Tarixim ilə fəxr edirəm!


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaTakvimGaleriMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 Kaş uşağlığım geri dönərdi

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
torres

avatar

İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 18
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

Yeni mövzuMövzu: Kaş uşağlığım geri dönərdi   Ç.a. Noy. 29, 2011 12:28 pm

"Kaş tez böyüyərdim"... Hər şey bu arzumla başladı. Nə biləydim bu arzumla həyatıma divarlar hörürəm. İndi o 4 divar arasındayam. Səninlə bərabər olduğum o yaşıl bağ yoxdu artıq. Arzumun çin olması ilə səni itirdim. Sən gedən sora içimdə bir xəstəlik başladı birdən. Bu elə amansız bir xəstəlikdi ki, parazit kimi bütün duyğularımı gəmirir. Hakim ola bilmirəm ona, hökm edə bilmirəm. Xəstəliyim nə?! Sənsizlik!!! Gecdi bilirəm amma səni geri istiyirəm. Nə vaxt getdiyini hiss etmədim, bir gün oyandım artıq yoxsan. Yəqin mən yuxuda olarkən getmisən. Əminəm 1 dəfə də olsa geri dönüb baxmısan amma geri dönməkçün bir səbəb görməmisən və GETMİSƏN... Məndə hər şey dəyişib, həyat tərzim düşüncələrim hər şey amma mən sevmədim e belə yaşam tərzini. Bəzən mənə elə gəlir ki, geri dönmüsən, səhərə kimi evcik-evcik oynamaq istiyirəm, sonra fikirləşirəm: "nə axmaq fikirdi bu". Bunu fikirləşmək özü ağır gəlir, çünki onda başa düşürəm ki, sən geri qayıtmamısan. Hər kəs deyirki sən mənim daxilimdəsən, göydəsən, ordan mənə baxırsan! Amma nədənsə mən səni hiss eləmirəm. Həyatdan maşın, ev, iş, ağ atlı şahzadə istəmişdim indisə deyirəm:

Yox! Yox! Həyat mən səndən bunların heç birini istəmirəm, mən səndən 7il qabaq aldığını istəyirəm. Bunların heç biri olmasın yalnız onu istiyirəm. Yarım qalmış məhəbbət yalnız qız və oğlan arasında qalan məhəbbət deyil. Mənim məhəbbətim də yarım qalıb, amma mənim məhəbbətim başqa məhəbbətdir. Bu məhəbbət mənim və hamının həyatında olan uşaqlığa və sənsizliyə bəslədiyi məhəbbətdir... İndiysə arzulayıram "KAŞ UŞAQLIĞIM GERİ DÖNƏRDİ". Səni arzulamıram belə.. Artıq dönməyəcəyinə əminəm! Ola bilsin bu arzum da mənim nələrisə itirməyimə səbəb olsun amma mən yenə də daxilimdəki uşaqlığın qayıtmağını istəyirəm..

Fikirləriniz...
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax
Nermin)



İsmarıc sayı : 2
Kayıt tarihi : 01/02/13
Şəhər/ölkə : BaKi

Yeni mövzuMövzu: Geri: Kaş uşağlığım geri dönərdi   C. Fev. 01, 2013 1:09 pm

Super!!!!!!
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax
 
Kaş uşağlığım geri dönərdi
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Ümumi :: Hekayə və şeirlər.-
Keç: