Tarixim ilə fəxr edirəm!


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaTakvimGaleriMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş
Axtar
 
 

Sonuç :
 
Rechercher çıkıntı araştırma
En iyi yollayıcılar
torres (198)
 
(¯`¢єунυη´¯) (158)
 
VƏKİL CƏFƏRLİ (79)
 
taleh-tarix (28)
 
Ismayil Ahmedov (27)
 
THe_TaLeNT_12 (25)
 
Farid (11)
 
DRAGON (8)
 
MIBL_Kralı (6)
 
jala cavadova (4)
 
En son konular
» Azerbaycanda senetkarliq ve ticaret.test
C. Okt. 25, 2013 6:35 pm tarafından cahangir

» XVII əsrin ikinci yarısında Azərbaycanın siyasi vəziyyəti.
Ş. İyul 20, 2013 2:31 pm tarafından tarzan

» Azərbaycan Böyük Səlcuq imperatorluğunun tərkibində.
Ş. Mar. 02, 2013 10:03 am tarafından senan

» Saticilarin yalanlari =)
C. Fev. 01, 2013 2:23 pm tarafından Nermin)

» Kaş uşağlığım geri dönərdi
C. Fev. 01, 2013 2:09 pm tarafından Nermin)

» AG HUN IMPERIYAS;
C. Yan. 18, 2013 7:00 am tarafından Fuad999

» XƏZƏRLƏR.TEST
Ş. Noy. 24, 2012 9:21 pm tarafından Ismayil Ahmedov

» XILAFET DOVRUNDEKI VERGILER
Ş. Noy. 24, 2012 9:19 pm tarafından Ismayil Ahmedov

»  Azərbaycanda siyasi və sosial-iqtisadi vəziyyət.TEST
Ş. Noy. 24, 2012 9:16 pm tarafından Ismayil Ahmedov

Aprel 2014
B.e.Ç.a.Çər.C.a.C.Ş.B.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
TakvimTakvim
Paylaş | 
 

 gulmeli letife

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
VƏKİL CƏFƏRLİ



İsmarıc sayı: 79
Kayıt tarihi: 29/11/11

Yeni mövzuMövzu: gulmeli letife   C.a. Dek. 15, 2011 1:00 pm

İngilis, fransız, azərbaycanlı ortaq olub körpü tikirlər. Körpü tikilib qurtarır və körpünün açılış vaxtı gəlib çatır. Körpü açılmaq üzrə olarkən qəflətən körpü uçur. Bunu görən ingilis: “vayyyy, saysız hesabsız dəmirlərim boşuna getdi “-deyir və infarkt keçirib ölür. Fransız:” vayyyy, o qədər qum havayı getdi “-deyir və infarkt keçirib ölür. Azərbaycanlı isə : “ yaxşı ki, sement qatmamışdım yoxsa mən də bunlar kimi ölərdim “-deyir.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Yol polisi bir maşını saxlayır və sürücüyə deyir:
-sizi təbrik edirəm, bu günkü yoxlamamız ərzində təhlükəsizlik kəmərindən istifadə edən ilk sürücüsünüz və buna görə də sizə 3000 manat pul hədiyyə edirik. Bəs bu pulnan nə etmək fikrindəsiniz ?
Sürücü deyir: çox təşşəkür edirəm. Mən bu pulnan əvvəlcə özümə prava alacam.
Polis təəcüblə soruşur : Necə ? Sizin pravanız yoxdu ?
Sürücünün yanında oturan arvadı isə: “cənab polis, siz ərimə fikir verməyin, o içəndə həmişə belə deyir “.
Polis çaşqınlıqla soruşur : necə ? siz içkilisiniz ?
Bu zaman arxada oturan daha 1 nəfər sürücüyə deyir : “ mən sizə dedim axı oğurluq maşınla gəzməyə getməyək yoxsa problemimiz olar.”
Bunu eşidən polis dəli olur və yenə soruşur : necə ? maşın oğurluqdu ?
Bu vaxt maşının baqajından axtarışda olan cianyətkar bir nəfər çıxıb deyir: “ ayə qağa, nə oldu post qayını keçmədik ? “
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Bir oğlan hər gün kafeyə gedir və hər dəfə də 3 rumka araq içib çıxıb gedimiş. Bu, bir garsonun diqqətini çəkir və bir gün garson oğlandan soruşur:
-siz niyə hər gün məhz 3 rumka araq içirsiz ?
Həmin oğlan isə cavab verir ki, biz 3 qardaşıq və onlar olmadığı üçün mən onların da yerinə içirəm. Bir gün oğlan gəlir amma bu dəfə 2 rumka araq içir. Bunu görən garson təəccüblə soruşur:
-nə əcəb bu gün 2 rumka içdiniz ? yoxsa qardaşınızın 1-i öldümü ?
Oğlan isə deyir: yox, sadəcə olaraq mən öz yerimə içmirəm çünki mən içkini tərgizmişəm.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Toy quratandan sonra toy sahibi 3 sərxoş kişini gətirir taksinin yanına. Taksinin qapısını açır və kişinin birini otuzdurur maşına taksi şoferinə deyir bunu apararsan Yasamala. Sonra o 1-ni otuzdurur maşına deyir bunu apararsan Binəqədiyə. Sonra da o 1-i kişini otuzdurur maşına deyir bunu da apararsan Əhmədliyə. Taksinin də pulunu verib yola salır. 10 dəq. keçməmiş həmin taksi qayıdır geri. Toy sahibi soruşur ki, nə oldu niyə qayıtdın ? Şofer deyir ki, işıqforda tormoz verdim 3-ü də qarışdılar bir-birinə, indi təzədən de görüm bunların hansı hara gedəcək.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Bir taksi şadlıq saraylarının birinin qabağından keçərkən 5 nəfər taksini saxladıb minir. Yol boyunca taksi şoferi tez-tez dönüb bunlara baxır. Axırda bu 5 nəfərdən 1-i şoferdən soruşur: “ day day nə olub adam görməmisən ? niyə elə baxırsan ? “ Şofer isə deyir: “adam görməyinə görmüşəm e, amma 5 nəfərin qabaqda oturduğunu görməmişəm. “
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Bir gün bir kişi evdə oğlunu tutub döymək istəyir, oğlu da qaçır atasından əlindən gəlir mətbəxə anasının yanına və anasında deyir ona kömək eləsin. Atası da gəlir bunun dalınca mətbəxə və yenə də oğlunu döymək istəyir. Anası imkan vermir və soruşur: ay kişi, uşağı niyə döyürsən ?
Əri deyir ki, arvad bu köpəyoğlu keçən həftə mənə gərgədan demişdi. Arvadı təccüblə soruşur : keçən həftə deyibsə bəs indi niyə döyürsən ? Əri cavab verir : “ arvad, 5 dəqiqə əvvəl heyvanlar haqqında verilişə baxırdım, gərgədan bilirsən nə gündə heyvandı ? “
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax
 

gulmeli letife

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Ümumi :: Lətifələr.-