Tarixim ilə fəxr edirəm!


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaTakvimGaleriMVSAxtarİstifadəçi siyahısıİstifadəçi qruplarıQeydiyyatdan keçinGiriş

Paylaş | 
 

 AVAR DOVLETI

Əvvəlki mövzu Sonrakı mövzu Aşağa gitmek 
MüəllifIsmarıc
VƏKİL CƏFƏRLİ

avatar

İsmarıc sayı : 79
Kayıt tarihi : 29/11/11

Yeni mövzuMövzu: AVAR DOVLETI   Çər. Dek. 14, 2011 12:30 pm

Avar xaqanlığı


Avar xaqanlığı (və ya Avar İmperiyası) - bu günki Macarıstan, Slovakya, Rumıniya və Serbiya torpaqlarında 562-823-cü illər arasında hökm sürən dövlət. Dövlət Avar xaqanı olan Bayan tərəfindən qurulmuşdur. 562-ci ildə avarların başına keçən I Bayan olduqca qabiliyyətli bir idarəçi və döyüşçü olmuşdur. Onun rəhbərliyi ilə avarlar, Bizans, Lombardlar və bir çox slavyan və türk qəbilələrlə müttəfiq olmuşdur. Avarlar Bizans, Fransa və Slavyan torpaqlarına hücumlar təşkil etmişlər. Bu dövrdə avarlar qərbdə Turingiya və İtaliya qapılarına qədər irəliləmişdilər. Cənubda isə Pannoniya, Dacis, İlirya və Dalmaçyada hakimiyyət quraraq Konstantinopola yaxınlaşmışlar. Karpat Hövzəsinin hamısına hakim olan avarlar, 582-ci ildə Sirmiumu (Sremska Mitrovica), 584-cü ildə Singidunumu (Belqrad) və 586-cı ildə Solonikini fəth etmişlər. Slavyan qəbilələri ardıcıl hücum edən və onları məğlub edən avarlara qarşı birləşərək 623-cü ildə qiyam qaldırmışlar. Avarları və Frankları hədəf alan Slavyan hücumları müvəffəqiyyətli olmuş və Serbiyadakı torpaqlar geri alınmışdır.

Avarlar, 626-cı ildə uzun sürən sasani-Bizans döyüşlərinə Sasanilər tərəfində müdaxilə etmişlər və slavyan qəbilələriylə birlikdə Konstantinopola hücum etmişlər və şəhərin mühasirəsinə qoşulmuşdular. Sasani Ordusu isə eyni vaxtda şəhərin Asiyada qalan bölgəsinə hücum etmişdir. Avarlar dəniz qüvvələri olmadan hücuma keçmiş və Sasani ordularıyla birləşə bilməyərək tək başlarına hücuma başlamışdılar. Bu səbəblə çox yaxşı müdafiə olunan şəhəri ala bilməyərək geri dönmək məcburiyyətində qalmışdılar. Bizanslılar, Slavyan donanmasını Yunan Atəşindən istifadə edərək yandırmış və birliklərin birləşməsinə mane olmuşdur. Slavyan orduları da tək başlarına hücuma keçdikləri üçün müvəffəqiyyətsizliyə uğramışlar. Avar hökmdarı, müvəffəqiyyətsiz muhasirənin səbəbini slavyan qəbilələrində gördülər. Konstantinopolun mühasirəsi Avar xaqanlığının ən böyük müvəffəqiyyətsizliklərindən biri olmuşdur. Avarların Konstantinopolu önlərində müvəffəqiyyətsiz olmasının ardınca Xaqanlığa daxil olan bolqarlar ayrılmışdır. 632-ci ildə Kutrugi, Utigu və Onogur qəbilələrini birləşdirən Kubrat Xaqan, Tapar Xaqanlığını qurmuşdur. Bolqarlar, Şimal Qaradəniz sahilləriylə aşağı Tuna boylarında hakim oldular. 640-cı ildə isə Hırvatlar, avarlardan ayrılmışdır. Bu dövrdə müntəzəm olaraq davam edən qəbilələr arası döyüşlər, bütün tərəflərin güc itirməsinə gətirib çıxarmış həm avarlar həm də slavyan qəbilələri xeyli zəifləmişdir. Avarlar, bolqarlar, franklar və slavyanlar ilə olan mübarizələri nəticəsi olaraq Macar Düzənliyi və Dalmaçya sahillərini də itirmişdir. 670-ci ildə Bizans ilə döyüşlərin başa çatmasından sonra, iki imperatorluq arasına bolqarlar yerləşmişdir. Kubratanın oğulu Alt İsək, Avar Xaqanlığının taxtını ələ keçərmək üçün döyüşmüş, müvəffəqiyyətsizliyə uğradıqdan sonra bir-neçə bolqar qəbilələriylə avarlardan ayrılmışdır. Avarların tarixi haqqında VII əsr sonu ilə VIII əsr sonu arasındakı dövrə dair məlumat yoxdur. Bu dövrə aid tək məlumat qaynağı arxeologiya elmidir. Bu dövrdə avarlarda köçəri həyatdan məskun həyata keçiş müşahidə edilməkdədir. Avarlar, artıq əkinçilik və heyvandarlıqla maraqlanmağa başlamışlar.

IX əsrdə avarlar xüsusilə franklar üçün ən təhlükəli düşmən sayılırdı. Buna görə əvvəlcə avarlarla dostluq əlaqələri qurmağa çalışmışlar. Franklarla avarlar arasında elçilər movcud olmuş, 780-cı ildə avar elçisi frank torpaqlarına getmiş, frank elçisi də Xaqanlığa gəlmişdir. 788-ci ildən franklar ilə avarlar arasındakı uzun sürəcək bir döyüş başlamışdır. Bavariyanı Frank ölkəsinin bir parçası sayan Frank kralı Şarlman, avarlara qarşı səfərə çıxmağıplanlaşdırmışdı.

791-ci ildə sloveniyalıların, xorvatların da daxil olduğu frank ordusu, avarlara qarşı böyük bir hücum təşkil etmişdir. Şahzadə Pipin, İtaliyadakı ordusuyla hücuma keçmiş və avarlara aid qalaları ələ keçirmişdir. Şarlman tabeçiliyində olan əsl frank ordusu isə Tuna boyunca irəliləyir. Regensburgda reallaşan döyüşdə franklar qalib gəlmişdir, ancaq Frank ordusundakı saksonlar avarlara dəstək olduğu üçün vəziyyət dəyişmişdir. Avarlar artıq dağılmağa başlayan dövlətlərini bərpa etməyə cəh etdilər. Avarların daxilində baş verən vətəndaş müharibəsi nəticəsində Yugur özünü Xaqan elan etdi. 795-ci ildə isə xristianlığı qəbul edərək himayələrinə girmək üçün franklara elçilər göndərmişdir. 796-cı ildə isə şəxsən özü Şarlmanın hüzuruna gedərək bağlılığını bildirmişdir. Şahzadə Pipin əmrindəki Frank ordusu həmin il avar torpaqlarına hücum etmişdir. Avarların Transilvanyadakı mərkəzi ələ keçirilmişdir. Artıq avarların siyasi müstəqilliyindən söhbət edilə bilməyəcək dövrlər başlamışdır. Avarların əsrlər boyunca yığdığı böyük zənginliklər talanmağa başlanmışdır. Düşmənləri olan avarları pis vəziyyətdə olmasından istifadə edən bolqarlar da bu vəziyyətdən faydalanmaq istəmişdilər. Bütün çətinliklərə baxmayaraq avarlar məğrubiyyəti qəbul etmədilər. Bu zaman, hətta avar soy başçılarının böyük bir qisimi öldürülmüşdür. 797-ci ildə avarlar müvəffəqiyyətli şəkildə qiyam qaldırmışlar, ancaq böyük bir səfər nəticəsində franklar üsyanı yatırmışlar. 797-ci ildə avar soy başçıları Frank kralı Şarlmana bağlılıq andı içmək məcburiyyətində qalsa da, 799-cu və 802-ci illərdə avarlar yenidən qiyam qaldırmışdır. Bu vaxtlar avar torpaqlarında xristianlıq yayılmağa başlamışdır. 803-804-cü illərdə bolqarların Xaqanı Krım, Tuna bölgəsindəki bütün avar torpaqlarını ələ keçirmişdir. Bolqar suverenliyindəki avarlar isə sürətlə assimilyasiya edilmişdir. Avarlara aid son məlumat 823-cü ildə Frank sarayında franklara bağlılığını bildirən avar elçilərinə aiddir. Buna baxmayaraq, tapıntılara görə avarlar X əsrə qədər varlıqlarını davam etdirə bilmişlər
Əvvələ qayıt Aşağa gitmek
İstifadəçi mə`lumatlarına bax
 
AVAR DOVLETI
Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Dərsliklər :: 7.sinif-
Keç: