Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Tarixim ilə fəxr edirəm!
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Keçmişimizi unutmaq olmaz
 
AnasayfaSAKİT OKEAN HAQDA MƏLUMAT Icon_mini_portal_enGaleriLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 SAKİT OKEAN HAQDA MƏLUMAT

Aşağa gitmek 
2 posters
MüəllifIsmarıc
VƏKİL CƏFƏRLİ

VƏKİL CƏFƏRLİ


İsmarıc sayı : 79
Kayıt tarihi : 29/11/11

SAKİT OKEAN HAQDA MƏLUMAT Empty
Yeni mövzuMövzu: SAKİT OKEAN HAQDA MƏLUMAT   SAKİT OKEAN HAQDA MƏLUMAT Icon_minitimeÇər. Dek. 14, 2011 9:11 am

Sakit okean

SAKİT OKEAN HAQDA MƏLUMAT 250px-Sakitokean SAKİT OKEAN HAQDA MƏLUMAT Magnify-clip
Sakit okean



Sakit okean - 4 okeandan ən böyüyü. 179,7 mln km² sahəsi olan Sakit okean Yer planetinin təxminən 1/3 hissəsini tutur. Ekvatorun kəsdiyi okean Şimali Sakit OkeanCənubi Sakit Okean olaraq ikiyə ayrılır. Sakit okean ərazisinin böyüklüyünə və təbii xüsusiyyətlərinə görə planetimizin nadir obyektlərindən biridir. O, şərqdən qərbə 19.000 km, şimaldan cənuba doğru isə 16.000 km məsafədə uzanır. Avrasiya, Avstraliya, Şimali Amerika, Cənubi Amerika materikləri ilə əhatə olunub. Sakit okean Şimal Buzlu okeanı ilə Berinq boğazı, Atlantik okeanı ilə Dreyk boğazı vasitəsilə əlaqələnir. Hind okeanı ilə Sakit okeanın su mübadiləsi Böyük və Kiçik Zond adaları arasındakı dəniz və boğazlar vasitəsilə baş verir. Sakit okean Yer kürəsinin 1/3 hissəsini, Dünya okeanının demək olar ki, yarısını tutur. Okean ekvator boyunca geniş məsafədə uzanır, ona görə də ən isti okean hesab olunur. Ən dərin çökəklik Marian çökəkliyi (11022 m) bu okeandadır. Flippin dənizində yerləşir. Okeanın şərqində sahil xətti az girintili-çıxıntılıdır, qərbində - Avrasiya sahillərində bir çox yarımadalar vardır. Bunlardan Kamçatka, Koreya, Hindçin, Malakka yarımadalarını göstərmək olar. Sakit okeanın 19-dan çox dənizi var. Bunların əksəriyyəri okeanın qərbində, Avrasiya ilə adalar arasında yerləşir. Sakit okeanda 10.000-dən çox ada vardır. Okeanda mənşəyinə görə adaların bütün tiplərinə rast gəlmək olar. Bunlardan ən böyükləri Saxalin adası, Yapon adaları, Filippin adaları, KalimantanYeni Qvineya adalarıdır.


Mündəricat



Okeanın Tədqiqi Tarixi


Sakit okean sahillərində və adalarda yaşayan xalqlar çox qədim zamanlardan onu öyrənməyə başlamış, sərvətlərini mənimsəmişlər. Sakit okeanı ilk dəfə avropalılardan 1520-21-ci illərdə Fernando Magellan üzərək keçmişdir. Okeanda üzdükləri zaman heç bir fırtınaya rast gəlmədiklərinə görə ona Sakit okean adını da Magellan vermişdir. Lakin bu okean heç də sakit deyildir. Dünyanın bir çox səyyah və alimləri okeanın təbiətini öyrənməyə çalışmışdır. Son yüzillikdə Sakit okeanın təbiəti haqqında yeni məlumatlar əldə edilmiş, onun maksimum dərinliyi müəyyən edilmişdir. Okean dibinin relyefi, cərəyanların xüsusiyyətləri, ən dərin çökəkliklərdə üzvi aləmin həyat tərzi öyrənilməkdədir.

Relyefi


Sakit okean ən dərin okeandır. Okeanın orta dərinliyi 4.028 metr, maksimum dərinliyi isə Marian çökəkliyində 11.022 metrdir. Sakit okean bütövlükdə bir litosfer tavası üzərində yerləşir ki, bu da öz sərhədlərində digər tavalarla qarşılıqlı təsirdədir. Bu qarşılıqlı təsirlər yer səthində və su altında zəlzələlər, vulkan püskürmələri ilə müşayiət olunur. Okeanın dibindən püskürmüş lavanın həcmi materiklərdə püskürmüş lavaların həcmindən üç dəfədən də çoxdur. Sakit okean sahillərində quruda çoxlu vulkan vardır. Bunlar fəaliyyətdə olan vulkanlardır. Okeanın şimal hissəsində fəaliyyətdə olan vulkanlar daha çoxdur. Sakit okeanın dib relyefi də mürəkkəbdir. Şelf zonası Sakit okeanda az sahə tutmasına baxmayaraq Asiya və Avstraliya sahillərində nisbətən genişdir. Materik yamacları sıldırım və pilləvarıdır.

İri qalxmalar, ayrı-ayrı dağlar və dağ silsilələri okean yatağını çökəkliklərə bölür. Okeanda ən böyük sualtı silsilələrdən Cənubi Sakit okean sualtı dağlarını, Şərqi Sakit okean sualtı dağlarını göstərmək olar. Sakit okeanın dağ silsilələri ilə materiklərin kənarı arasında böyük çökəkliklər də vardır. Mərkəzi Sakit okean çökəkliyi, Şimal-Şərq çökəkliyi, Cənub çökəkliyi, Qərb çökəkliyi daha böyükdür. Sakit okeanın bir sıra ən dərin çökəklikləri uzun və dərin novları xatırladır. Bunlardan Aleut, Qvatemala, Peru, Çili, Filippin, Kuril-Kamçatka çökəkliklərini göstərmək olar. Sakit okeanda dağəmələgəlmə prosesləri, vaxtaşırı vulkan püskürmələri və zəlzələlərlə müşayiət olunur. Zəlzələ zamanı okeanda güclü sunami dalğaları yaranır.

İqlim

SAKİT OKEAN HAQDA MƏLUMAT 300px-Storm_in_Pacifica SAKİT OKEAN HAQDA MƏLUMAT Magnify-clip
Kaliforniya ştatı sahilində qasırğa



Sakit okean qütb iqlim qurşaqlarından başqa bütün iqlim qurşaqlarında yerləşir. Sakit okeanda 25° şimal və cənub enlikləri arasında passat küləkləri hakimdir. Qərb hissəsində musson küləkləri əmələ gəlir. Yayda cənub-şərqdən əsən musson küləkləri rütubətli okean havasını Cənub-Şərqi AsiyaÇinin bir hissəsinə doğru aparır. Qışda materikdən soyuq və quru musson küləyi əsir ki, bu da okeanın iqliminə xeyli təsir göstərir, hətta okeanın kənar dənizlərinin bir hissəsi buzla örtülür. Okeanda temperatur paylanması üfüqi zonallığa uyğun gəlir. Tropik qurşaqda 25-27 °C hərarət olur. Şimala və cənuba getdikcə temperatur aşağı düşür. Ekvator boyunca böyük bir zolaqda yağıntının miqdarı 2000-3000 mm-dir. Havay adalarında illik yağıntının miqdarı 3500-4000 mm, Kauan adasında bəzi illərdə 12.000 mm-dən çox olur. Sakit okeanda yağıntılar buxarlanmalardan üstündür. Bu isə okeanda səth sularının duzluluğunun aşağı olmasının əsas səbəblərindəndir. Sakit okeanın maksimum duzluluğu 35 promilldir. Çay mənsəblərində bu göstərici çox aşağıdır. Sakit okeanın qərb hissəsinə yağıntı az düşür, bu ərazidə güclü qasırğalar olur. Mülayim enlikdə bütün fəsillərdə fırtınalar tüğyan edir, tez-tez qasırğalar baş verir. Qasırğalar okean suyunu bütöv bir dağ kimi göyə qaldırır, dalğaların hündürlüyü bəzən 25 metrə çatır.
Əvvələ qayıt Aşağa gitmek
torres

torres


İsmarıc sayı : 198
Kayıt tarihi : 02/11/11
Yaş : 25
Şəhər/ölkə : AZERBAYCAN/BILESUVAR

SAKİT OKEAN HAQDA MƏLUMAT Empty
Yeni mövzuMövzu: Geri: SAKİT OKEAN HAQDA MƏLUMAT   SAKİT OKEAN HAQDA MƏLUMAT Icon_minitimeÇər. Dek. 14, 2011 9:12 am

maraqlidir sag ol
Əvvələ qayıt Aşağa gitmek
 
SAKİT OKEAN HAQDA MƏLUMAT
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» ASİYA HAQDA MƏLUMAT
» ATLANTİK OKEAN
» .ZİREDDİN RZAYEV HAQDA SHOK MELUMATLAR

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
Tarixim ilə fəxr edirəm! :: Ümumi :: Məlumat-
Keç: