 -6-cı minilliklər.
Əvvələ qayıt Aşağa gitmek
 
TUNC DÖVRÜ VƏ ENEOLİT
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» Daş dövrü haqqında
» DAŞ DÖVRÜ VƏ ONUN DÖVRLƏRİ

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Dərsliklər :: 7.sinif-
Keç: